1. Namaz qılarkən anamızın bizi çağırması halında namazı pozmalıyıqmı? 2. Ana və ataya hörmət etmənin mükafatı nədir?

   Cavab 1:

    Nafilə namaz qılan bir kimsəni, ana və ya atası, (onun namazda olduğunu bildiyi halda) çağırırsa namazı poza bilər. Əgər övladının namazda olduğunu bilmədən çağırarsa, namazı pozması vacib olar.

     Əgər fərz namazında isə ana və ya atasından biri çağırarsa namazı pozmaz. Ancaq bir təhlükə səbəbindən kömək istəsələr namazı pozmaq vacib olar.

   Cavab 2:

    Peyğəmbərimiz (s.a.s.) çox qəzəbli bir şəkildə üç dəfə, "Təəssüflər olsun o kimsəyə! .." dediyində əshab-ı kiram; "Kimdir o? Ey Allah'ın Rəulu!" deyə soruşduqda;

"Ana-atası və ya bunlardan biri yanında qocaldığı halda, Cənnətə girə bilməyib Cəhənnəmə gedən kimsə." deyər. (Müslim, Birr, 9).

    Həyatda və öldükdən sonra valideyinlərinə qarşı vəzifələrini yerinə yetirən, onları məmnun edib, xeyir-dualarını alan kimsə, dünya və axirətin ən böyük xoşbəxtliklərindən birini qazanmış olar. Çünki Peyğəmbərimiz (s.a.s.) belə insanların bərəkətli uzun bir ömrə sahib olacaqlarını, valideyinlərin onlar üçün edəcəkləri duaların Allah tərəfindən mütləq qəbul ediləcəyini və Cənnəti qazanacaqlarını müjdələmişdir.

   Hz. Peyğəmbər (s.a.s.) uşaqların valideynlərinə qarşı məsuliyyətlərinin nə qədər böyük olduğunu belə dilə gətirir:

"Övlad, heç bir yaxşılıqla atanın haqqını ödəyə bilməz. Ancaq onu kölə olmuş bir vəziyyətdə tapar da satın alaraq azadlığa qovuşdurarsa haqqını ödəmiş olar." (Buxari, əl-Ədəbül-Müfrəd, 6)

   Abdullah b. Məsud (r.a.) Hz. Peyğəmbər (s.a.s.) 'dən soruşdu:

"Ya Rəsulullah, əməllərin hansı daha üstündür?" Rəsulullah:

"Vaxtında qılınan namaz." buyurdu.

   Abdullah b. Məsud deyir ki təkrar soruşdum:

Sonra hansıdır? "

"Ana-ataya yaxşılıqdır." deyə cavablandırdılar.

"Sonra hansıdır?" dedim.

"Allah yolunda savaşmaqdır." deyə buyurdu.

   Xülasə, anaya və ataya hər cür ehtiram və ehsan etmək, onların ehtiyacı olduğu təqdirdə bütün maddi ehtiyaclarını aradan qaldırmaq, onlara "uf" belə deməmək, onlara qarşı daim şirin dilli olmaq, ən gözəl rəftar və davranışlarla cavab verib ən kiçik bir şəkildə onları üzməmək, bezmişliyi ifadə edə biləcək bir rəftar sərgiləməmək lazımdır. Könüllərini qıracaq ən kiçik bir sözdən belə qaçmaq, hər məsələdə razılıqlarını qazanmağa çalışmaq, onları özündən məmnun etmək, yaşlandıqarında onların hər cür xidmətinə qoşmaq, xəstəlik anlarında müalicə və baxımlarını etdirmək övladın borcudur. Xəstə və ya yatalaq hallarında onların xidmətlərində olmaq Cənnətin qapılarını açan bir davranışdır.

Read 1.316 times
In order to make a comment, please login or register