“Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi” (Məryəm/27-28)
"Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi” (Məryəm/27-28)
-----------------------
"Ey Harun'un bacısı!" buyuruğunda keçən "bacı" kəliməsinin mənası və "Harun"un kim olduğu xüsusunda fərqli görüşlər vardır:
• Bir görüşə görə, burdakı Harun, Musa'nın qardaşı Harun'dur. Məqsəd də budur ki:
"Biz, səni, ibadətdə Harun kimi zənn edirdik. Necə oldu ki, belə bir (çirkin) iş gördün?"
• Bir başqa görüşə görə, Məryəm, Musa'nın qardaşı Harun'un soyundan gəlirdi. Ona bacılıq surətilə nisbət edilmiş oldu. Çünki Onun soyundandır. Necə ki, Təmimli birinə:
"Ey Təmim'in qardaşı (və ya bacısı)",
Ərəblərdən olan birinə də:
"Ey ərəblərin qardaşı (və ya bacısı)" deyilir.
• Bir başqa izaha görə, Məryəm'in, Harun adında ata bir qardaşı var idi. Çünki bu ad, Musa'nın qardaşı Harun'un adının bərəkətindən faydalanmaq məqsədilə, İsrail oğulları arasında çoxca verilən bir ad idi. İsrail oğulları arasında da, nümunə bir kimsə olaraq qəbul edilirdi.
Bu izahı, əl-Kəlbi vermişdir.
• Bir digər açıqlamaya görə, burda sözü keçən Harun, o dövrdə yaşamış saleh bir şəxs idi. Öldüyü gün cənazəsində, hamısı da Harun adını daşıyan 40.000 nəfər adam var idi.
• Qatadə də belə izah gətirir:
O dövrdə, İsrail oğulları arasında, özünü tamamilə uca Allaha adamış və Harun diyə bilinən abid bir kişi var idi. Məryəmi, ilk əvvəllər, Məryəm onun yolundan getdiyindən dolayı, onun bacısı olaraq anardılar. Çünki o da, məbədlərin xidmətlərini görmək üzərə vəqf edilmişdi.
(Bu izaha görə məna belə olur: "Yəni, ey salehə qadın! Sən belə bir iş tutacaq deyildin?! Bunu necə etdin?!")
• Muslim'in "Səhih"ində, əl-Muğirə b. Şu'bə'dən belə dediyi nəql edilməkdədir:
Mən, Nəcran'a vardığımda, məndən belə soruşdular:
"Sizlər: 'Ey Harun'un bacısı' diyə oxuyursunuz. Halbuki Musa, İsa'dan bu qədər, bu qədər il əvvəl yaşamışdır."
Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in hüzuruna gəldiyimdə, buna dair sual verdim. O isə, belə buyurdu:
"Onlar peyğəmbərlərinin və özlərindən əvvəlki salehlərin isimlərini, ad olaraq verirdilər."
Mən (Qurtubi) isə, deyirəm ki:
"Səhih hədis, Musa və İsa ilə Harun arasında uzun bir zaman keçdiyini göstərməktədir.
Zəmaxşəri də deyir ki:
'Musa, Harun və İsa arasında 1000 il yaxud da bundan daha artıq bir zaman vardır.'
Bu cəhətdən, Məryəm'in, Musa ilə Harun'un bacısı olduğu düşünülə bilməz.
Əgər Musa'nın qardaşı Harun'un bacısı olduğu görüşü, doğru qəbul ediləcək olarsa, o təqdirdə, əs-Süddi'nin açıqladığı şəkildə qəbul edilir. Yəni onun nəslindən olduğu üçün, Məryəmə belə deyilmişdi. Bu da, bir qəbiləyə mənsub bir adama:
'Ey filanların qardaşı (və ya bacısı)' deməyə bənzəyir."
• ibn Atiyyə belə deyir:
Bir qrup isə, belə demişdir:
"O dövrdə, adı Harun olan günahkar bir kişi var idi. Məryəmi ayıblamaq və azarlamaq məqsədilə, onu, Haruna nisbət etdilər."
Bu görüşü, Təbəri də zikr etməklə bərabər, bunu söyləyənin adını verməmişdir.
Mən (Qurtubi) isə, deyirəm ki:
Bunu, Qəznəvi, Səid b. Cübeyr'dən nəql etməkdədir. Buna görə, Harun, əxlaqsızlıqda nümunə göstəriləcək qədər iləri olan fasiq bir kişi idi. Məryəm də, ona nisbət edildi.
Bunun da mənası budur:
"Sənin atan da, anan da, bu cür iş görəcək kimsələr deyildilər. Sən necə belə bir iş tutdun ?!"
- Məryəm, Harunun bacısıdırmı?
- Nur surəsi 27-ci ayətinin təfsirini verə bilərsinizmi?
- Al-i İmran surəsi 39-cu ayətin təfsirini verə bilərsinizmi?
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri-2
- Qasas surəsi 7-ci ayətin təfsiri
- İlham-2
- "(Ey Əli) Mənə nisbətən Sən, Musa'ya nisbətlə Harun mövqeyində olmağa razı olmazsan mı?" hədisini izah edərsinizmi?
- Qəriblər hədisi
- Əbu Hənifənin "Məhrəmi ilə evlənənə hədd yoxdur." sözünü necə başa düşməliyik?
- Peyğəmbərin belə qibtə etdiyi kimsələr