"4 çay cənnətdəndir" hədisi
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Seyhan, Ceyhan, Furat və Nil, hamısı cənnət çaylarındandır."
------------------------------
Şərhi:
Bunu bilmək gərəkdir ki, Seyhan və Ceyhan, Seyhun və Ceyhundan fərqlidir. Bu hədisdə bəhsi keçən və cənnət çaylarından olduqları bildirilən Seyhan və Ceyhan, Ermən(istan) torpaqlarındadır.
Seyhan isə, Adana'nın çayıdır. Hər ikisi də, həqiqətən böyük 2 çaydırlar. İkisindən böyük olanı da, Ceyhandır. Yerləri haqqında doğru olan məlumat, budur.
~ Cevhəri'nin "Sihah"ında:
"Ceyhan, Şam çayıdır." deməsi, yalnışdır. Yaxud da o, buranın, Ermənistan torpaqlarından olması cəhətindən, məcazi bir məna qəsd etmiş ola bilər. Çünki bura, Şam torpaqlarına qonşu sayılır.
~ əl-Hazimi deyir:
"Seyhan, Missisə (Misis) yaxınlarında bir çaydır və o, Seyhundan bir başqadır."
~ "ən-Nihayə fi qaribi'l-hədis" müəllifi ibnu'l-Əsir isə:
"Seyhan və Ceyhan, Missisə (Misis) ilə Tarsus yaxınlarında 2 çaydır."
Hamısı da, Ceyhun'un "vav" hərfi ilə yazılan şəklinin, Bəlx yaxınlarında Xorasan'ın arxasında bir çay olduğu üzərində ittifaq etdikləri kimi, onun Ceyhan çayından fərqli olduğunu da ittifaqla qəbul etmişlərdir.
Eyni şəkildə, Seyhun da, Seyhandan ayrı bir çaydır.
Qadı İyad'ın:
"Bu 4 çay, İslam diyarının ən böyük çaylarıdırlar.
~ Nil, Misirdə;
~ Fərat, İraqda;
~ Seyhan və Ceyhan -Seyhun və Ceyhun da deyilir- Xorasan diyarındadır." şəklindəki sözləri, fərqli cəhətlərdən qəbul edilə bilməyəcək açıqlamalardır.
1. Fəratın (hədis mətnində "Furat" deyə keçməkdədir), İraqda olduğunu söyləməsini ələ alaq. Fərat, İraqda deyildir. Əksinə o, Şam ilə Cəzirəni bir-birindən ayırır.
2. Seyhan və Ceyhan -ki, Seyhun və Ceyhun da deyilir sözləri ilə, bu isimləri eyni mənalı qəbul etməkdədir. Halbuki hal, belə deyildir. Əksinə, Seyhan, Seyhundan ayrı; Ceyhan da, Ceyhundan ayrıdır. Az əvvəl keçdiyi kimi, hər kəsin bunda ittifaqı vardır.
3. Bunların Xorasan torpaqlarında olduğunu söyləməsinə gəlincə, Seyhan və Ceyhan, Şam (Suriya) yaxınlarında, Ermən(istan) torpaqlarındadır.
Allah, ən gözəl biləndir.
Bu çayların, cənnət suyundan olduqlarına gəlincə, bu xüsusda Qadı İyad'ın zikr etdiyi 2 açıqlama vardır:
✓ Birinci açıqlamaya görə:
İman, bu çayların olduğu torpaqları, yaxud da onların suları ilə bəslənən cisimləri ümumi olaraq əhatə etdiyindən ötürü, bunlar, cənnətə doğru getməkdədirlər.
✓ İkinci və daha səhih qəbul edilən izaha görə:
Hədis, zahirinə görə anlaşılmalıdır. Bunların cənnətdən bir dəstəyi vardır. Cənnət də, əhl-i sünnətə görə, günümüzdə olan bir məxluqdur.
~ Muslim, "İman" kitabında, İsra hadisəsində, Fərat və Nil'in cənnətdən çıxdıqlarına dair rəvayəti zikr etdiyi kimi;
~ Buxaridə də, "Sidrətu'l-Müntəha"nın dibindən çıxdıqları bildirilməkdədir. (Buxari, hədis no: 3887)
(Nəvəvi, "əl-Minhac", "Cənnətin, cənnət nemətlərinin və cənnətliklərin vəsfləri kitabı", "Cənnət çaylarından dünyada olanlar babı", hədis no: 7090)
-----------------------------------
Ustad Said Nursi (rahmətullahi aleyh), Bəqərə surəsi 74-cü ayətin təfsirində belə deyir:
...وَإِنَّ مِنَ ٱلْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ ٱلْأَنْهَـٰرُ ۚ ...
"...şübhəsiz ki, daşlardan elələri də vardır ki, yarılar, içərisindən su çıxar..."
