Əttəhiyyətu
Əttəhiyyətu nə deməkdir?
Ustad Said Nursi (rahmətullahi aleyh), Şualar əsərində (6. Şua, s. 79) belə deyir:
"Birinci Sual: Teşehhüdün mübarek kelimâtı, Mirac gecesinde Cenâb-ı Hak ile Resulünün bir mükâlemeleri olduğu halde, namazda okunmasının hikmeti nedir?
Elcevap: Her mü'minin namazı, onun bir nevi miracı hükmündedir. Ve o huzura lâyık olan kelimeler ise, Mirac-ı Ekber-i Muhammed aleyhissalâtü vesselâmda söylenen sözlerdir. Onları zikretmekle o kudsî sohbet tahattur edilir. O tahatturla o mübarek kelimelerin mânâları cüz'iyetten külliyete çıkar ve o kudsî ve ihâtalı mânâlar tasavvur edilir veya edilebilir. Ve o tasavvur ile kıymeti ve nuru teâlî edip genişlenir."
------------------------------
İzahı:
Birinci sual:
Təşəhhüdün mübarək kəlimələri, merac gecəsində Allah Taala'nın Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ilə qarşılıqlı söhbəti olduğu halda, namazda oxunmasının hikməti nədir?
Cavab:
Hər möminin namazı, onun bir növ meracı hökmündədir. Və Allahın hüzuruna layiq olan kəlimələr isə, Peyğəmbərimizin böyük meracında söylənən sözlərdir.
O sözləri zikr etməklə ---> o müqəddəs söhbət xatırlanar ---> O fikirlə, o mübarək kəlimələrin mənaları, cüzilikdən çıxıb külliləşər və o müqəddəs və əhatəli mənalar təsəvvür edilər və ya edilə bilər ---> Və o təsəvvür ilə, qiyməti və nuru ucalıb genişlənər.
------------------------------
"Meselâ:
Resul-i Ekrem aleyhissalâtü vesselâm, o gecede Cenâb-ı Hakka karşı selâm yerinde اَلتَّحِيَّاتُ لِلّٰهِ demiş. Yani:
"Bütün zîhayatların (həyat sahiblərinin), hayatlarıyla gösterdikleri tesbihat-ı hayatiye ve Sânilerine (sənətkar olan Allaha) takdim ettikleri fıtrî hediyeler, ey Rabbim, Sana mahsustur. Ben dahi bütün onları tasavvurumla ve imanımla Sana takdim ediyorum."
Evet, nasıl ki, Resul-i Ekrem aleyhissalâtü vesselâm اَلتَّحِيَّاتُ kelimesiyle bütün zîhayatın ibâdât-ı fıtrîyelerini (həyat sahiblərinin fitri ibadətlərini) niyet edip takdim ediyor."
-----------------------
İzahı:
Tesbihat-ı hayatiye: həyat sahibi varlıqların, həyatları ilə ortaya qoyduqları fellər və fellərin nəticələri deməkdir.
Hər bir həyat sahibinin fitri (yəni yaradılışından gələn) ibadəti, Allahın o həyat sahibinə yükləmiş olduğu vəzifədir. O vəzifəni yerinə yetirməklə, Allaha ibadət etmiş sayılır. Çünki o vəzifəni ifa etməklə, Allahın əmrinə riayət etmiş olur. Allahın əmrinə riayət etmək isə, ibadətdir.
Məsələn, həyat sahibi bir varlıq olan arı, bal verməklə, ortaya bir fel qoymuşdur. Əslində bu fel və felin nəticəsi olan bal, arının əsəri deyildir. Allahın, onu bu işdə istixdam etməsi (çalışdırması)'dır. Dolayısı ilə, bu fel, Allaha verilməlidir.
Digər həyat sahibləri və onların felləri də düşünülərək, bir tək "təhiyyət" sözü, bu şəkildə, niyyət və təsəvvürümüzlə, cüzilikdən çıxıb külliləşə bilər.
Varlıqların Allahı necə təsbih etdikləri üzərində bir az da durmaqda fayda vardır.
Allah (subhənəhu və taala), İsra surəsi 44-cü ayətdə belə buyurur:
تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ...
"7 göylə yer və bunların içində olanlar, Onu təsbih edirlər..."
-------------------------------
Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsirində, məsələyə belə izah gətirir:
Bu ifadə ilə bağlı, 2 məsələ vardır:
✓ Birinci məsələ:
Bil ki, canlı mükəlləf, Allahı bu 2 şəkildə təsbih edir:
1. Sözlü olaraq. Bu, mükəlləfin dili ilə, məsələn "subhanallah" deməsi kimidir.
2. Mükəlləfin fərqli hallarının, Allahın birliyinə, münəzzəh olduğuna və izzətinə dəlalət etməsi ilə.
Lakin heyvanlar kimi mükəlləf olmayan canlılar ilə cansız (daş-torpaq) kimi varlıqlar, Allahı ancaq ikinci şəkildə təsbih edirlər. Çünki birinci şəkildə təsbih, ancaq anlamaq, bilmək və danışmaqla mümkündür. Bunlar isə, cansızlar üçün düşünülə bilməz.
Bundan dolayı, geriyə, onların təsbihi ancaq ikinci şəkildə edə bilmələri ehtimalı qalır.
Bil ki, cansız varlıqların da, bilən və danışan varlıqlar ola biləcəklərini söyləsək, Allah Taala'nın alim və qədir olmasından yola çıxaraq, Onun həyat sahibi olduğuna istidlal edə bilmərik. Bu halda da, Allah Taala'nın "Hayy" (həyat sahibi) olduğunu bilib-başa düşmək qapımız bağlanmış olar. Halbuki, bu, bir küfrdür. Çünki o vaxt belə deyilə bilər:
Cansız varlıqların canlı olmadıqları halda, Allahın zat və sifətlərini bildikləri və Onu təsbih etdikləri mümkün görüləcək olarsa, bu halda, bir şeyin alim, qədir və mütəkəllim (danışan) olmasından, onun diri (həyat sahibi) olması gərəkdiyi söylənə bilməz. Beləcə də, alim və qədir olmasından hərəkətlə, Allahın "hayy" olduğu söylənə bilməz. Halbuki Allahın "hayy" olmadığını söyləmək, cahillik və küfrdür. Çünki "hayy" (diri) olmayanın, alim, qədir və mütəkəllim olmayacağı, qəti və açıq olaraq bilinən bir xüsusdur.
Bax mühəqqiq alimlərin, bu xüsusda tətbiq etdiyi görüş, budur.
