Əvvəl və Axir isimlərinin şərhi

هُوَ ٱلْأَوَّلُ وَٱلْءَاخِرُ وَٱلظَّـٰهِرُ وَٱلْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

"Əvvəl də, Axir də, Zahir də, Batin də Odur. O, hər şeyi bilir." (Hədid/3)

---------------------------------

Təfsiri:

Bu ayətlə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu ayətin təfsiri haqqında:

"O:

~ Özündən əvvəl heç bir şey olmayan Əvvəl;

~ Özündən sonra heç bir şey olmayan Axir'dir."

buyurmuşdur.

Bil ki, bu, qapalı, heybətli və dərin bir mövzudur. Bu xüsusda, bu cəhətlərdən izahlar verilə bilər:

1. Bir şeyin bir şeydən əvvəl olması, bu cəhətlərdən ola bilər:

a. Təsir cəhətindən...

Çünki biz, barmağın hərəkətinin, üzərindəki üzüyün hərəkətindən əvvəl olduğunu düşünə bilirik. Dolayısı ilə, bu əvvəllikdən: əvvəl olanın, sonra olana təsiri qəsd edilmişdir.

b. Təsir cəhətindən deyil, ehtiyac cəhətindən əvvəl olmaq...

Çünki hər nə qədər, 1-in, 2 üçün illət olmadığını bilsək də, 2-nin 1-ə möhtac olduğunu düşünə bilirik.

c. Şərəf cəhətindən əvvəl olmaq...

Məsələn, Əbu Bəkr (radiyallahu anh)'ın, Ömər (radiyallahu anh)'dan əvvəl olması kimi...

d. Rütbə cəhətindən əvvəl olmaq...

Bu da, imamın camaata əvvəl olması kimi, maddi bir başlanğıcdan dolayı olan əvvəllik, yaxud da, əqli bir başlanğıcdan dolayı olan əvvəllikdir.

Bu da, məsələn, o ən üst "cins"i, başlanğıc qəbul etməyimiz kimidir. Çünki növ, hər nə qədər aşağıda olarsa, o qədər sonra olmuş olar. İndi bunu tərsinə çevirəcək olsaq, haqqında danışdığımız iş də, tərs üz sayılmış olar.

e. Zaman cəhətindən əvvəl olmaq...

Çünki əvvəlki zamanda mövcud olan, sonrakı zamanda mövcud olandan əvvəldir.

Bax əvvəllik və sonralığa dair, ağıl sahiblərinin ortaya qoya bildikləri qisimlər, bunlardan ibarətdir.

Məncə, burda, belə bir altıncı qisim də vardır:

Zamanın bir qisim parçaları, digər bir qisim parçalarından əvvəl gəlir. Bu (ayətdəki) əvvəllik, zaman ilə olan bir əvvəllik deyildir. Əks halda, o bütün zamanın, başqa bir bütün zaman ilə əhatələnmiş olması lazım gələrdi. İndi bu əhatə edən haqqındakı söz, eynilə, əhatə edilən haqqındakı söz kimi olur.

Beləcə də, hamısının bu anda mövcud olması cəhətindən, hər zamanın, sonsuzluğa qədər, başqa bir zaman əhatə edilmiş olması lazım gələrdi.

Bundan dolayı, bu an, tək (müstəqil) ola bilməz, əksinə, hər an, sonsuzluğa qədər uzanan, bir başqa mövcud anın içində olmuş olur ki, bu, düşünülə bilməz (yəni imkansızdır). Həm sonra, mövcud o anların bütünü, keçmiş zamanların bütünündən sonradır.

Dolayısı ilə, zamanların bütünü üçün, sayəsində əhatə edildikləri bir başqa zaman bəhs mövzusu olur. Ancaq bu, muhaldır (imkansızdır). Çünki hər bir zaman, zamanların bütünü içində olarsa, bu halda, o zaman, həm o bütünün içindədir, həm də onun xaricindədir. Belə olması da imkansızdır.

Beləcə bu açıq əqli dəlil ilə, zaman dilimlərindən birinin, digər bir dilimdən əvvəl olmasının, bütün zamanlar cəhətindən olmadığı ortaya çıxmış olur.

Bunun zahiri də, işin nə illət, nə də ehtiyac ilə olmadığını göstərir. Əks halda, ikisi də, eynilə illət (səbəb) ilə məlul'un (səbəblə meydana gələnin), bir də ikisinin (səbəb ilə səbəblə meydana gələnin) eyni anda var olmaları kimi, birlikdə var olmuş olarlardı. Bu əvvəllik, şərəf və məkan etibarı ilə deyildir.

Beləcə, zamanın, hər hansı bir diliminin, digər bir dilimdən əvvəl olmasının, bəhs edilən bu 5 qismin xaricində altıncı bir qism olduğu başa düşülür.