Ayət, bu qismi ilə, dağlardan qaynayan mübarək Nil, Dəclə və Fərat kimi çayları xatırlatmaqla, daşların, yaradılışa dair Allahın əmrlərinə qarşı nə dərəcə qeyr-i adi və möcüzəvi bir surətdə mazhar (ayna) olduqlarını və boyun əydiklərini bildirər və onunla, diqqətli qəlblərə belə bir məna bəxş edər ki:
Belə böyük çayların, əlbəttə ki, mümkün deyil ki, bu dağlar, həqiqi mənbələri olsunlar. Çünki fərz edək ki, o dağlar tamamilə su kəsilsələr və bu dağların hər biri konusvari hovuz olsalar, bu dağlar, o böyük çayların belə sürətli və çoxlu axışlarına, müvazinətlərini itirmədən, yalnız bir neçə ay tab gətirə bilərlər və o çoxlu məsrəflərə qarşı, əksəriyyətlə bir metr qədər torpaqda nüfuz edən yağış, kifayət edici varidat ola bilməz.
Demək ki, bu çayların qaynamaları, adi, təbii və təsadüfi bir iş deyildirlər. Bəlkə çox qeyr-i adi bir surətdə, cəlal sahibi və bənzəri olmayan şeyləri üstün sənətilə yaradan Allah, onları, sırf qeyb xəzinəsindən axıtdırır.
Bax bu sirrə işarət olaraq, bu mənanı ifadə etmək üçün, hədisdə belə rəvayət edilir:
"O 3 çayın hər birinə, cənnətdən bir qətrə, hər vaxt damlayır və bundan dolayı bərəkətlidirlər." (Münavi, "Feyzu'l-Qadir şərh'ul-Camii's-Sağir", hədis no: 7668)
Həm (başqa) bir rəvayətdə belə buyurulmuşdur:
"Bu 3 çayın mənbələri, cənnətdəndir."
Bu rəvayətin həqiqəti budur ki:
Madam ki, maddi səbəblər, bunların bu dərəcə çoxlu qaynamalarına qabil deyildirlər. Əlbəttə mənbələri, qeybi bir aləmdədir və gizli bir rəhmət xəzinəsindən gəlir ki, məsrəflər və varidat müvazinəsi davam edir."
(Sözlər, 20-ci söz, s. 246)
-----------------------------
Yenə Ustad Nursi, İsra surəsinin 44-cü ayətinin təfsirinə dair yazdığı "əl-Ayətü'l-Kübra" (Böyük dəlil) risaləsində (bax: Şualar, 7-ci Şua, s. 95), belə deyir:
"...Kainatdan Xaliqini soruşan o yolçu, çaylara baxar, görər ki:
(Çayların) mənfəətlərinin və vəzifələrinin və varidat və sərfiyyatlarının, çox hikmətli və mərhəmətli olması, açıq bir şəkildə isbat edər ki, bütün çaylar, bulaqlar, göllər, cəlal, rəhmət və ehsan sahibi bir Allahın rəhmət xəzinəsindən çıxırlar və axırlar. Hətta o qədər fövqə'l-adi toplanıb sərf etdirilirlər ki:
"Dörd çay, cənnətdən gəlir." deyə rəvayət edilmişdir. Yəni:
"Zahiri səbəblərin çox fövqündə olduqlarından, MƏNƏVİ bir cənnətin xəzinəsindən və yalnız qeybi və tükənməz bir mənbəyin feyzindən (bərəkətindən) axırlar."
deməkdir. Məsələn:
Misirin Böyük Səhra'sını cənnətə çevirən mübarək Nil çayı, cənub tərəfindən, "Ay dağı" deyilən bir dağdan, mütəmadiyyən kiçik bir dəniz kimi, tükənmədən axmaqdadır.
~ 6 aydakı sərfiyyatı dağ şəklində toplansa və buzlansa, o dağdan daha böyük olar. Halbuki o dağdan ona ayrılan yer və məhzən/depo, 6 qisimdən 1 qisim belə deyil.
~ Varidatı isə, o isti ərazidə, çox az gələn və susamış torpaq çox tez udduğu üçün, depoya gedən yağış, əlbəttə o geniş müvazinə/balansı mühafizə/qoruya bilmədiyindən, o mübarək Nil çayı, yerin adətinin fövqündə, bir qeybi cənnətdən çıxır
deyə, Peyğəmbərimizin rəvayəti, çox mənalı və gözəl bir həqiqəti ifadə edir."
------------------------
Xülasə, Ustad Nursi, bu çayların mənəvi bir cənnətdən gəldiklərini vurğulamaqdadır. Yəni, bu çayların mənbələri: MƏNƏVİ bir CƏNNƏT sayılır.
Çünki zahirən dünyəvi səbəblərlə izah edilə bilməyəcək qədər, bol və bərəkətlidirlər. Həm "Cənnətdən gəlir" kimi, çoxlu rəhmət və İlahi ehsanlara vəsilədirlər. Yəni hədisdə qəsd edilən cənnət, həqiqi deyil, MƏCAZİ bir cənnətdir.
Mübarək Nil çayı da, bu əhəmiyyətli çaylardan biri olması münasibətilə, özündən bəsləndiyi qaynaqla (Ay dağı), özündən axıtdığı su miqdarının, qiyaslana bilməyəcək fərqlilikdə olduğunu, Ustad Nursi, mükəmməl bir şəkildə ifadə etmişdir.