Bəzi kimsələr, cansız varlıqların, hər növ bitki və heyvanların, Allahı təsbih etdiklərini söyləmiş və görüşlərinin doğruluğuna, bu şəkildə istidlal etmişlərdir:
"Bu ayət, onların da Allahı təsbih etdiklərini göstərməkdədir. Burda bəhs edilən 'təsbih'i, Allahın qüdrətinin və hikmətinin mükəmməl olduğunu göstərən dəlillər mənasında başa düşmək, mümkün deyildir. Çünki Allah Taala:
'Lakin siz, onların təsbihini başa düşməzsiniz.' buyurmuşdur.
Bundan dolayı, bu, bütün varlıqların təsbihinin, biz insanlar tərəfindən anlaşılmadığını göstərməkdədir. Halbuki bunların, Allahın qüdrət və hikmətinə dəlalət etdikəri məlumdur.
Məlum olan, məlum olmayandan başqadır.
Beləcə, bu, onların Allahı təsbih etdiklərinə, ancaq onların təsbihlərinin, bizcə anlaşıla bilməyəcəyinə dəlalət edər
Dolayısı ilə, bu ayətdə bəhs edilən təsbihin, o varlıqların Allahın qüdrət və hikmətinə dəlalət etməsindən başqa bir şey olması lazımdır."
Buna, bir neçə cəhətdən cavab verilə bilər:
1. Sən, bir tək alma aldığında, o alma, saysız-hesabsız atomlardan meydana gəlmişdir. O atomların hər biri, Allahın varlığına, başlı-başına bir dəlildir. Onların hər birinin:
~ xarakter;
~ dad;
~ rəng;
~ qoxu; və
~ bir yer tutmaq
kimi, özlərinə aid xüsusi sifətləri vardır. Bu atomlardan hər birinə, o bəlli (yuxarıdakı) sifətlərin verilməsi, "mümkin" işlər növündəndir.
Dolayısı ilə, bu (sifət) verilmə işi, qədir və hakim bir İlahın verməsi ilə olmuşdur.
Bunu yaxşıca qavradığında, o alma atomlarının hər birinin, Allahın varlığına tam bir dəlil və tək bir atomda olan o sifətlərin də, yenə Allahın varlığına tam bir dəlil olduğu ortaya çıxmış olur. Ancaq buna baxmayaraq, nə o atomların sayı, nə də onlardakı sifətlərin (tam) halı, bizcə məlum deyildir. Bax bundan ötürüdür ki, Allah Taala:
"Lakin siz, onların təsbihini başa düşməzsiniz." deyə buyurmuşdur.
2. Kafirlər, hər nə qədər dillərilə aləmin bir İlahı olduğunu söyləyirlərsə də, Onun varlığına dəlalət edən fərqli dəlillər üzərində təfəkkür etmirlər. Bax bundan ötürüdür ki, Allah Taala:
وَكَأَيِّن مِّنْ ءَايَةٍ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ
"Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər." (Yusuf/105) buyurmuşdur.
Bundan dolayı:
"Lakin siz onların təsbihini başa düşməzsiniz." ayəti ilə də, bu məna murad edilmişdir.
3. Müşriklər hər nə qədər dillərilə aləmin bir İlahı olduğunu qəbul edirlərsə də, Onun mükəmməl bir qüdrətə sahib olduğunu bilə bilməzlər. Bax bundan ötürüdür ki, onlar, Haqq Taala'nın insanları yenidən dirildib toplamağa qadir olmasını, ağıldan uzaq görmüşlərdir. Bundan dolayı, bu ayətlə, bu məna murad edilmişdir.
Həm sonra Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə:
قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا
De: “Əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına çatmaq üçün yol axtarardılar." (İsra/42)
deməsini əmr etmişdir. Demək ki, onlar, bu dəlili bilmirlər. Dolayısı ilə, Allah Taala, bu dəlili zikr edincə:
"7 göylə yer və onların içərisində olanlar, Onu təsbih edirlər..." buyurdu.
O halda, göylərin, yerin və içindəkilərin təsbihi, bu dəlilin doğru və qüvvətli olduğuna şahidlik edir. Ancaq sizlər, bu dəlili yaxşıca başa düşə bilməzsiniz. Hətta biz deyirik ki:
Müşriklər:
~ tövhid;
~ ədalət;
~ nübüvvət; və
~ axirətin
dəlillərinin çoxundan xəbərsizdirlər. Bundan dolayı, ayətdəki:
"Lakin siz, onların təsbihini yaxşı başa düşə bilməzsiniz."
ifadəsilə, bu məna murad edilmişdir.
Halın belə olduğuna, ayətdəki:
...إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا
"Həqiqətən O, Həlimdir, Ğafurdur (bağışlayandır)." cümləsi də dəlalət etməkdədir.
Bu səbəblə, biz deyirik ki:
Bu ayətdə "həlim" və "ğafur" sifətlərinin gətirilməsi, o kafirlərin bu təsbihi başa düşə bilməmələrinin onlardan meydana gələn böyük bir günah olduğunu göstərir. Bunun bir günah olması, ancaq burdakı təsbih ilə qəsd edilənin:
"Onların Allahın qüdrət və hikmətinin mükəmməl olduğuna dəlalət etməsi, sonra da, onların qəflət və cahilliklərindən ötürü, o dəlillərin buna necə dəlalət etdiyini bilə bilməmələri"
mənası qəsd edildiyi zaman, doğru olur.
Lakin bu təsbihi, o cansız varlıqların, sözlü olaraq dillərilə Allahı təsbih etmələri mənasında ələ alsaq, bu təsbihləri insanın başa düşə bilməməsi, bir günah olmaz. Bu, bir günah olmayınca da:
"Həqiqətən O, həlim və ğafurdur." cümləsinin, bu ayətin sonunda gətirilməsi, uyğun düşməzdi.
Bundan dolayı, bu, tərcih etdiyimiz görüşü dəstəkləmək xüsusunda, güclü bir izahdır.
Bil ki, cansız varlıqların və heyvanların Allahı şəxsən sözləri və dillərilə təsbih etdiklərini iləri sürənlər, hər canlıya bir başqa növ təsbih nisbət edərək:
"Heyvanlar kəsilincə, təsbih etməzlər." deyirlər.
Eyni zamanda da:
"Cansızlar, Allahı təsbih edirlər." deyirlər.
Bundan dolayı, onun cansız olması, təsbih edici olmasına mane olmadığına görə, heyvanın kəsilməsi, təsbih etməsinə necə mane ola bilər?!
Həm yenə, onlar:
"Ağacın budağı qırılarsa, artıq təsbih etməz." deyirlər.
