Əraf surəsi 137-ci ayə

وَأَوْرَثْنَا ٱلْقَوْمَ ٱلَّذِينَ كَانُوا۟ يُسْتَضْعَفُونَ مَشَـٰرِقَ ٱلْأَرْضِ وَمَغَـٰرِبَهَا ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا ۖ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ ٱلْحُسْنَىٰ عَلَىٰ بَنِىٓ إِسْرَ‌ٰٓءِيلَ بِمَا صَبَرُوا۟ ۖ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُۥ وَمَا كَانُوا۟ يَعْرِشُونَ

"Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik." (Əraf/137)

---------------------------

İddia:

Ayədə, "Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik." deyilməkdədir. Halbuki, piramidalar, hələ də mövcuddurlar. Bu, ayənin xətalı olduğunu göstərir:

Cavab:

Etiraz edilən qismin ərəbcəsi, belədir:

Və dəmmərnə mə kənə yəsnəu firavnu və qavmuhu və mə kənu yə'rişun.

Ayədəki, "tikib ucaltdıqları" ilə qəsd edilənin, piramidalar olmadığını, Ənam surəsi 141-ci ayə açıqlamaqdadır. Belə ki, ayədə belə buyurulur:

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ جَنَّـٰتٍ مَّعْرُوشَـٰتٍ وَغَيْرَ مَعْرُوشَـٰتٍ

Və Huvəlləzi ənşəə cənnətin mə'ruşətin və ğayra mə'ruşətin...

"Odur, çardaqlı olan və çardaqlı olmayan baxçaları inşa edən..."

Bu ayədəki "mə'ruşətin" ləfzi, Əraf surəsi 137-ci ayədə də, "və mə kənu yə'rişun / tikib ucaltdıqları" ifadəsindəki "yə'rişun" felindən meydana gələn isimdir.

Dolayısı ilə, ayədə qəsd edilən, piramidalar deyil; "çardaqlı baxçalar"dır.

Read 10 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR