3 gündən artıq küsülü qalmaq olarmı?

6078- Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz Mən, sənin (Aişənin) qəzəbini də, razılığını da bilir, başa düşürəm."

Aişə deyir ki, mən:

"Bunu necə bilirsən, ey Allahın rəsulu?" deyə soruşdum. O (sallallahu aleyhi və səlləm) belə buyurdu:

Əgər sən razısansa:

"Bəli, Muhammədin Rəbbinin haqqı üçün deyirsən."

Əgər qəzəblisənsə:

"Xeyr, İbrahimin Rəbbinin haqqı üçün deyirsən."

Aişə deyir ki:

"Bəli, mən, ancaq Sənin adından ayrı qalıram." deyə cavab verdim.

----------------------------

İzahı:

"Günah işləyənə küsməyin caiz olması"

Buxari, bu başlıq ilə, caiz olan küsülülüyü açıqlamaq istəmişdir. Çünki bu xüsusdakı ümumi qadağa (yəni 3 gündən artıq küsülü qalmağın halal olmaması), küsülülüyü üçün məşru bir səbəbi olmayan kimsələr haqqında xüsusidir. Beləliklə, burda küsülülüyü haqlı qılan bir səbəbin də olduğu ortaya çıxmaqdadır. Bu da, günah işləyən bir kimsədən küsməkdir. Onun belə bir günah işlədiyini bilən bir kimsənin, o günahdan dönməsi üçün küsməsi, caizdir.

Qadı İyad deyir:

Nəbi (sallallahu aleyhi və səlləm)'ə qəzəblənmək, böyük bir günah olmaqla və Aişənin, Nəbi (sallallahu aleyhi və səlləm)'ə qəzəblənməsində belə bir beisin mövcud olmaması ilə bərabər bağışlanmasının səbəbi, onu bu davranışa sövq edənin, qadınların mayasında olan qısqanclıq olması səbəbi ilədir. Bu səbəblə, onun bu qəzəbi, ayrıca nifrəti bərabərində gətirmədiyindən dolayı bağışlanmışdır. Çünki əsl küfrə və ya günaha götürən şey, Peyğəmbərə qarşı nifrət bəsləməkdir. Necə ki, onun:

"Mən sadəcə Sənin adından ayrı qalıram."

deməsi də, onun qəlbinin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sevgisilə dolu olduğunun dəlilidir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 78- "Kitabu'l-Ədəb (Ədəb kitabı): 63- "Asi olandan küsülü qalmağın caiz olması babı")

Read 6 times
In order to make a comment, please login or register