Cansızların cansız olması, təsbih etmələrinə mane olmadığına görə, o budağı qırıb (cansız hala gətirmək), buna necə mane ola bilər?!
Bundan dolayı, bu görüşlərin qeyr-i məqbul və zəif olduqları başa düşülmüş olar.
Ən doğrusunu bilən, Allahdır.
✓ İkinci məsələ:
Ayətdəki:
"7 göylə yer və bunların içində olanlar, Onu təsbih edirlər..."
cümləsi, bu təsbihin:
~ göylərə;
~ yerə; və
~ bu ikisi içində olan
mükəlləflərə aid olduğunu göstərməkdədir. Halbuki biz, cansızlara izafə edilən təsbihin, ancaq Allahın münəzzəh olduğuna dəlalət edən şeylər mənasında olduğunu söyləmişdik. Təsbihi bu mənada ələ almaq, məcazdır.
Lakin mükəlləflərdən (insan və cinlərdən) meydana gələn və onların şəxsən dillərilə "subhanallah" demələri mənası isə, (ayətdəki) təsbihin həqiqi mənasıdır.
Bundan dolayı, bir "təsbih" ləfzinin, eyni anda həm həqiqi, həm də məcazi mənada istifadə edilmiş olması gərəkdir ki, bu, fiqh üsulunun dəlillərinə görə batildir, caiz deyildir.
Dolayısı ilə, bu təsbihi, belə bir məhzur (həzər ediləcək hal) meydana gəlməməsi üçün, insanlar haqqında deyil, yerdə və göydə olan cansızlar haqqında məcazi mənaya həml etmək, daha əvladır. Allah, ən gözəl biləndir.
İmam Razi'nin sözü, burda bitir.
---------------------------------------------
Hər şeyin Allahı təsbih etməsi xüsusunda 2 görüş vardır:
• Bir görüşə görə, hər şey bir əsər olub Sani'inə (sənətlə yaradan Yaradıcısına) dəlalət edər. Hal dili ilə, Allahı təsbih və tənzih edər. Yəni hər cür nöqsandan pak və nəzih olduğuna dəlalət edər.
Hüccətü'l-İslam imam Ğazzali "İhya-u Ulumi'd-din" (1. Cild, s. 226-227) əsərində belə izah gətirir:
"Beşinci qisim sirlər:
Dil ilə halın dilini açıqlamaqdır. Qıt anlayışlı kimsə, zahiri ifadələrə ilişib qalar və onu həqiqət zənn edər. Halbuki həqiqətlərə nüfuz edənlər, zahiri ifadələrlə nə demək istənildiyini, buradakı sirri qavrayarlar.
Bu, eynilə buna bənzəyir:
Divar, özünə vurulan çəkicə:
-'Niyə məni yarırsan? diyə şikayət etdiyində, çəkic:
-'Onu mənə deyil, dayanmadan məni vuran çəkicə və onun əlindəki daşdan soruş.' deyir.
Bax burda, sözlə, halın dili bildirilmişdir. (Yoxsa nə divar danışmışdır, nə də çəkic.)
Fussilət surəsinin 11-ci ayətində, Allah Subhənəhu və Taala belə buyurur:
"---ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ---"
"--Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə:
“Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi.
Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.---"
İndi axmaq kimsənin bu ayəti anlaya bilməsi üçün, yer üzü ilə göyləri, həyat, ağıl, İlahi xitabı qavrayacağı bir anlayış qabiliyyəti və istedadı təqdir etməsi və Allah'ın xitab əmrinin göylərlə yerin dinləyə biləcəkləri bir səs və hərflərdən meydana gəldiyini və onların da hərf və səslə cavab verib: "istəyərək, könüllü olaraq gəldik" deyə dediklərini düşünməsi lazımdır.
Halbuki bəsirət sahibi, bu ifadələrin hal dilini bildirdiyini, göylərin və yerin məcburi olaraq Allahın əmrinə hazır olduqlarını xəbər verdiyini anlayar.
Yenə İsra surəsini 44-cü ayəti də bu qəbildəndir:
"---تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا---"
"---Yeddi göy, yer və onlarda olanlar Onu təsbih edər. Elə bir şey yoxdur ki, Onu həmd ilə təsbih etməsin.
Lakin siz onların təsbihini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.---"
Yenə axmaq kimsə, bu ayətin mənasını qavraya bilmək üçün, cansız varlıqlara həyat, ağıl, səs və hərflərlə danışmaq qabiliyyəti verilib, onların: 'təsbih etdiklərini, yəni subhanallah dediklərini, təsbihin gerçəkləşməsi üçün, bunun, zəruri olduğunu düşünürlər.
Halbuki, bəsirət sahibi burada, dilin qəsd edilmədiyini, nəsnələrin (şeylərin) varlıqları ilə, Allahı təsbih, Zatını təqdis etdiklərini, Onun birliyinə şahidlik etdiklərini anlayar.
Necə ki, məşhur şairlərdən Lebid belə deyirdi:
"Hər şeydə Onun bir olduğunu göstərən bir nişan vardır."
Yenə:
"Bu sağlam memarlıq sənəti, memarının məharətinə şahiddir." deyildiyində, bu şahidlik, sözlü bir şahidlik olmayıb, zatı və halı ilədir.
Yenə heç bir şey yoxdur ki, özünü var edən, varlığını və sifətlərini davam etdirən, hərəkətlərini çəkib-çevirən bir Yaradıcıya möhtac olmasın. O, bu ehtiyacı ilə, zəruri olaraq, Yaradıcısının müqəddəsliyinə şahidlik edər.
Onun varlığını, hadisələrin zahirlərinə ilişib qalanlar deyil, bəsirət sahibləri idrak edərlər. Bundan ötürüdür ki, Allah Taala belə buyurmuşdur:
"...lakin siz, onların təsbihlərini anlamazsınız..."
Bu qıt ağıllılar, heç bir zaman qavramazlar. Muqarrəb (Allaha yaxın) kimsələrlə, elmin zirvəsinə çıxmış alimlər isə, künhünü və kamal mərtəbəsini qavramazlar.
Çünki hər varlıq, Allah Taala'nı nöqsan sifətlərdən tənzih edib onu təsbihlə anmaqda, fərqli şəhadət göstərirlər; şəhadəti isə, hər kəs, öz ağıl və bəsirətinə görə idrak edər...
(İmamın sözü burda bitdi.)
