Adl isminin şərhi
30. Adl isminin şərhi:
Mənası, adil deməkdir. Adil isə, Özündən, zülmün ziddi olan adl felinin sadir olduğu (Zat) deməkdir. Ədalətini bilməyən ---> Adili bilə bilməz; felini bilməyən də ---> ədalətini bilə bilməz. Bu vəsfi başa düşmək istəyənin, göylərin mələkutundan (haşiyə) yer üzünün sonuna qədər, Allah Taala'nın fellərini, elm cəhətindən əhatə etməsi lazımdır. Ta ki,
~ Rahmən'in yaratmasında, heç bir nizamsızlıq müşahidə edə bilməyincəyə; sonra,
~ Gözünü təkrar çevirincə, hər hansı bir qüsur görə bilməyincəyə; sonra
~ Bir də dönüb o göz, aciz və zəif olaraq sənə geri qayıdıncaya qədər.
O gözü, Rububiyyət həzrətinin camalı qamaşdırmış; etidal və intizamı, heyrətə sövq etmişdir. Bax ancaq o vaxt, Allah Taala və təqaddəsin ədalətinin mənalarından bir şeyi fəhm edərək gözəl qoxu ala bilər.
-------------------------
(Haşiyə:
Mələkut nədir?
https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...)
-------------------------
Allah,
~ cismanisi - ruhanisi;
~ kamili - nöqsanı
ilə, cümlə mövcudatın qisimlərini yaratdı. Hər bir şeyə, yaradılışını verdi ki, bax O, bununla, Cavad'dır. Sonra --->
Yaratdığı hər bir şeyi, Özünə münasib olan mövqeyə yerləşdirdi. O, bax bununla da, Adl'dır.
Aləmdəki bəzi böyük cisimlər arasında, yer üzü, su, hava, ulduzlar vardır. O, bütün bunları yaratdı və yerlərinə yerləşdirdi. Necə ki,
~ yer üzünü, bunların ən aşağı tərəfinə yerləşdirmiş;
~ suyu, onun üstünə;
~ havanı, suyun üstünə;
~ səmaları da, havanın üstünə yerləşdirmişdir.
Əgər bu tərtib (sıra) əksinə olsaydı, nizam pozulardı. Ədalət və nizamdakı tərtibin istihqaq (layiqlik) vəchini şərh etmək, bir çox fəhmlər üçün çətin gələ bilər. Bu etibarla, avamın dərəcəsinə enir və belə deyirəm:
İnsan, bir öz bədəninə baxsın. O, müxtəlif əzalardan mürəkkəbdir. Eynilə, aləmin müxtəlif cisimlərdən mürəkkəb olması kimi. (Bəhsi edilən) aləmdən fərqlilik, ilk əvvəl, Allahın, insanı, sümük, ət və dəridən tərkib etməsilə başlayır.
~ Sümükləri, içəridə qalan bir sütun;
~ Ətləri, sümüklərin ətrafını çevrələyən qoruyucu;
~ Dərini də, ətlər üçün bir qoruyucu
qılmışdır.
Əgər bu tərtibin əksi olsa; daxildəki, xaricdə olsaydı, nizam pozulardı.
Əgər bu məsələ sənin üçün qapalı qaldısa, insan üçün əl, ayaq, göz, burun və qulaq kimi fərqli əzalar yaradılmışdır. O, bütün bu orqanları yaratması ilə, Cavad'dır. Bunların hər birini, özünə məxsus mövqeyə yerləşdirməsi etibarı ilə, Adl'dır. Necə ki:
~ Gözü, bədənin ən əvla yerinə yerləşdirmişdir. Əgər gözü, ənsəyə; ayaqların və əllərin üzərinə; və ya başın üstünə qoysaydı, bir tərəfdən, nöqsanlıq olar; digər tərəfdən də, afətlərə məruz qalardı.
Eyni şəkildə,
~ Əlləri, çiyinlərə yerləşdirmişdir. Əgər onları, başa, böyürlərə, yaxud dizlərə yerləşdirmiş olsaydı, o vaxt, bundan xələl doğardı.
~ Başa yerləşdirilən hislər də, belədir. Bu hislər, bütün bədəni təftiş edən casuslar (kimi)'dirlər. Məsələn, bu hisləri ayaqlara yerləşdirmiş olsaydı, nizam, qəti şəkildə pozulardı.
Hər bir üzvü şərh etmək, uzun gedər.
Qısacası bilməyin lazımdır ki, hər bir şey, ancaq və ancaq, özünə aid yerdə yaradılmışdır. Əgər özü üçün təyin edilən yerdən sağda, solda, aşağıda və ya yuxarıda yaradılmış olsaydı, ya nöqsan, ya batil, ya çirkin, ya da uyğun olmaqdan xaric və görüntü olaraq da, xoş olmazdı. Eynilə,
~ Üzün ortasında yaradılmış olan burnun, alında və ya yanaqda yaradılmış olsaydı, faydasına nöqsan toxunardı.
Əgər fəhmin, Onun hikmətini idrak cəhətindən qüvvətlənərsə, bil ki, O,
~ Günəşi də, 7 səmanın ortası olan 4-cü səmada yaratmamışdır. Əksinə, onu, özündən güdülən faydalar hasil ola bilsin deyə, onu, layiq olduğu mövqe haradırsa, orda yaratmışdır.
Ancaq sən, ondakı hikməti dərk etməkdən aciz qala bilərsən. Çünki sən, səmanın və yerin mələkutu və bunlardakı qeyr-i adiliklər haqqında, az təfəkkür edirsən. Əgər onlara nəzər etsən, qeyr-i adi olduqlarını görərsən. Beləcə, öz bədənindəki qeyr-i adilikləri, kiçik görərsən. Necə belə olmasın ki?!
لَخَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ ٱلنَّاسِ
"Həqiqətən, göylərin və yerin yaradılması, insanların yaradılmasından daha böyükdür." (Ğafir/57)
Kaş ki, nəfsinin qeyr-i adiliyinin mərifətini, kamil bir şəkildə bilsəydin; sonrasında, nəfsin qeyr-i adilikləri və cisimləri əhatə edən xüsuslar haqqında təəmmül etsəydin; Allah (azzə və cəllə)'nin, onlar haqqında söylədiyi kimsələrdən olsaydın:
سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ...
"Biz, dəlillərimizi, onlara, həm kainatda, həm də onların nəfslərində, mütləq göstərəcəyik..." (Fussilət/53)
Dünya qayğısı və həva və hərisliyin nökərləşdirdiyi bir kimsəyə, səmaların qapıları, necə açılar?!
Bax bu, bir ismi bilməyin yolunun başlanğıcının rəmzidir. Bunun şərhi, cildlərlə kitaba möhtacdır. Eyni şəkildə, hər bir ismin mənasının şərhi də, belədir. Yaradılmış hər şey, Allah Taala'nın felləridir. Bunları, təfsilən və ya icmalən bilməyən kimsə də, bu isimlərin, sadəcə təfsirlərini və lüğət mənalarını bilər. Bunların təfsilatını bilməyə isə, tamah edilə bilməz. Çünki, təfsilatları, sonsuzdur. Qul üçün, bunları icmal olaraq bilməsinə, bir yol vardır. İsimlərdən mərifətinin nəsibi, qulun mərifətinin genişliyi qədərdir. Bu da, bütün elmləri ehtiva etməkdədir. Əlinizdəki bu kitab kimi kitabların məqsədi isə, bu xüsusların açarlarına və bəzi qapalılıqlarına bir işarətdir.
Tənbeh:
Qulun, əl-Adl ismindən nəsibi, gizli deyildir. əl-Adl'dan ilk nəsibi, nəfsinin sifətlərindədir. (Yəni): Şəhvət və qəzəbini, ağıl və dinin işarəti altında əsir etməkdir. Nə vaxt ki, ağlını, şəhvət və qəzəb üçün bir xidmətçi edərsə, o vaxt, zülm etmiş olar. (İnsanın) öz nəfsi haqqında edəcəyi bütün ədaləti, bundan ibarətdir. Təfsili isə, şəriətin bütün hüduduna riayət etməsidir. İnsanın hər bir orqanındakı ədaləti, o orqanı, şəriətin icazə verdiyi şəkildə istifadə etməsidir. Ailəsi və rəiyyəti haqqındakı ədaləti, -əgər vəlayət əhlindən / vəliliyə sahibdir- isə, gizli deyildir.
Bəziləri, bəlkə də, zülmün, əziyyət vermək; ədalətin isə, insanlara fayda verməkdən ibarət olduğunu zənn edə bilərlər, ki, bu, belə deyildir. Əksinə, əgər bir hökmdar, silahlar, kitablar və fərqli-fərqli mallardan meydana gələn xəzinəsini açsa;
~ malları, varlılara;
~ silahları, alimlərə ehsan edib, qalaları onlara təslim etsə;
~ kitabları da, hərb əhli döyüşçülərinə hədiyyə edib məscid və mədrəsələri onlara təslim etsə,
doğrusu, insanlara fayda təmin etmiş olsa da, ədalətdən ayrılmış və zülm etmiş olar. Çünki, hər bir şeyi, özünə layiq olmayan yerə yerləşdirmişdir.
(Buna müqabil), xəstələrə dərman vermək; qan almaq; hicama etmək; belə şeylərə məcbur etmək surətilə onlara əziyyət vermək; yaxud da, caniləri, qətl, orqan kəsmək və ya vurmaq surətilə cəzalandıraraq əza vermək isə, ədalətdir. Çünki, şeyləri (belə etməklə) yerli-yerinə yerləşdirmişdir.
Dini cəhətdən, qulun bu Adl vəsfini müşahidədən həzzi (nəsibi), Allah (azzə və cəllə)'nin ədalətinə inanmaqdan ibarətdir. Tədbiri, hökmü və digər fellərində, istər öz muradına uyğun olsun; istər olmasın, Ona etiraz etməməsidir. Çünki, hamısı, ədalətlidir və olması lazım gəldiyi kimidir. Əgər etdiyini etməmiş olsaydı, başqa bir şey hasil olardı və bu da, hasil olandan daha zərərli olardı. (Məsələn), bir xəstə, hicama etdirməsəydi, hicamanın ələminə/ağrısına nəzərən daha böyük zərərə düçar olardı.
Bax beləcə, Allah Taala, əl-Adl olmaqdadır. Və buna iman etmək də, həm zahirdə, həm batində, inkar və etirazın önünü kəsməkdir. Bu imanın tamamlayıcısı da, dəhrə söyməmək (haşiyə); əşyaları fələyə nisbət etməmək və -adətdə cari olduğu kimi- etiraz etməməkdir. Əksinə, bütün bunların, musaxxar edilmiş (boyun əydirilmiş) səbəblərdən ibarət olduğunu; bəzi nəticələrə, -ən gözəl bir surətdə, ən yüksək bir ədalət və lütf təzahürü olmaq üzərə- tərtib və təvcih edilmiş olduğunu (yönləndirildiyini) bilməkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
------------------------------
(Haşiyə:
Zamana söymək:
https://suallarlaislam.com/m%C9%99qal.../zamana-soym%C9%99k)
-------------------------------
