Əsas zənginlik qəlb zənginliyidirmi?
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Zənginlik, mal çoxluğundan deyildir. Lakin zənginlik, nəfs (və qəlb) zənginliyidir."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd: "(Verilən ruziyə) Qənaət etmək babı, hədis no: 4137)
-----------------------
İzahı:
Bu hədisi, Buxari, Muslim, Tirmizi və Əhməd də rəvayət ermişlərdir.
Hədisdə keçən "Araz" kəliməsi, faydalanılan şeylər mənasında istifadə edilmişdir.
İbn-i Battal, hədisdən qəsd edilən məna haqqında belə deyir:
"Zənginlik, mal çoxluğu deyildir. Çünki varlı olanların çoxu, sərvəti ilə kifayətlənməyərək, daha çox zəngin olmağa səy göstərər və qazancının halal və ya haram yoldan gəldiyinə də çox da əhəmiyyət verməz. Bu etibarla, ifrat (mal) ehtirasından dolayı, elə kimsələr, kasıb kimidir.
Həqiqi zənginlik, könül və nəfs zənginliyidir. Bu cür zənginlik, ruzisinə qənaət edərək, halına şükr edən, malının çoxalması üçün ehtiraslı olmayan, tox gözlü kəsin zənginliyidir."
İmam Qurtubi (əl-Maliki) isə, hədisdən qəsd edilən məna haqqında belə izah gətirir:
"Tərifə layiq və ya faydalı olan zənginlik, nəfs zənginliyidir. Çünki nəfs və qəlb zəngin olunca, bəzi əməllər arxasınca düşməz dolayısı ilə, izzət və şərəfini qoruyar.
Mal sahibi olub, ancaq qəlbi zəngin olmayan bir kimsə isə, paxıllığı, muhtərisliyi (mala olan ehtiraslılığı) və ac gözlülüyü, onu bəzi həqir şeylərə, qəlb qıran hərəkətlərə və pis hallara düçar edə bilər. Beləsi xalq nəzərində kiçik düşər, pislənər, hətta mənfur (nifrət edilən) olar."
- 'Allahım! Məni miskin olaraq yaşat, miskin olaraq öldür və Məni, miskinlər zümrəsi içində dirilt." hədisi necə başa düşülməlidir?
- Axirətdə müflis olan adam haqqındakı hədisi izah edə bilərsinizmi?
- "Hər kim Allaha qovuşmağı sevərsə, Allah da ona qovuşmağı sevər." hədisini izah edərsinizmi?
- "Din, nəsihətdir." nə deməkdir?
- Necə edə bilərəm ki, namazda sadəcə Allahı düşünüm?
- Peyğəmbərin belə qibtə etdiyi kimsələr
- "Sizin ən xeyirliniz, sizin ən fəzilətliniz, Quranı öyrənən və öyrədəndir." hədisini izah edərsinizmi?
- Cənnətdə Reyyan qapısından yalnız oruclularmı girəcək?
- İman, İslam və İhsan hədisinin izahı
- "Müşriklər nəcisdir." *Tövbə/28 ayəti təfsiri