-----------------------------
Ustad Nursi, yenə eyni adlı əsərin 15-ci Şuası olan "əl-Hüccətü'z-Zəhra" risaləsində (s. 562), belə deyir:
"اَلتَّحِيَّاتُ لِلّٰهِ
'dır. Kısacık meâli şudur:
Nasıl bir usta, pek harika bir makineyi derin ilmi ve mu'cizekâr (möcüzəvi) zekâsıyla yapsa, o acip makineyi gören herkes, o ustayı takdirkârâne (təqdir edərcəsinə) tebrik edip alkışlar ve tahsinkârâne (bəyənərək) medihlerle (mədh, təriflərlə) ve ihsanlarla ona maddî, mânevî hediyeler, tahiyyeler verir;
o makine dahi, o ustanın istediği tarzda, tam tamına, gayet mükemmel olarak arzularını ve harika ince san'atını ve maharet-i ilmiyesini (elmi məharətini) göstermesiyle, kendi ustasını, lisan-ı hal (hal dili) ile alkışlar, tebrik eder, mânevî tahiyyeler, hediyeler verir.
Aynen öyle de, kâinatta bütün zîhayat taifeleri (həyat sahibləri), her biri ve her bir ferdi, her tarafı mu'cizeli birer harika makinedir ki, ustasının, her şeyin her şeyle münasebetini gören ve her şeyin hayatına lâzım bütün şeyleri görüp tam yerinde ona yetiştiren ihâtalı ilminin derin ve ince cilveleriyle (yansıma, görüntüləri ilə) kendini tanıttıran Sâni-i Zülcelâlini (cəlal sahibi Sənətkarını), hayatlarının lisan-ı halleriyle (hal dillərilə), ins ve cin ve melek olan zîşuurların (şüur sahiblərinin) kàl (ağızdakı) dilleri gibi tahiyyelerle (hədiyyələrə) alkışlar ve tebriklerle اَلتَّحِيَّاتُ لِلّٰهِ derler.
Ve hayatlarının fiyatını, doğrudan doğruya bütün mahlûkatı bütün ahvâliyle bilen Hâlıklarına ubudiyetkârâne (qulluq edərcəsinə) takdim ediyorlar ki, Mi'rac Gecesinde, bütün zîhayat (həyat sahibləri) namına Muhammed aleyhissalâtü vesselâm, Vâcibü'l-Vücudun (varlığı zəruri olan Allahın) huzurunda, selâm yerinde اَلتَّحِيَّاتُ لِلّٰهِ deyip, bütün zîhayat taifelerinin (həyat sahiblərinin) tahiyye ve hediye ve mânevî selâmlarını takdim etmiş.
Evet, âdi bir muntazam (intizamlı) makine, intizam ve mizanlı heyetiyle, şeksiz, bir mâhir ve dikkatli ustayı gösterdiği gibi, kâinatı dolduran hadsiz zîhayat (həyat sahibi) makineler de, her birisi binbir mu'cizat-ı ilmiyeyi (elmi möcüzələri) gösteriyorlar.
Elbette yıldız böceğinin ışığına nisbeten güneşin ziyası derecesinde ilmin cilveleriyle, o zîhayatlar (həyat sahibləri), usta ve sermedî (əbədi) sanatkârlarının vücub-u vücuduna (varlığının zəruri olmasına) ve mâbudiyetine (ibadətə layiq olduğuna) pek parlak şehadet ederler.
------------------------------
İzahı:
Necə ki, bir usta, qeyr-i adi bir maşını, dərin elmi və möcüzəvi zəkası ilə düzəltsə, o qeyr-i adi maşını görən hər kəs, o ustanı təqdir edərək təbrik edib alqışlayar və bu işi bəyənərək mədhlər, təriflər və ehsanlarla, ona maddi, mənəvi hədiyyələr verər;
O maşın da, o ustanın istədiyi tərzdə, tamamilə, çox mükəmməl olaraq arzularını və qeyr-i adi incə sənətini və elmi məharətini göstərməsilə, öz ustasını, hal dili ilə alqışlayar, təbrik edər, mənəvi təhiyyələr (hədiyyələr) verər;
Eynilə də, kainatdakı bütün həyat sahiblərinin hər biri, hər tərəfi möcüzəli bir maşındır ki, hər şeyin hər şey ilə münasibətini görən və hər şeyin həyatına lazım bütün şeyləri görüb tam yerində ona yetişdirən əhatəli elminin dərin və incə görüntüləri, əkslərilə özünü tanıtdıran Cəlal sahibi Sənətkar olan Allahı, həyatlarının hal dillərilə,
-insanlar, cinlər və mələklər olan şüur sahiblərinin dillərilə etdikləri kimi-
hədiyyələrlə alqışlayar və təbriklərlə "ət-təhiyyətu lilləh" deyərlər.
Və həyatlarının qarşılığını, doğrudan-doğruya bütün məxluqatı bütün əhvalı ilə bilən Xaliqlərinə qulluq edərcəsinə təqdim edirlər, ki, Merac gecəsində, bütün həyat sahibləri adına, Muhamməd (sallallahu aleyhi və səlləm), Vacibu'l-Vücud (varlığı zəruri olan Allah)'un hüzurunda, salam əvəzinə, "ət-təhiyyətu lilləh" deyib, bütün həyat sahiblərinin təhiyyə/hədiyyə və mənəvi salamlarını, Allaha təqdim etmişdir.
----------------------------------------------
"...Öyle de, tahiyyatın hülâsası olan
اَلْمُبَارَكَاتُ
kelimesiyle de, bütün medar-ı bereket (bərəkət səbəbi) ve tebrik ve bârekâllah dediren ve mübarek denilen ve hayatın ve zîhayatın hülâsası (həyat sahiblərinin xülasəsi) olan mahlûklar, hususan tohumların ve çekirdeklerin, danelerin, yumurtaların fıtrî mübarekiyetlerini ve bereketlerini ve ubudiyetlerini (qulluqlarını) temsil ederek, o geniş mânâ ile söylüyor..."
----------------------------------------
İzahı:
"əl-mubarəkat" kəliməsi:
Yer üzündə nə qədər bərəkətə səbəb və vəsilə varsa, hamısına işarət edən mücməl bir kəlimədir.
Məsələn, toxum və və çəyirdəklər, mübarəkdir. Yəni içində tonlarla neməti ehtiva edən və bərəkətə səbəb olan kiçik ancaq bərəkətli məxluqlardır.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Allaha öz qulluğunu ərz edərkən, bütün bu bərəkətləri nəzərə alıb elə təşəkkür etmişdi. Təhiyyətdakı mübarək kəliməsi, belə əhatəli və geniş bir mənaya sahibdir.