Yəni isti bir bölgə və susuz torpaqlar, yağdırılan yağışların dağın məhzəninə/deposuna enməsini çətinləşdirdiyindən dolayı, o yağışların çox az bir miqdarı, dağın məhzəninə enə bilir. Halbuki Mübarək (bərəkətli) Nil çayının 6 aylıq axıtdığı su, buzlansa, "Ay dağı" adı verilən dağdan, daha böyük olar.
O halda, hədisin rəvayətindən gələn "cənnət çayları" ifadəsinin, nə qədər münasib olduğu başa düşülər. Çünki həqiqi qaynaq, o dağ olsa, Nil çayı, sadəcə 6 ay bununla bəslənə bilər.
---------------------------
Nil çayının qaynağı haqqında da, qısa bir məlumat verməkdə fayda vardır:
Ptolomey'in, Nil'in qaynağının Cəbəl (Ay) dağı olduğu yolundakı rəvayəti, İslam aləmində, 19-cu əsrin ikinci yarısına, Nil'in həqiqi qaynaqlarının tapılmasına qədər, məqbulluğunu qorumuşdur.
İlk dəfə, Ptolomey'in "Coğrafiya"sından Muhamməd b. Musa əl-Xarəzmi'nin nəql etdiyi bu rəvayətə görə, sular, ilk əvvəl, Ekvator'un cənubunda yer alan "Ay dağı"ndakı kiçik çaylar vasitəsilə, bir neçə göldə toplanmaqda və bunlar daha sonra Nilin qaynağını meydana gətirməkdədirlər. (bax: əbu'l-Qasim ibn Havqal, "Surətu'l-Ərz", s. 106-109)
Bu məlumatlar, bir çox İslam coğrafiyaçısı tərəfindən də təkrar edilmişdir. (bax: Şərif əl-İdrisi, "Nuzhətu'l-Muştaq", l, s. 32-33)
Bu dağdan çıxan 10 çay, 5-5 olmaq üzərə, eyni bölgədə 2 gölə tökülməkdədir. Bu göllərin hər birindən, bir və ya bir neçə çay çıxıb şimal yönündə axaraq üçüncü bir gölə qarışır və bu göldən etibarən də, Misirin Nil çayı başlayır.
19-cu əsrdən etibarən isə, Con Spek adlı səyyah, Viktoria gölünü kəşf edib Nilin əsl qaynağının bu olduğunu söyləmişdir. Spek, eyni zamanda, Ruvenzori dağlarının, qaynaqlarda adı keçən "Ay dağı" olduğunu da təsbit etmişdir.
~ Albert gölü, 1864-cü ildə Samuel Baker tərəfindən;
~ Edvard gölü, 1877-ci ildə Henri M. Stanley tərəfindən
tapılmış, çayın qalan bölmələrinin kəşfi isə, 19-cu yüz illiyin sonları ilə, 20-ci yüz illiyin başlarında, ingilis, amerikan və italiyalı coğrafiyaçılar tərəfindən tamamlanmışdır.
-------------------------------------
-----------------------------------
Əlavə:
Cənnətdən gələn çaylar, bəzi rəvayətlərdə 4, bəzi rəvayətlərdə isə, 5'dir. Yuxarıda zikr etdiyimiz Muslim'in rəvayətində, bu çayların sayı, 4 olaraq keçməkdədir.
5 olaraq keçən rəvayətə isə, Fəxrəddin ər-Razi'nin "Məfatihu'l-Ğayb" təfsirində, Mu'minun surəsi 18-20-ci ayətlərinin təfsirində, rast gəlmək mümkündür. Rəvayət belədir:
İbn Abbas (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:
"Allah Taala, cənnətdən 5 çay endirmişdir ki, bunlar:
• Seyhun;
• Ceyhun;
• Dəclə;
• Fərat; və
• Nil
çaylarıdır. Daha sonra Allah Taala, həm bu çayları, həm də Quran-i Kərimi, yəcüc və məcüc çıxdığı vaxt, ortadan qaldırar."
---------------------------
Ustad Nursi'nin yuxarıda zikr etdiyimiz görüşlərindən birində isə:
"...Bu 3 çayın mənbələri cənnətdəndir..." deyə keçməkdədir.
Hər halda, O, Fərat və Dəclə çaylarının Basrada birləşib tək bir çay halını aldığından dolayı, çayların sayını 3 deyə ifadə etmişdir.
- Cənnət nemətləri haqqında məlumat verərsinizmi?
- Cənnət əhlinin mükafatları necə olacaq
- Allahın 100 rəhməti- 2
- Möminlər cənnətdə Allahı görəcəklərdirmi?
- "Cənnət anaların ayaqları altındadır." hədisini izah edərsinizmi?
- Hud surəsi 114-cü ayətin təfsirini verə bilərsinizmi?
- Təvəkkülə dairdir-2
- Al-i İmran surəsi 39-cu ayətin təfsirini verə bilərsinizmi?
- Visal orucu nədir?
- Cənnətdə bir çay olan Kövsər.