Ərəfə orucu haqqında məlumat verərsinizmi?

1730- Əbu Qatadə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allahın, ərəfə günü orucunu, ondan əvvəlki ilə və ondan sonrakı ilə kəffarət qılmasını umuram."

-----------------------------

1731- Qatadə b. Numan (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim ərəfə günü oruc tutarsa, onun əvvəlindəki il və onun sonrasındakı il (günahları) məğfirət olunar."

-----------------------

İzahı:

1730 no-lu Əbu Qatadə (radiyallahu anh) hədisini:

• Muslim;

• əbu Davud; və

• Nəsai

də rəvayət etmişlərdir.

"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sünən-i əbu Davud" müəllifi, Mahmud Muhamməd Xattab əs-Subqi, 1730 no-lu əbu Qatadə (radiyallahu anh) hədisi ilə bağlı olaraq belə deyir:

Yəni:

"Ərəfə günü orucu ilə keçmiş bir illik günahların bağışlanmasını, Allahdan ümid edirəm və Allahın, o gün oruc tutanı, gələcək il, günahdan qoruyacağını umuram."

buyurulmaq istənilmişdir.

"ən-Nihayə"də:

Saleh əməllər haqqındakı məsuliyyət:

ümid edilən savabı istəmək üçün fərqli xeyirlər işləməyə və ibadətləri layiqi ilə etməyə tələsməkdir, deyilmişdir.

Ərəfə günü orucu ilə bağışlanacaq günahlar, elm əhlinin əksəriyyətinin dediyi kimi, kiçik günahlardır. Böyük günahlar isə, ya ciddi bir tövbə ilə bağışlanır və ya Allahın lütf və ehsanı ilə bağışlanır.

Ərəfə günü orucunu tutanın kiçik günahları yoxdursa, böyük günahları xəfiflədilər. Böyük günahı da yoxdursa, dərəcələri yüksəldilər.

Bəzi alimlər isə, hədisin zahirini əsas tutaraq:

"Böyük-kiçik bütün günahlar bağışlanar." demişlərdir.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Ərəfə günü orucu babı")

Read 50 times
In order to make a comment, please login or register