-----------------------------------
Yenə Ustad Nursi, eyni adlı əsərinin 15-ci şuası olan "əl-Hüccətü'z-Zəhra" risaləsində, "əl-mubarəkatu" sözü haqqında belə deyir:
İkinci kudsî kelime-i Mi'raciye: اَلْمُبَارَكَاتُ 'dür. Madem hadîsçe namaz, mü'minin miracıdır ve Mi'rac-ı Ekberin cilvesine mazhardır. Ve madem dünya seyyahı, her âlemde, ilim sıfatıyla Allâmü'l-Guyûb Hâlıkını bulmuş. Biz dahi o seyyahla beraber, mübareklerin ve görenlere "Bârekâllah" dedirtenlerin ve اَلْمُبَارَكَاتُ 'nün geniş âlemine girip bütün zîruhun mâsum, mübarek yavrularını ve bütün zihayatın mukadderat ve programlarının kutucukları olan tohum ve çekirdekleri başta olarak o mübarekât âlemini temâşâ ve mütalâa ile kudsî sıfat-ı ilmin mu'cizatlı, ince cilveleriyle Hâlıkımızı ilmelyakîn ile bilmeye o seyyah gibi çalışacağız.
Evet, gözümüzle görüyoruz ki, bütün o mâsum yavrucuklar ve o mübarek mahzencikler, sandıkçıklar; bir Alîm-i Hakîmin ilmiyle hem umumu, hem her bir ferdi, birden bir uyanmak ve gaye-i hilkatine yürümek için bir hareket alırlar. Hakikat nazarıyla bakanlara bin bârekâllah, yüz bin mâşâallah dedirtirler.
Evet, meselâ nutfeler, yumurtalar, tohumlar, çekirdekler, her biri birden ilimden gelen bir ince nizam ve o nizam, maharetten gelen tam bir mizan içinde; o mîzan, yeni bir tanzim, o ise taze bir ölçü ve tevzin içinde; o dahi bir temyiz ve terbiye ve müteşabih emsalinden kasdî fârika alâmetleri içinde; o da, san'atlı bir tezyin ve süslemek içinde; bu dahi hakîmâne, lâyık, mükemmel cihazat ve tasvir içinde; bu ise kerîmâne, rızık isteyenlerin zevklerini memnun etmek için, o mahlûkların ve meyvelerin etleri ve yenilen kısımları ihtilâf içinde; bu ise âlimâne, mu'cizâne, ayrı ayrı nakışlar, ziynetler içinde; bu da ayrı ayrı güzel, hoş kokular ve lezzetli tatlar içindeki, kemâl-i intizam içinde, birbirinden mütemayiz, ayrı iken kesret ve sür'at ve vüs'at-i mutlaka içinde, sehivsiz, hatâsız, bütün onların suretlerinin inkişafları ve her mevsimde o harika halin devamı içinde bütün o mübareklerin her biri ve beraber, bu mezkûr on beş dil ile ustalarının harika maharetini ve mu'cizatlı ilmini göze gösterip Allâmü'l-Guyûb, Vâcibü'l-Vücud Sânilerini güneş gibi bildiriyorlar. İşte bu pek geniş ve parlak şehadetleri ve Sâniini tebrikleri içindir ki, Mi'rac Gecesinde bütün mahlûkat hesabına konuşan zât-ı Muhammediye (a.s.m.) اَلْمُبَارَكَاتُ kelimesini selâm yerinde demiş.
---------------------------------
Miracın ikinci müqəddəs kəliməsi: "əl-mubərakətu"dur.
Madam ki, hədisdə bildirildiyi kimi, namaz, möminin meracıdır və Peyğəmbərimizin böyük meracının əksinə aynadır.
Və madam ki, dünya səyyahı, hər aləmdə, elm sifətilə qeybi (görünməyən və bilinməyən gizli şeyləri) bilən Allahı tapmışdır. Biz də, o səyyahla bərabər, mübarək (bərəkətli olan) şeylərin və görənlərə "bərəkallah" söylətdirən "əl-mübarəkətu"nun geniş aləminə girib bütün ruh sahiblərinin məsum, "mübarək balalarını" (nəticələrini) və bütün həyat sahiblərinin müqəddərat və programlarının qutuları hökmündə olan toxum və çəyirdiklər başda olaraq, "mübarək olan şeylər" aləmini tamaşa və mütaliə ilə Allahın elm sifətinin möcüzəli, incə cilvələrilə, Xaliqimizi elmi yəqinliklə bilməyə, o səyyah kimi çalışacağıq.
Bəli, gözümüzlə görürük ki, bütün "mübarək anbarlar, sandıqlar" hökmündə olan toxumlar, çəyirdəklər, bir Alim və Hikmət sahibi Allahın elmilə, həm ümumu, həm hər bir fərdi, birdən birə oyanmaq və yaradılış məqsədinə xidmət üçün bir hərəkət alırlar. Həqiqət nəzərilə baxanlara, min bərəkallah, yüz min maşallah söylətdirirlər.
Bəli, məsələn nütfələr, yumurtalar, toxumlar, çəyirdəklər, hər biri, birdən,
1. Elmdən gələn incə bir nizam; və --->
2. O nizam, məharətdən gələn tam bir mizan içində; --->
3. Mizan, yəni bir tənzim içində; --->
4. Tənzim isə, yeni bir ölçü və təvzin içində; --->
5. Təvzin, bir təmyiz (ayrılma), tərbiyə və bir-birinə bənzəyən misli olan şeylərdən fərqli əlamətlər içində; --->
6. Fərqli əlamətlər də, sənətli bir təzyin (bəzəniş) içində; --->
7. Bəzənmək də, hikmətli, layiq, mükəmməl cihazlar və təsvirlər içində; --->
8. Hikmətli, layiq, mükəmməl cihaz və təsvirlər isə, kərim bir şəkildə, ruzi istəyənlərin zövqlərini razı salmaq üçün, məxluqların və meyvələrin ətləri və yeyilən qisimləri ixtilaf (bir-birindən fərqlilik) içində; --->
9. Bu ixtilaf isə, alimlərə yaraşan bir şəkildə, möcüzəli, ayrı-ayrı naxışlar, zinətlər içində; --->
10. Bu zinətlər də, ayrı-ayrı gözəl, xoş qoxular və ləzzətli dadlar içindəki mükəmməl intizam içində
bir-birindən ayrı ikən, çoxluq və sürət və mütləq genişlik içində, səhvsiz, xətasız, bütün onların surətlərinin inkişafları və hər mövsümdə bu qeyri adi halın davamı içində, bütün mübarək (bərəkətli) şeylərin hər biri,
bu yuxarıda zikr etdiyimiz dillər ilə, Ustalarının qeyr-i adi məharətini və möcüzəli elmini, gözümüzə göstərib qeybi (görünməyən və bilinməyən gizli şeyləri) bilən, varlığı zəruri olan sənətkar olan Allahı təbrikləri üçündür ki, merac gecəsində, bütün məxluqlar hesabına danışan Muhamməd (sallallahu aleyhi və səlləm), "əl-mubarəkatu" kəliməsini, salam yerində söyləmişdir.
