Əraf surəsi 180-ci ayətin təfsiri
وَلِلَّهِ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ فَٱدْعُوهُ بِهَا...
"Ən gözəl isimlər, Allahındır. Ona bu isimlərlə dua edin..." (Əraf/180)
-------------------------------
Təfsiri:
Bu ayətin, bir əvvəlki:
وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ ءَاذَانٌ لَّا يَسْمَعُونَ بِهَآ ۚ أُو۟لَـٰٓئِكَ كَٱلْأَنْعَـٰمِ بَلْ هُمْ أَضَلُّ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْغَـٰفِلُونَ
"Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır." (Əraf/179)
ayəti ilə münasibəti:
Bil ki, Allah Taala, cəhənnəm üçün yaradılanları:
"...qafil olanlar da, məhz onlardır." deyə vəsf edincə, bundan sonra Allahı zikr etməyi əmr edərək:
وَلِلَّهِ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ فَٱدْعُوهُ بِهَا...
"Ən gözəl isimlər, Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin..."
buyurdu. Bu, sanki:
~ cəhənnəmə girməyə səbəb olan şeyin, Allahın zikrindən qafil olma;
~ Cəhənnəm əzabından qurtaracaq şeyin də, Allahı zikr etmək olduğuna
bir diqqət çəkmək kimidir.
Müşahidə və zövq sahibləri, halın belə olduğunu içlərində, ruhlarında hiss edərlər. Çünki qəlb, Allahı zikr etməkdən qəflət edib, dünyaya və onun şəhəvi şeylərinə yönəldiyində; hərislik və məhrumluq firtınasına düşər.
Beləcə də:
• bir arzudan, digər bir arzuya;
• bir tələbdən, digər bir tələbə;
• bir qaranlıqdan digər bir qaranlığa
davamlı yuvarlanıb gedər. Zikrullah/Allahın zikri və mərifətullah/Allahı (isimlərilə) tanımaq qapısı açıldığında, qəlb, afətlərin atəşindən və zərərlərin peşmanlığından qurtular, beləcə, göylərin və yerin Rəbbini tanımaq şüuruna varar.
Ayətlə bağlı, bir neçə məsələ vardır:
✓ Altıncı məsələ:
Allah Taala'nın:
"Ən gözəl isimlər, Allahındır. Ona, bu isimlərlə dua edin..."
əmri, insanın, Rəbbinə ancaq Onun ən gözəl isimlərlə dua etməsi gərəkdiyinə dəlalət edir. Bu dua da, ancaq, o şəxsin, o isimlərin mənası ilə, dəlilə söykənərək özünün bir Rəbbi, bir İlahı və müqəddəs, qiymətli sifətlərlə vəsf edilmiş bir Yaradıcısı olduğunu bildiyində gerçəkləşir...
Bundan dolayı, o kimsə, dəlilə söykənərək bunu bildiyində, Rəbbinə o isim və sifətlərlə dua etməsi, yerində və gözəl olur...
Bu xüsusda ən gözəl olan, dua edən şəxsin, bu 2 xüsusu ağlında saxlamasıdır:
1. Rububiyyətin izzəti (Rəbliyinin izzət və əzəməti);
2. Ubudiyyətin zilləti (qulluğun zillət dərəcəsi)...
Bax bu əsnada, bu dua gözəl olur və bu zikrin mərtəbəsi də yüksəlir.
Ancaq belə olmadığı vaxt, bu duanın faydası az olur.