Bunları yaxşıca qavradığına görə, indi biz belə deyirik:

Quran-i Kərim, Haqq Taala'nın, Özü xaricində qalan hər şeyin, əvvəli olduğuna dəlalət etməkdədir. Əqli dəlil də bunu göstərir. Çünki biz, deyirik:

Vacibu'l-Vücud (vücudu mütləq var olan, yoxluğu mümkün olmayan) Allahın xaricində qalan hər şey, mümkinu'l-vücud'dur (varlığı və yoxluğu mümkün, Allahdan başqa hər şey). Halbuki hər mümkin, muhdəsdir. O halda, Vacibu'l-Vücud'un xaricində qalan hər şey, muhdəsdir (məxluqdur) və O Vacibu'l-Vücud da, Özü xaricində qalan hər şeyin əvvəlidir.

Vacibu'l-Vücud xaricində qalan hər şeyin, "mümkin" olduğunu söylədik. Çünki əgər zatları gərəyi vacib olan 2 şey mövcud olsa idi, bunlar, zati olan vücubiyyətdə (vaciblikdə) müştərək, ancaq varlıq olaraq, fərqli-fərqli olmuş olarlardı. Sayəsində müştərəklik olan xüsus isə, sayəsində fərqlilik olan xüsusdan başqadır. Bundan dolayı, bunlardan hər biri, beləcə, "mürəkkəb" olmuş olurlar.

Sonra bu 2 cüzdən (parçadan) hər biri, əgər vacibdirlərsə, ikisi də vacib olmaqda müştərək, xüsusiyyətdə isə, fərqli olarlar. Beləcə də, hər bir cüz, "mürəkkəb" (fərqli parçalardan meydana gəlmiş) olur və beləcə, təsəlsül lazım gəlir.

Yox əgər hər ikisi də vacib olmazsa, yaxud biri vacib olmazsa, "vacib" olaraq dəyərləndirilən belə bir "bütün", vacib olmamağa daha uyğun olur.

Beləcə, Vacibu'l-Vücud olan o Zatın xaricindəki hər şeyin "mümkinu'l-vücud" olduğu sabit olur. Hər mümkin isə, muhdəsdir. Çünki hər mümkin, müəssirə (təsir edənə, əsər sahibinə) möhtacdır. Bu möhtaclıq, ya var edilərkən, ya da yox edilərkən bəhs mövzusudur. Bu halda, var edilmə halı, ya əbədilik halı olur, ki, bu, imkansızdır. Çünki bu, mövcudu, yenidən var etmə və əldə edilmiş olanı, yenidən əldə etmə nəticəsinə götürür. Bu isə, imkansızdır. Çünki bu möhtaclıq, ya meydana gələrkən, yaxud da yox olarkən bəhs mövzusudur. Hər iki halda da, hər mümkinin, muhdəs olması lazım gəlir. Beləcə də, O Vacibu'l-Vücudun xaricində qalan hər şeyin, o vacibə möhtac bir muhdəs (məxluq) olduğu başa düşülür. Bundan dolayı, O Vacib, Özü xaricində qalan hər şeydən ƏVVƏL'dir.

Daha sonra ağlımız, bu əvvəlliyin necə olduğunu bilmək istəyir. Dolayısı ilə biz, deyirik:

Bu əvvəlliyin:

• Təsir cəhətindən olması, caiz deyildir. Çünki müəssir, müəssir olması cəhətindən, əsərə əsər olması cəhətindən nisbət edilir. O halda, hər 2 nisbət, eynidir. Eynilikdə isə, əvvəllik olmaz.

Bunun, sırf:

• Ehtiyac cəhətindən olması da, caiz deyildir. Çünki möhtac olan ilə, özünə möhtac olunanın, eyni anda mövcud olmaqları, imkansız deyildir. Halbuki biz, belə bir bərabərliyin imkansız olduğunu bəyan etmişdik.

Bunun, sırf:

• Bir şərəfdən ötürü olması da, caiz deyildir. Çünki bu əvvəllikdən burda (ayətdə) əldə edilmək istənən, Allah Taalanın, mümkin varlıqlardan daha şərəfli olduğunu təsbit etmək deyildir.

Bunun:

• Məkan cəhətindən bir əvvəllik olması da, bəhs mövzusu deyildir.

Belə bir əvvəlliyin fərz edilməsi halında, muhdisin (Xaliqin), muhdəsdən (məxluqdan) əvvəl olması, bunlardan birinin məkan cəhətindən digərinin üstündə olmasının fövqündə bir şeydir.

Bu əvvəlliyin:

• Zaman cəhətindən olması da, batildir. Çünki zaman da, mümkin və muhdəs varlıqdır:

~ Mümkin olduğuna gəlincə, daha əvvəl də bəyan etdiyimiz kimi, Vacibu'l-Vücud, birdən çox ola bilməz.

~ Zamanın muhdəs olmasına gəlincə, mümkin və muhdəs olduğunun əlamətləri, zamanda, digərindən daha açıqdır. Çünki zamanın bütün parçaları, bir-birini izləməkdədir. Halbuki, yox olduqdan sonra var olan, var olduqdan sonra yox olan hər şeyin, mümkin və muhdəs olduğunda şübhə yoxdur.

