Afaqi və ənfusi dəlillər nə deməkdir?
"Afaqi və Ənfusi dəlillər" nə deməkdir?
~ Afaqi: Ərəbcə "ufuq" kəliməsinin cəm halı olan "afaq"a nisbət şəkilçisi əlavə edilərək düzəldilmiş bir kəlimədir.
Bu terminlə, ümumiyyətlə, "xarici dünya ilə bağlı olan, fərdin şəxsi görüş və inanclarından müstəqil olaraq məqbulluğu mövcud olan, hər kəsin izləyib görə biləcəyi hallarla bağlı olan şey" qəsd edilmişdir.
~ Ənfusi: "Afaqi" termininin müqabili olan və subyektivin sinonimi olaraq istifadə edilən bu kəlimə isə, ərəbcə, "nəfs" kəliməsinin cəm halı olan "ənfus"a nisbət şəkilçisi əlavəsilə əldə edilmiş bir termin olub, "dəyəri və məqbulluğu insanın şəxsinə bağlı olan; başqalarınca izlənilib görülə bilməyən; ruhi və daxili hallarla bağlı" mənasına gəlir. Bu mənası ilə, "ənfusi", "insanın şəxsən özü ilə bağlı zehni və ya ruhi təcrübə və sezgiləri"dir.
Müsəlman elm və fikir adamları, obyektiv və subyektivə qarşılıq tapmaq üçün, "afaqi və ənfusi" kəlimələrini terminləşdirərkən, Qurandakı (Fussilət/53) "afaq və ənfus" kəlimələrinin bir-birinə müqabil məfhumlar olaraq bir arada istifadə edilmiş olmasından hərəkət etmişlərdir. Allah Taala, Fussilət/53 ayətində, belə buyurmaqdadır:
سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ...
"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm 'afaqda (kainatda), həm də onların nəfslərində (özlərində) mütləq göstərəcəyik."
İslam alimləri, başlanğıcdan etibarən, bəhs mövzusu ayətlə bağlı olaraq, bir-birindən az-çox fərqli izahlar vermişlərdir. Bu izahlar, ümumilikdə:
~ "Afaq"ın: "xarici aləm və maddə aləmi";
~ "Ənfus"un isə: "insanın daxili dünyası və ruh aləmi"
olaraq başa düşülməsi gərəkdiyi nöqtəsində birləşməkdədir.
İlk dövrlərdən günümüzə qədər çatan bu dəyərləndirmələrin işığı altında,
~ "Afaqi ayətlər"in: təbii, müşahidəyə söykənən dəlillər, 5 hiss (görmək, eşitmək, dadmaq, toxunmaq, qoxulamaq) ilə əldə edilən müsbət elmlər;
~ "Ənfusi ayətlər"in isə: psixoloji və zehni dəlillər
mənasına gəldiyini söyləmək, mümkündür.
İslam alimləri, elmi araşdırmalarda, "afaq və ənfus" kəlimələrinin yer aldığı ayətdən yola çıxaraq, metod fikrinə çatmağın mümkün olduğunu göstərmişlərdir. Buna görə, bir mövzunun elmi cəhətdən açıqlığa qovuşdurulması üçün iləri sürüləcək olan dəlillər:
~ ya 5 hislə ediləcək xarici aləmi müşahidə, yəni obyektiv metoda;
~ ya da qəlb yolu ilə, yəni sezgi ilə gerçəkləşdiriləcək daxili müşahidə (subyektiv) metoduna
söykənməlidir. Necə ki, müsəlman elm adamları, Quranın bu baxış tərzinə uyğun olaraq Allahın varlığını isbat mövzusundakı dəlilləri, sonradan "afaqi və ənfusi" deyə adlandırılan 2 qismə ayırmışlardır.
~ Kəlam alimləri, daha çox "afaqi", yəni xarici aləm ilə bağlı olan (kosmoloji və ontoloji) dəlillərə daha çox ağırlıq verərkən;
~ Mutasavvıflar isə, "ənfusi", yəni insanın daxili dünyasına və ruh aləminə aid (psixoloji və əxlaqi) dəlilləri tərcih etmişlərdir.
