Adət-ənənələrə din deyilə blərmi?

Din sözü Qur`anda təqribən 90 dəfə zikr edilmişdir və Qurana görə dinin nə olduğuna baxsaq, “din sözü”nün bir neçə mənada deyildiyinin şahidi olarıq. 
 
Uca Allah Gafir surəsinin 26-cı ayəsində buyurur: 

«Firon dedi: Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram».  

Burada  Musa ( əleyhissəlam ) insanları dinə dəvət etdikdə,  Firon dedi ki,  buraxın məni, qoy Musanı öldürüm.  Sonra isə, Firon üzünü öz xalqına tutub belə deyir:

"Qorxuram Musa (ə.s) sizin dininizi dəyişdirsin."

Diqqət çəkici olan xüsuslardan biri budur ki, Fironun özünün nisbət etdiyi bir dini yoxdur. Amma o, bu ayətdə, Musanın, insanların dinini dəyişdirməsindən qorxduğunu bildirir. 

İbn Kəsir bu, ayəni təfsir edərkən belə deyir:

“Firon dedi ki, mən qorxuram Musa sizin adət-ənənənizi dəyişdirər”. 

Allah Fironun və onun  xalqının adət-ənənəsini, yaşayış tərzini ifadə etmək üçün Din kəlməsini zikr etmişdir.

Elə isə, çox rahat bir şəkildə demək olar ki, insanların həyatına nə yön verirsə, Allahın yanında Din odur. 

Kim öz həyatına yön verici olaraq İslamı və Allahın qanunlarını qəbul etmişsə o, insanın dini də İslamdır. 

Kim də, öz həyatına yön verici  olaraq,  qeyri müsəlmanın adət-ənənəsini və qanunlarını  qəbul etmişsə, onun dini də, həmin adət-ənənə və insanın həyatını idarə edən qanunlar olacaq.

Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) kafirlərin bayramını keçirənlər və onlara bənzəyənlər haqda rəvayət edilən hədislər:

: (( قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ وَلَهُمْ يَوْمَانِ يَلْعَبُونَ فِيهِمَا، فَقَالَ: مَا هَذَانِ الْيَوْمَانِ؟ قَالُوا: كُنَّا نَلْعَبُ فِيهِمَا فِي الْجَاهِلِيَّةِ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ اللَّهَ قَدْ أَبْدَلَكُمْ بِهِمَا خَيْرًا مِنْهُمَا: يَوْمَ الْأَضْحَى وَيَوْمَ الْفِطْرِ.))  
              
"Rəsulullah səllallahu əleyhi və səlləm (hicrəttən sonra Məkkədən) Mədinəyə gəldiyində, Mədinəlilərin (Novruz günü ilə Mehrican günü deyə) əyləndikləri iki günləri var idi. 

Rəsulullah (səllallahu əleyhi və səlləm):  

"Bu günlər nədir?" deyə soruşdu. Mədinəlilər:

"Biz (İslamdan öncə), cahiliyət dövrindən bəri bu günlərdə əylənirik." dediler. 

Bunun üzərinə Rəsulullah (səllallahu əleyhi və səlləm) belə buyurdu: 

"Şüphəsiz Allah sizə, o iki günün yerinə daha xeyirli olan iki bayramı: 

Qurban bayramı ilə Ramazan bayramını vermişdir." 

(Əbu Davud; hadis nöm: 1134. Nəsai; hadis nöm: 1556.)

Abdullah bin Amr'dan (Allah ondan razı olsun) rəvayət olunur ki, o belə demişdir:

   (( مَنْ مَرَّ بِبِلاَدِ الْأَعَاجَمِ (بَنَى بِأَرْضِ الْمُشْرِكِينَ) فََصَنَعَ نَيْرُوزَهُمْ وَمِهْرَجَانَهُمْ، وَتَشَبَّهَ بِهِمْ حَتَّى يَمُوتَ وَهُوَ كَذَلِكَ، حُشِرَ مَعَهُمْ يَوْم الْقِيَامَة.)) [ عون المعبود وفيض القدير] 

"Hər kim, Əcəmlərin (qeyri ərəblərin) ölkəsindən keçərsə (müşriklərin toprağında olarsa), onlarla bərabər onların Novruz ve Mehrəcan bayramlarını keçirib və ölüncəyə qədər bu hal üzərə onlara bənzərsə, qiyamət günü onlarla bərabər həşr olunar." 
 
Allah Rasulu (səllallahu əleyhi və səlləm) başqa bir hədisdə belə buyurub: 

    ( مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ)) [ رواه أبو داود وأحمد ]

"Kim, bir topluluğa (qövmə) bənzəyərsə, (onların geyindiyi kimi geyinərsə, getdiyi yolla gedərsə və onların işlədiyi əməlləri ) edərsə, ( gunah və savab  baxımından) o da onlardandır. (Əbu Davud, Libas 5)
     
Müsəlmanların, Ramazan bayramı ilə Qurban bayramından başqa qeyd edəcəyi heç bir bayramı yoxdur. Allah Rəsuluna (səllallahu əleyhi və səlləm) itaət edənlər müsəlmanlardır!

İbrahim (əleyhissalam) ilə əlaqadar olan bir hadisəni də burada qeyd etmək olar.

Ənbiya surəsinin 57-ci ayəsində İbrahim (əleyhissalam) öz qövmünə deyir:

 “Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!"

Rəvayətə görə Hz. İbrahimin qövmü, bayram günləri bayram yerinə gedərlərmiş. Hz. İbrahim, onların bir bayram günü yenə bayram yerinə getdiklərində bütlərini qıracağına and içmiş və dediyini də etmişdir. Qövmü, onu bayram yerinə götürmək istədikdə:

"Mən xəstəyəm” deyərək geridə qalmış və bütləri qırmışdır.

Təfsirlərdə bildirildiyinə görə, Hz. İbrahimin xalqının dini bir bayramı var idi və onlar hər il toplanaraq bu bayramı qeyd edərdilər. Bir gün yenə bayram şənliyinə  gedərkən, İbrahimi də götürmək istəyirlər. İbrahim xəstə olduğunu deyərək bayrama qatılmır və xalq getdikdən sonra bütxanaya girərək böyük büt xaric hamısın qırır.

Nəticə olaraq, xristiyanların "Yeni il", atəşpərəstlərin "Novruz" bayramları kimi, bayramları keçirtmək, caiz deyildir.

Read 34 times
In order to make a comment, please login or register