Zamanın bütün dilimləri, mümkin və muhdəs olub, "bütün" də, parçalardan əldə edilmiş olunca, indi mümkin və muhdəsə möhtac olan, əvləviyyətlə mümkin və muhdəsdir. O halda, zaman, bütünü və parçaları ilə mümkin və muhdəs varlıqdır. Dolayısı ilə, zamanı yaradanın, zamandan əvvəl olması, zaman etibarı ilə ola bilməz. Çünki bütün zamanlardan əvvəl olan şey, zaman ilə olmaz. Əks halda, o zamanın, zaman olduğu üçün, zamanların cəminə daxil olması, zamanın zərfi (əhatə edəni) olduğu üçün də, onun xaricində bir şey olması lazım gəlir. Halbuki zərf, məzrufdan (zərfin içindəkindən) başqadır. Lakin o şeyin, bir şeyin həm daxilində, həm xaricində olması, imkansızdır.

Üçüncü ehtimala gəlincə, zamanın mahiyyəti, həmişə axıb getməyi, yenilənməyi gərəkdirir. Bu da, başqalarının, özündən əvvəl olmağını gərəkdirir. Halbuki əzəl, başqasının özündən əvvəl olmasına ziddir. O halda, əzəl ilə belə zamanı birlikdə düşünmək, imkansızdır. Beləcə, Yaradanın, Özü xaricində qalan hər şeyə qarşı olan əvvəlliyinin, qətiliklə zaman cəhətindən olmadığı sabit olur. O halda, insan nəzdində (ağlında) olan, Allah Taalanın hər şeydən əvvəl olmağı və bu əvvəlliyin, yuxarıda bəhsi keçən 5 cür əvvəllik cəhətindən olmamasıdır.

Geriyə, bu 5 qismin xaricində bir başqa əvvəlliyin olması qalır. İndi bu cür əvvəlliyyətin, necə bir əvvəlliyyət olduğu xüsusunda, ağlın söyləyə biləcəyi bir şey yoxdur. Çünki ağıllının ağlına gələn hər şey, mütləq olaraq bir zaman içərisindədir, bir zamana bağlıdır. Ancaq ortaya qoyduğumuz dəlil, bunun imkansız olduğunu ortaya qoyur.

Xülasə:

O halda, Allah Taalanın "əl-əvvəl" olması, mücməl olaraq məlumdur. Ancaq bunun təfsilatı və o əvvəlliyyətin özünü dərk etmək, məxluqatın ağıl gücünün çatmadığı bir şeydir.

-----------------------------------

"Əl-Axir" isminin şərhi:

Allah Taala'nın "əl-Axir" olması ilə bağlı izahımız da, belədir:

Cənnət və ya cəhənnəmin əbədiliyini qəbul edən müsəlmanların böyük əksəriyyəti, Haqq Taala'nın "əl-Axir" olmasının nə demək olduğu xüsusunda, bu fərqli izahları vermişlərdir:

1. Allah Taala, mümkinat aləminin bütününü yox edər, beləcə, Özünün axir olması gerçəkləşər. Ancaq daha sonra, o mümkinat aləmini yenidən var edər və əbədi olaraq buraxar.

2. İnsanın ağlında-zehnində, her şeyin sonu ola biləcək mövcud (varlıq), sadəcə O'dur. Bundan dolayı, hər şeyin sonu ola bilməsi Haqq Taalaya xas bir vəsf olunca, çox təbii olaraq, O da, "axir" deyə vəsf edilmişdir.

3. Var olmaq, Haqq Taala'dan başlayar və bu, get-gedə, dərəcə-dərəcə aşağı doğru enər. Digər varlıqların nəticəsi olub artıq başqa bir şeyin səbəbi olmayan son varlığa qədər enər. Bu etibarla, Haqq Taala, "əvvəl" olmuş olur. Daha sonra o şey, bu son mövcuddan dərəcə-dərəcə yuxarı çıxar, belə olduğu vaxt, yuxarı çıxmağın ən son nöqtəsinə varıb dayanar ki bax orada, Haqq Subhənəhu'nun varlığı bəhs mövzusudur. Bu halda, Haqq Taala:

~ varlığın Özündən mümkinat aləminə enməsi xüsusunda "əvvəl";

~ varlığın mümkinat aləmindən Ona çıxarkən də "axir"dir.

4. O, bütün məxluqatı öldürər və sadəcə Özü qalar. Bax bu etibarla, O, "Axir"dir.

5. O:

~ varlıq olmaq cəhətindən ilk;

~ istidlal: (bir iddianı isbat etmək məqsədilə, dəlil ortaya qoymaq) xüsusunda da "axir"dir.

Çünki bütün istidlalların məqsədi, Yaradıcını tanımaqdır. Yaradıcıya çatmaq məqsədilə edilməyən hər istidlal, çox da əhəmiyyətli deyildir.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb", Hədid/3 təfsiri)

Read 2 times
In order to make a comment, please login or register