ƏŞ-ŞƏHİD

"Bilinənin və bilinməyənin şahidi."

 

"Hər məkan və zamanda hazır və olan."

 

De ki: "Mənimlə aranızda Şəhid (şahid) olaraq Allah yetər; şübhəsiz O, Habirdir, Basardır." (İsra surəsi, 96)

 

Şəhid, söz mənasıyla, ‘ən irəli dərəcədə şahid,' ‘ən böyük şahid' mənasını verər. Əlbəttə Allahın şahidliyi məxluqatın şahidliyinə bənzəməz. Çünki qullar, başqası tərəfindən edilən bir işə, çöldən nəzər edər və beləcə o hadisənin şahidi olarlar. Allah isə o hadisənin bütün mərhələlərini şəxsən yaradandır.

 

Xeyr və şərin Allahdan olduğu, imanın bir rüknüdür. Yəni, bir iş, xeyr olsun, şər olsun onu ancaq Allah yaradar. Çünki, Ondan başqa yaradıcı yoxdur.

Gözəl bir cümləni dodaqlardan tökən O olduğu kimi, pis sözü də ağızda yaradan yenə Odur.

Adam xeyirə və şərə yalnız istək göstərər, bunlardan birinə meyl edər və iradəsini o istiqamətdə istifadə edər. Bundan başqa, hər şeyi yaradan Allahdır.

 

Və Allah, xeyr olsun şər olsun, gizli olsun açıq olsun hər şeyin Şəhidi, ən böyük şahididir.

İmam Qəzali Həzrətləri, Şəhid adına Alim mənası verdikdən sonra bu şərhdə olar:

 

"Allah Alimdir. Bu elmə keyfiyyəti, qeybi və qərbi şeylərə izafə edildiyində Allah Habirdir. Zahiri şeylərə izafə edildiyində isə Allah Şəhiddir."

 

Bu adın möminin ruhunda dərin təsirləri vardır. Hər şeyin Şəhidi olan Allaha iman edən insan, heç bir şeyin Ondan gizli qala bilməyəcəyinin şüuru içində, daim gözəl işlər etməyə doğru, təqva dairəsində yaşamağa çalışar.

Read 6.817 times
In order to make a comment, please login or register