Mən (Razi), buna bir misal ərz edim:
Namazının iftitah təkbirində, "Allahu Əkbər!" demək istəyən hər kəsin niyyətində və qəlbində, Allahın:
~ özünü;
~ bədənini;
~ əqli, hissi və hərəkətə dair qüvvətini
yaratmasındakı hikmətinin təsirlərini, mümkün olduğunca düşünüb xatırlaması lazımdır...Sonra da, öz halından, Allahın --->
~ bütün insanları;
~ bütün heyvanları;
~ bütün bitki və mədən növlərini; və
~ aləmin hər tərəfində görülən göy gurultusu, şimşək və ildırımlar
kimi ülvi/uca təsirləri yaratmasındakı hikmətinin əsərlərini düşünməyə, bunları zehnində toplamağa keçər...Daha sonra da, Allahın --->
~ yerləri;
~ dağları;
~ dənizləri; və
~ çölləri
yaratmasındakı qüdrətinin təsirlərini düşünməyə və ağlında toplamağa çalışar...--->
Və yenə o, Allahın, süfli (aşağı) və ülvi (uca) ünsürlərin təbəqələrini yaratmasındakı qüdrətini; --->
Yenə o qədər genişliyinə və böyüklüyünə baxmayaraq, göylərin təbəqələrini yaratmasındakı əsərlərini ağlında toplamağa, onları təzəkkür etməyə/xatırlamağa; --->
Yenə Allahın, sabit və səyyar/gəzən ulduzların kütlələrini, Kürsi, Sidrətu'l-Müntəha və bütün mövcudatı əhatə edən Ərşi yaratmasındakı qüdrətinin əsərlərini düşünüb təzəkkür etməyə; sonra da --->
Ərş və Kürsini daşıyan mələklər ilə, ruhaniyyat aləminin ordularını yaratmasındakı əsərlərini və qüdrətini, zehnində təzəkkür etməyə
çalışar...
Beləcə o, ağlının, anlayışının, zikrinin, xatirə və xəyalının çata biləcəyi ən uc nöqtəyə qədər bu dərəcə və mərtəbələri, zehnində və qəlbində mütəmadi tutmağa və təzəkkür etməyə çalışar...
O, dərəcələrinin, məqam və mövqelərinin fərqliliyinə baxmayaraq, bu ruhani və maddi olan şeylərin hamısını zehnindən keçirdiyi vaxt, "Allahu Əkbər!" deyər.
Bu şəxs:
~ "Allah" sözü ilə: əşyanı yaradan, onları yoxluqdan varlığa çıxaran və onları hər birinə məxsus vəsf və sifətlərə görə tərtib edən Varlığa işarət etmiş olar.
~ "Əkbər" sözü ilə də: bu əşyanın, Allah Taalanın kibriyasına, cəbərutuna, izzətinə, ülviyyətinə və səmədiyyətinə (heç bir şeyə möhtac olmadığına) bənzəmədiyini; əksinə, Onun: "O, bu şeylərdən daha böyükdür." deyilməkdən daha böyük olduğunu söyləmək istəyər...
Sən, bu tək misalı yaxşıca qavradığında, irfan və tam bir şüur ilə meydana gələcək olan zikri, var özün bir qiyas et...
Bax bu əsnada, sənin ağlına, Allahın:
"Ən gözəl isimlər, Allahındır. Ona, bu isimlərlə dua edin..."
əmrinin muhtəvasına dərc edilmiş sirlərdən birinin qapısı, təcəlli edib açılar.
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsiri)
-----------------------------------------
"...Erhamürrâhimînin (mərhəmətlilərin ən mərhəmətlisi olan Allahın), gayet (çox) merhametkârane tevfikleri ve inayetleri (mərhəmətli yardımları), ehl-i hidâyete yardım edip kuvvet verdikleri halde, ehl-i dalâlet neden çok defa galebe eder ve bazen yirmisi, yüz tane ehl-i hidâyeti perişan eder?"
diye, mânen benden soruldu. Ve bu tefekkür içinde şeytanın gayet zayıf desiselerine (hiylələrinə) karşı Kur'ân'ın büyük tahşidatı (üzərində çox durmağı) ve melâikeleri ve Cenâb-ı Hakkın yardımını ehl-i imana göndermesi hatıra geldi. Risale-i Nur'un onun hikmetini kat'î hüccetlerle izahına binaen, o sualin cevabına gayet kısa bir işaret ederiz.
Evet, bazen serseri ve gizli, muzır (zərərli) bir adamın bir saraya ateş atmaya çalışması yüzünden, yüzer adamın yapması gibi,
~ yüzer adamın muhafazasıyla; ve
~ bazan devlete ve padişaha iltica (sığınmaq) ile
o sarayın vücudu (varlığı) devam edebilir. Çünkü, onun vücudu, bütün şeraitin (şərtlərin) ve erkânın (rükünlərin) ve esbâbın (səbəblərin) vücuduyla (varlığı ilə) olabilir.
