10 hiss, hansılardır?
Zahiri və batini hisslər:
~ Zahiri 5 hiss:
1. Toxunmaq,
2. Qoxlamaq;
3. Eşitmək;
4. Dadmaq;
5. Görməkdir.
-------------------------------------
~ Batini 5 hiss isə, bunlardır:
1. Müştərək hiss: Bu, elə bir hisdir ki, digər hislər özündən yayılır. Təsirləri ona qayıdır və onda toplanır. Müştərək hiss, digər hislərin sanki toplanma yeridir. Çünki əgər bizim, ağ rəngi və səsi özündə toplayan bir hissimiz olmasaydı, bu bəyazın; və səsini eşitdiyimiz şeyin müğənni olduğunu bilə bilməzdik. Çünki rəng və səsi bir araya toplamaq, nə qulağın, nə də gözün işidir. Və ya biz, sarı bir şey gördüyümüz vaxt, daha əvvəl onu dadmış olmasaydıq, yəni, bal yeməsə idik, şirin olduğunu idrak edə bilməzdik. Çünki göz hissi, şirinliyi; dadma hissi də sarılığı idrak edə bilməz.
Buna görə, sarı əşyanın şirin olduğuna hökm edə bilmək üçün, 2 halı da özündə toplayan bir hakimə/hökm verənə ehtiyac vardır. Hökm vermək, nə dadmaq, nə də görmək hissinə aiddir. Bu qərar, zahiri 5 hissin xaricində başqa bir qüvvəyə, yəni batini qüvvətə aiddir.
2. Təsəvvür etmə qüvvəti: Bu, müştərək hisdə intiba (nəqş ediləni, iz buraxılan)'ı qorumaqdan ibarətdir. Çünki qoruma, intiba və qəbuldan başqa bir şeydir. Bundan dolayı, su, surət və şəkli qəbul edir; lakin bunları qoruya bilmir.
Mum, gecənin qüvvətilə şəkli qəbul edir və quruluğun qüvvətilə şəkli mühafizə edir. Hər nə zaman ki, beynin ön tərəfində bir zədələnmə olarsa, xəyalda onların mühafizəsi batil olur və surətlərin unudulması meydana gəlir.
3. Vəhm etmə qüvvəti: Hiss ediləndən, hiss edilməyəni idrak etməkdir. Keçinin, qurdun düşmənliyini idrak etməsi kimi. Bu, gözlə deyil, əksinə, başqa bir qüvvətlə idrak edilməkdədir. Bu qüvvət, heyvanlar üçün, insanlardakı ağıl kimidir.
4. Xatırlama qüvvəti: Vəhm etmə qüvvətinin idrak etdiyi mənaları hifz etməkdən ibarətdir. Təsəvvür etmə qüvvəti, necə ki, müştərək hisdə intiba edilmiş surətləri qoruyur və surətlərin xəzinəsidirsə; eyni şəkildə, xatırlama qüvvəti də, mənalar xəzinəsidir.
Vəhm etmə və xatırlama qüvvətləri, beynin arxa tərəfində; müştərək hiss və təsəvvür qüvvəti isə, beynin ön qismindədir.
5. Xəyal etmə qüvvəti: Beynin ortasında yer alan bir qüvvətdir. Bunun işi, idrak deyil; hərəkət etdirməkdir. Mən (Ğazzali), bununla, xəyal etmə gücünün, surət və məna xəzinələrində yer alan şeyləri təftişini qəsd edirəm.
Çünki xəyal etmə qüvvəti, ikisinin ortasındadır. Orda sadəcə birləşdirmə və təfsil işlərini yerinə yetirir. Məsələn, bir insanın uçduğunu; bir insanın yarısının insan, digər yarısının at olduğunu və bənzərlərini təsəvvür edər. Daha əvvəl keçmiş bir misal olmadan, özü bir surət icad edə bilməz; əksinə, xəyalda dağınıq duranları birləşdirər və toplu olanları bir-birindən ayırar. Bax buna, insandakı "təfəkkür qüvvəti" adı verilir.
(Ğazzali, "Maqasidu'l-Fəlasifə" əsərindən nəql)