--------------------------------
"...Ve mübarekâtın hülâsası olan اَلصَّلَوَاتُ kelimesiyle de, zîhayatın hülâsası olan bütün zîruhun ibâdât-ı mahsusalarını tasavvur edip dergâh-ı İlâhîye o ihâtalı mânasıyla arzediyor..."
----------------------------
"...və mübarək şeylərin xülasəsi olan "əs-salavatu" (dualar) kəliməsilə də, həyat sahiblərinin xülasəsi olan bütün ruh sahiblərinin xüsusi ibadətlərini təsəvvür edib İlahi dərgaha o əhatəli mənası ilə ərz edir..."
---------------------------
İzahı:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), "əs-salavatu" kəliməsilə, sadəcə ruh sahiblərinin etmiş olduğu nə qədər zikir və təsbihləri varsa, hamısını, bu kəlimə ilə Allaha təqdim etmişdir.
------------------------
Ustad Nursi, yenə Şualar əsərində, bu sözün izahı ilə bağlı deyir:
Üçüncü kəlimə: "əs-salavatu"dur ki, həm Peyğəmbərimizin, həm də hər möminin meracı olan namazın təşəhhüdündə, hər gün heç olmazsa 10 dəfə, yüz milyonlarla mömin, o müqəddəs kəliməni, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə tabe olaraq, İlahi dərgaha təqdim edib kainatda elan edirlər.
...bu üçüncü kəlimənin geniş mənasını göstərən ruh sahibləri olan şüurlu varlıqların qeyr-i adi aləminə baxıb, Allahın əzəli elminin cilvələrilə, Xaliqimizin birliyi və varlığı içində, Onun rəhmətinin mükəmməlliyini, qüdrətinin əzəmətini və iradəsinin hər şeyə şamil olmasını bilməyə çalışacağıq:
Bəli, biz, bu aləmdə görürük ki:
Bu ruh sahibləri, şüur və ağıl cəhətdən olmasa da, hiss və fitrət olaraq bilirlər ki, hər biri, sonsuz dərəcədə aciz və zəiflik içindədirlər; hədsiz düşmənləri və incidənləri və sonsuz bir möhtaclıq içində hədsiz ehtiyacları və mətlubları vardır. Onların iqtidar və sərmayələri də, ehtiyaclarının 1/1000'nə kifayət etmədiyindən, bütün qüvvətlərilə sanki bağırır və ağlayır; mənən və fitrətən yalvarırlar.
Onlar, özlərinə məxsus səslərlə, dillərlə, dualar, niyazlar, bir növ namazlar, salavat (dualar) ilə bir Alim və qüdrət sahibi olan Allahın dərgahına sığınarkən,
birdən görürük ki:
o bağıranların hər işini, hər ehtiyacını bilən və hər dərdini və zərərini bilib yalvarmasını, fitri duasını eşidən mütləq elm sahibi, hikmət və qüdrət sahibi Biri, onların imdadlarına yetişir, bütün istədiklərini yerinə yetirir.
İçində hikmət, elm, mərhəmət görsənən bu yardım, çox parlaq bir tərzdə, elm və rəhmətin cilvələrilə Mucib (icab edən), Muğis (kömək istəyənlər üçün köməyə yetişən), rəhmət və kərəm sahibi bir Şəxsi bildirib o ruh sahiblərindən ibarət olan aləmin bütün salavat və qulluqlarını Ona təqdim və təxsis edər.
Bu məna ilə, böyük meracda Muhamməd (sallallahu aleyhi və səlləm) və kiçik merac olan namazda Onun ümməti,
əs-salavatu, ət-təyyibətu lilləh deyərlər.
--------------------------
Ve اَلطَّيِّبَاتُ kelimesiyle de, zîruhun hülâsaları olan kâmil insanların ve melâike-i mukarrebînin, salâvatın hülâsası olan tayyibat ile nuranî ve yüksek ibadetlerini irade ederek Mâbuduna tahsis ve takdim eder.
-----------------------------
Və "ət-tayyibətu" kəliməsilə də, ruh sahiblərinin xülasəsi olan kamil insanların və Allaha yaxın mələklərin, salavatın xülasəsi olan "tayyibat" ilə onların nurani və yüksək ibadətlərini iradə edərək Mə'bud olan Allaha təxsis və təqdim edər.
--------------------------
Ustad Nursi, bu sözün izahı ilə bağlı deyir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), meracda dediyi "ət-tayyibətu" müqəddəs kəliməsilə,
mərifət əhli (Allaha tanıyanların) və iman və (Allah haqqında) külli şüur sahibi olan insan, cin, mələk və ruhanilərin:
~ kainatı gözəl tayyibələri, həsənələri və qulluqları ilə gözəlləşdirən;
~ gözəllər aləminə baxan və əbədi gözəllik sahibi olan Allahın hədsiz camal və gözəlliklərini və kainatı bəzəyən isimlərinin daimi gözəlliklərini tam bilən və eşq və şöqvlə külli qulluqlarla qarşılıq verən; və
~ parlaq iman və geniş mərifət və mədhlərin "gözəl qoxuları" ilə Xaliqlərinə qarşı
o hədsiz "tayyibat"lar
mənası ilə, meracda söyləmişdir. Bu sirdəndir ki, təşəhhüddə, bütün ümməti, hər gün o müqəddəs kəliməni təkrar edərlər.
Bəli, bu kainat, sonsuz bir hüsn və gözəlliyin aynası və cilvəsidir...və kainatdakı bütün camal, kamal və gözəlliklər, o əbədi hüsndən gələr və ona intisab edərək gözəlləşər, qiyməti yüksələr. Əks halda, qarışıq bir viranə və hüzngah olar. Və o intisab isə, kainatın hər tərəfində sanki səltənət qurmuş olan uluhiyyətin, dəllalları və elan edənləri olan insan, cin, mələk və ruhanilərin mərifət və təsdiqləri ilə anlaşıla bilər. Hətta o dəllalların:
~ gözəl və şirin həmdlərini; və
~ Məbuduna mədihlərini; və
~ onların kəlimələrini
hər tərəfə nəşr edən Və Ərş tərəfə sövq etmək üçün hava ünsürünün zərrələri, əmrə hazır əsgərlər, kiçik dillər və qulaqlar olduğu kimi,
o gözəl kəlimələri Allahın dərgahına təqdim etmək üçün o qeyr-i adi vəziyyət havaya verildiyinə qüvvətli bir ehtimal var deyə, qəlbimə gəldi.