Fakat onun ademi (yox olması) ve harap olması, birtek şartın ademiyle (yoxluğu ilə) vâki (vaqe) ve bir serserinin bir kibritiyle yanıp mahvolduğu gibi, ins ve cin şeytanları, az bir fiil ile büyük tahribat ve dehşetli mânevî yangınlar yaparlar.
Evet, bütün fenalıklar ve günahlar ve şerlerin mayası ve esasları ademdir (yoxluqdur), tahriptir. Sureten vücudun altında, adem ve bozmak saklıdır.
İşte cinnî ve insî şeytanlar ve şerirler, bu noktaya istinaden, gayet zayıf bir kuvvetle hadsiz bir kuvvete karşı dayanıp, ehl-i hak ve hakikatı Cenâb-ı Hakkın dergâhına ilticaya (sığınmağa) ve kaçmaya her vakit mecbur ettiğinden, Kur'ân, onları himaye için büyük tahşidat yapar.
Doksan dokuz esmâ-i İlâhiyeyi onların ellerine verir. O düşmanlara karşı sebat etmelerine çok şiddetli emirler verir.
---------------------------------
İzaha keçməmişdən əvvəl, "vücud və adem/yoxluq" haqqında qısaca məlumat verməkdə fayda görürük.
"Adəm/yoxluq və adəm aləmləri"
Yoxluq, varlığın ziddidir. Bu aləmdə, yoxluq deyə ayrı və müstəqil bir şey, yoxdur. Zatən elə bir şey olsaydı, o da, bir başqa cür varlıq olardı.
Hər varlığın tərki, bir yoxluğu nəticə verir. Məsələn:
~ səhhətin pozulmasına xəstəlik;
~ doğru olmayana yalan;
~ dürüstlüyün tərkinə saxtakarlıq;
~ imandan məhrum qalmağa küfr;
~ tövhiddən uzaqlaşmağa şirk
deyilir.
Adəm (əleyhissəlam)'ın yaradılışı tamamlandığında, mələklərə, Adəmə səcdə etmələri üçün əmr verilmişdi. Bu əmri bütün mələklər sevərək yerinə gətirsələr də, şeytan səcdə etməmişdi. Beləcə, "adəm/yoxluq aləmləri"nin təməli atılmış olurdu. Səcdə etmək, "vücud" idi, yəni, ortaya bir hadisə çıxırdı, bir iş edilirdi. Etməmək isə, "adəm", yəni iş görməmək, qəbul etməmək, itaətsizlik...
Təvazö, "vücud" aləmindəndir və insana bir kamillik qazandırır. Təkəbbür isə, özündə bir üstünlük zənn etməkdir. Şeytan kibirlənməklə, bu adəmə/yoxluğa söykənmişdi.
İlahi lütf və ehsana çatmaq, vücud aləmindən; bunlardan məhrumiyyət isə, adəm aləmlərindəndir. Şeytan bu adəm aləmlərinə talib oldu və qovuldu.
Risale-i Nur'dan bir cümlə nəql edək:
"Bütün qüsurlar, adəmdən və qabiliyyətsizlikdən və təxribdən və vəzifəni yerinə yetirməməkdən -ki bunların hər biri bir adəmdir- və vücudi olmayan adəmi fellərdən ibarətdir."
"Adəmi fel" deyilincə, yoxluğu nəticə verən işlər deyə başa düşürük. Məsələn:
~ Görmək, vücud aləmindəndir, korluq isə, adəm. Birini kor edən adam, adəm aləmləri hesabına çalışmışdır, deməkdir.
~ Həyat sahibi olmaq bir kamaldır və vücud aləmindəndir. Cansız olmaq isə, bir nöqsanlıqdır və adəmə söykənir.
~ Hidayət, vücud aləmindəndir. Dəlalət isə, adəm. İman və hidayət ilə qəlb gözü açılır və insan, sonsuz bir varlığa qovuşur.
Küfür, imanın yoxluğudur, dəlalət isə, hidayətdən məhrumiyyətdir.
~ Eyni şəkildə, elm, "vücud"dur; cəhalət isə, "adəm". Cəhalət, elmin yoxluğudur. Elm, yaradılan hər varlıqda təcəlli edir. Ancaq cəhldə, bir təcəlli yoxdur. Cəhalət, elmdən uzaq qalan insanın düşdüyü bir yoxluq qaranlığı, yoxluq quyusudur.
~ Tövhid, yəni Allahı bir bilmək, vücud aləmindəndir. Bir insan tövhid həqiqətini qəbul etməklə, ortaya müsbət bir inanc qoymuş olur. Ancaq şirk, adəmdir. Allahın şəriki olmadığından, Ona qoşulan şirk də, boşluqda qalır, adəm aləmindən çıxa bilməz.
--------------------------
~ Adəmin qaynaqlarından biri: qabiliyyətsizlikdir.
Yumurtada, quzu olmaq qabiliyyəti yoxdur. Və bu adəmin nəticəsi də, bir başqa adəmdir: Yumurtadan quzu çıxmaması.
~ Bir digər qaynaq: təxribdir.
Məsələn, insanların əxlaqını təxrib edən media vasitələri, adəm aləmləri hesabına çalışmaqdadırlar. Bu adəmin adı, əxlaqsızlıqdır. Əxlaq, vücuddur; bundan məhrumiyyət isə, adəmdir.
~ Adəmin başqa bir qaynağı: vəzifəni yerinə yetirməməkdir.
Yəni iş görməmək, tənbəl oturub ortaya bir şey qoymamaq.
Peyğəmbərlər və onların yolundan gedənlər, hər zaman "vücud aləmləri" hesabına çalışmışlardır. Günümüzdəki ifadəsilə, onlar "yaradıcı" olmuş, "yıxan" olmamışlardır. Çünki təmir etmək, vücuddur; təxrib isə, adəm.
Onlar, insanların "ruh binaları"nı, iman, təqva, saleh əməl və gözəl əxlaq üzərinə qurmağa çalışmış, insanlar və cinlərdən olan şeytanlar isə, küfr, günah, üsyan və əxlaqsızlıq yolunu tutaraq, adəm aləmlərində fəaliyyət göstərmişlərdir.
-------------------------------------
Allah kainatı yaradarkən, insanları, Öz isim və sifətlərinə sığınacaq bir mahiyyətdə yaratmışdır. İnsana, acizlik, möhtaclıq və nöqsanlıq damarını yerləşdirdiyi kimi; bununla bərabər, insanları, Allahın isim və sifətlərinin qucağına sövq edəcək düşmənləri də, qarşısına çıxarmışdır. Belə bir yaradılışın məqsədi, Allahın, Özünü isimlərilə insanlara tanıtmaq və sevdirməsidir.
Möminlərin qarşısında yer alan insi və cinni şeytanlar, əslində zəif və bəsitdirlər. Ancaq vəzifələri təxrib olduğu üçün, az bir güc və qüvvət ilə, çox böyük zərər və təxribatlar edə bilirlər. Məsələn, 100 gündə 100 işçinin tikdikləri bir sarayın, bir kibritlə bir anda yandırılması kimi...
Möminlərin vəzifəsi isə, xeyir və təmirdir. Bu xeyir və təmir işi, çətin və məşəqqətli olduğu üçün, möminlər zəif kimi, kafirlər isə, qüvvətli kimi görsənirlər. Bu səbəbdən, möminlər, Allaha söykənmək və Ondan mədəd istəmək ehtiyacını hiss edirlər. Zatən Allah Taalanın istədiyi də, budur. Yəni mömin bir kimsə, vəzifələri şər və təxrib olan düşmənlərinin zərərindən əmin olmaq və ya qurtulmaq üçün, Allahın dərgahına sığınsan və hər bir ismindən mədəd istəsinlər və Allahı da, o isimlər ilə tanıyıb sevsinlər. Bu səbəbdən, Quranda şiddətli bir şəkildə, möminlərə, şeytan və onun köməkçilərinə qarşı şiddətli xəbərdarlıqlar edilir.
Quranın ifadələrində, şeytanın güclü kimi təsəvvür edilməsi, onun gücündən deyil, gördüyü işlərin şər və təxrib olmasından dolayıdır. Yoxsa şeytanın hiyləsi, zəif bir hörümçək toru kimidir.
Xülasə, insan, şeytanın təxrib və şər olan işlərinə qarşı, ancaq Allahın isimlərinə sığınmaq və isimlərindən mədəd almaqla qarşı dura bilər. Bu səbəblə Quran, şiddətli bir şəkildə Allahın isimlərinə sığınmağı əmr edir.