Bax insan və mələk, necə ki, imanları və qulluqları ilə Cəlal sahibi Mə'bud olan Allahı bildirirlər; elə də:
O hikmət və cəlal sahibi olan Allah da:
~ o elan edənlərə verdiyi çox cəm edici istedadlarla;
~ o qeyr-i adi cihazlarla (orqan və hislərlə); və
~ elminin incəliklərilə
hər birini, bütün kainatla əlaqədar bir kiçik kainat hökmünə gətirməklə, Özünü çox parlaq bir tərzdə bildirir. Məsələn:
İnsanın kiçik başında qoz qədər bir yerdə yaddaş, xəyal, düşünmə qüvvətləri kimi bir çox qeyr-i adi "maşın"ları yaratmaq və yaddaşını bir böyük kitabxana hökmünə gətirməklə, Allahın əzəli elminin cilvəsilə, günəş kimi özünü göstərir.
------------------------------------
Salam isminin şərhi:
Bu ismin 3 mənası vardır:
1. Səlamətə çıxardan;
2. Səlamətdə olan (yəni Zatının bütün xəta və qüsurlardan münəzzəh olması);
3. Qullarına cənnətdə salam verən.
İndi bu 3 mənanı tək-tək başa düşməyə çalışaq:
1. Səlamətə çıxardan:
Allah, salamdır. Bu isim ilə yaratdıqlarına təcəlli etdiyində, onları düşmənlərdən, sıxıntılardan, təhlükələrdən, müsibətlərdən və hər cür kədərlərdən səlamətə çıxardar.
Səlam isminin bu mənasını maddələr halında belə sıralaya bilərik:
• Yaratdıqlarını düşmənlərinin hücumlarından qurtarmaqla səlamətə çıxartması:
Hər varlığın, onlarla düşməni vardır. O varlığın düşmənlərinin hücumlarından qurtularaq səlamətə çıxması, Allahın salam isminin bir təcəllisidir.
• Həyatının davamı üçün lazım olan cihazları (orqan və ya hisləri) verməklə səlamətə çıxarması:
Milçəyə qanad verməkdən tut, balığa süzgəclər ehsan etməyə; ağaclara yarpaq və çiçək verməkdən tut, hər məxluqu, həyatının davamı üçün gərəkli olan cihazlarla təchiz etməyə qədər hər ehsan, salam isminin bir təcəllisidir.
• Qullarını təhlükələrdən qurtarmaq surətilə səlamətə çıxarması:
Məsələn, ana rəhmində bir uşaq düşünək. Uşaq, çox aciz, zəif və müdafiəsizdir... Onu o dar məkanda boğulmaq, ac qalmaq, zəhərlənmək kimi təhlükələrdən mühafizə edib səlamətlə dünyaya çıxarmaq, Allahın salam isminin bir təcəllisidir.
Yenə insanın düşmənləri olan mikroblar! Mikroblara qarşı insanın bədənində bir müdafiə sistemi qurmaq ilə, onları xəstəliklərdən qorumaq və bəzən bir çox hikmətdən dolayı xəstə edib şəfa vermək də, Allahın salam isminin bir təcəllisidir.
İnsanın vücuduna müdafiə sistemi quran Allah Taala, böyük bir insan olan dünyanı da, müdafiə sistemləri ilə təchiz etmiş və salam ismini fərqli-fərqli təcəllilərlə bizlərə tanıtdırmışdır.
Bunlardan biri, dünyamızı əhatə edən atmosfer. O, canlılar üçün zərərli ola biləcək göy daşlarından zərərli işıqlara qədər bir çox təhlükəyə sipər olmaqla, Allahın salam isminə böyük bir ayna olmuşdur.
Bizlər də, hər an bu ismə aynayıq və bu ismin təcəllisinə möhtacıq. Labüd bir maşın qəzasından ummadığımız bir şəkildə qurtulmağımız; içindən canlı çıxılması mümkün olmayan bir qəzadan yara belə almadan çıxmağımız; zəlzələdə evimizin yıxılmaması və ya yıxılan bir binanın altından ölmədən qurtulmağımız; təhlükəli bir əməliyyatdan sağ-salamat çıxmağımız və bunlar kimi görünən və görünməyən təhlükələrdən səlamətə çıxmağımız, Allahın salam isminin bir təcəllisidir.
------------------------------------
2. Bütün qüsurlardan səlamətdə olan:
Salam isminin ikinci mənası: Allahın bütün əskikliklərdən və qüsurlardan münəzzəh, yəni səlamətdə olmasıdır.
Mövcud olan hər bir varlıq, Allahın salam isminə şahidlik edir. Bir çiçəyin Allahın salam isminə olan şahidliyini bərabər düşünək.
Bir gülü yaratmaq üçün, sənətkarının hansı sifətlərə sahib olması lazımdır?
~ İlk əvvəl aciz olmamalı, qüdrəti sonsuz olmalıdır. Çünki çiçəyi bəsit bir toxumdan çıxartmaq, ancaq sonsuz bir gücə sahib olmaqla mümkündür. Aciz olan, çiçəyə usta ola bilməz.
Bax beləcə, çiçək, varlığı ilə Allahın acizlikdən səlamətdə olduğuna və Onun sonsuz bir qüdrətə sahib olduğuna şəhadət edir.
~ Yenə ustası cahil olmamalı, alim olmalıdır. Çünki çiçəkdəki hikmət və sənət, ancaq sonsuz bir elmin varlığı ilə izah edilə bilər. Həm bu çiçək, günəşindən havasına, buludundan torpağına qədər, bütün aləm ilə əlaqədardır. Bu münasibətləri, ancaq elm sahibi bir Zat, tənzimləyə bilər.
Bax çiçək, özündəki sənət və hikmətin dililə və hər şeylə münasibətlərinin tənzimlənməsi cəhətilə, Allahın cahillikdən səlim olduğuna və sonsuz elmə sahib olduğuna işarət edər.
~ Yenə çiçəyin ustası, kor olmamalı, görməlidir. Çünki iş görən, gördüyü işi görür, görə bilməyən isə, işi görə bilməz.
Bax belə, gül, varlığı və özündəki mükəmməl sənət ilə, Allahın korluqdan səlamətdə olduğuna və hər şeyi görən bəsir olduğuna şəhadət edər.
~ Çiçək, bir az əvvəl yox idi, ancaq var oldu. Varlığı, yoxluğuna tərcih edildi. Demək, sənətkarında, iradə sifəti vardır. Tərcih edə bilməyən və iradəsi olmayan, çiçək yarada bilməz.
Bax belə, çiçək, varlığının yoxluğuna tərcih edilməsilə, Allahın iradəsizlikdən səlamətdə olduğuna və mütləq iradə sahibi olduğuna şəhadət edər.
~ Həm çiçəyə necə mərhətmət edildiyinə və ehtiyaclarının necə gözəl qarşılandığına nəzər salaq. Çiçək bu halı ilə, Allahın mərhəmətsizlikdən səlamətdə olduğuna və Rəhim ismilə isimləndiyinə şəhadət edər.
~ Bu çiçək kimi, milyonlarla çiçəklər, eyni anda yaradılır. Hər biri, fərqli zinətlərlə zinətlənir. Demək, bunların sahibinin, bitməz və tükənməz xəzinələri vardır. Kasıb olan, bunlara sahib ola bilməz.
Bax beləcə, çiçək, minlərlə çiçəklərlə bərabər, Allahın yoxsulluqdan səlamətdə olduğuna işarət edər, yəni Onun zəngin olduğunu isbat edər.
Daha bunlar kimi, bir çox dil ilə, o çiçək, Allah Taala'nın bütün qüsurlardan bəri olduğunu isbat edərək, Onun salam ismilə müsəmma olduğuna (isimləndiyinə) işarət edər.
----------------------------------
3. Cənnətdə qullarına salam verən
Salam isminin üçüncü mənası: "cənnətdə qullarına salam verəndir".
Bu məna, Yasin surəsinin 58-ci ayətində, belə bəyan edilmişdir:
سَلَـٰمٌ قَوْلًا مِّن رَّبٍّ رَّحِيمٍ
"Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.
Allah Taala, bu dünyada, salam ismini bizlərə təcəlli etdirdiyi kimi, bu isimlə bizə, cənnətdə də təcəlli etsin və bizlər Allahın salamını eşitməklə bəxtiyar olaq. Amin!
--------------------------------
Peyğəmbər (sallallahu aleyhi və səlləm), meracda, salam yerinə niyə "ət-təhiyyətu lilləh" demişdi?
-----------------------------
Buxari, "Səhih"ində, (10-cu kitab: Azan kitabı; 148-ci bab: "Son təşəhhüddə oturmaq" babı, hədis no: 831) ibn Məs'ud'dan nəql edilən bu rəvayətə yer vermişdir:
"Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in arxasında namaz qıldığımız vaxt, belə deyərdik:
'Cəbrailə, Mikailə salam olsun, bu mələyə, bu mələyə salam olsun.'
Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə dönərək belə buyurdu:
'Şübhəsiz, salam olan sadəcə Allahdır. Sizdən biri dua edəcəyi vaxt, bu duanı etsin:
ət-təhiyyətu lilləhi və's-salavatu və't-tayyibət. Əs-sələmu aləykə əyyuhə'n-nəbiyyu və rahmətullahi və bərəkətuhu. Əs-sələmu aleynə və alə ibədilləhi's-salihin. Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu.'
Çünki siz, bu şəkildə, Allahın saleh qullarına salam dilədiyiniz vaxt, bu dua, göydəki və yerdəki hər saleh qula isabət edər (çatar)."
-------------------------------
İbn Həcər Asqalani, Buxari şərhi olan "Fəthu'l-Bari"də, hədisin izahı ilə bağlı bunlara yer vermişdir:
"Şübhəsiz, salam olan sadəcə Allahdır."
ifadəsilə bağlı olaraq,
~ Beydavi'nin açıqlamaları, mücməl olaraq belədir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allaha salam/səlamət diləməyi qəbul etməmiş və rədd etmişdir. Bunun, əsl söylənməsi lazım gələn duaya zidd olduğunu da açıqlamışdır. Çünki hər cür salam və rəhmət, zatən Ona məxsusdur və Ondan gəlməkdədir; salam və rəhmətin sahibi Odur, salamı və rəhməti qullarına bəxş edən Odur."
~ ət-Turbəşti, bu mövzuda belə deyir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allaha salam diləməyi qadağan etmişdir. Çünki O, hər an, Özünə yönəlib istəklərimizi ərz etdiyimiz Mövlamızdır. O, bütün bu diləklərdən ucadır, bunlara əsla möhtac deyildir. Qul, Onun üçün necə dua edə bilər ki?! Zatən hər şeyin sahibi olan və istənilən halda Özünə dua etdiyimiz Rəbbimiz, O deyildirmi?!"
~ Mövzu ilə bağlı olaraq ibnu'l-Ənbari belə deyir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), səhabələrinə, salamı qullar üçün diləməklərini əmr etmişdir. Çünki səlamətə möhtac olan, məxluqlardır. Allah Taala, buna möhtac olmaqdan ucadır, Ğani'dir."
------------------
Salam vermək, müsəlmanlar arasında niyə bu qədər əhəmiyyətlidir?
Buxari'nin Səhih'ində, (79-cu kitab, "Kitabu'l-İstizan" (İcazə istəmək kitabında)", 8-ci bab: "Salamın ifşa edilməsi/açığa çıxarılması" babında), ibn Həcər, 6235 no-lu hədisin şərhində, İbnu'l-Arabi'nin bu izahına yer verir:
"Hədisdən başa düşüldüyünə görə, salamı ifşa etməyin/açığa çıxarmağın faydaları arasında, salamlaşanlar arasında sevginin hasil olması da vardır. Bunun belə olmasının səbəbi, dinin şəri hökmlərinin tətbiq edilməsi; kafirlərin də zəlil qılınması üçün, qarşılıqlı yardımlaşmaq surətilə, faydanın ümumi bir hal alması üçün, kəliməyə adət edilməsidir. Bu kəlimə eşidildiyi vaxt, onu yaxşıca başa düşən kimsənin qəlbində (bu kəlimə) yer edər, qəlbdəki nifrət uzaqlaşaraq onu söyləyənə doğru sevgilə yönələr."
- Salam isminin şərhi
- Sidikdən dolayı qəbr əzabı vardırmı?
- İsra surəsi 44-cü ayətin təfsirini verə bilərsinizmi?
- Hədid surəsi 3-cü ayətin təfsiri
- Zahir və Batin isimlərinin şərhi- 2
- Qədr surəsinin təfsiri
- Əvvəl və Axir isimlərinin şərhi
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?