"(Ağıllı) Mömin, bir ilan dəliyindən 2 dəfə sancılmaz." hədisi haqqında məlumat verərsinizmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"(Ağıllı) Mömin, bir ilan dəliyindən 2 dəfə sancılmaz."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Fitən (Fitnələr kitabı): "Uzlət (cəmiyyətdən uzaq durmaq, yalnızlığa çəkilmək) babı", hədis no: 3983

---------------

Bu hədis, Buxari, Muslim və əbu Davud tərəfindən də rəvayət edilmişdir. Hədisdə keçən:

Lədğ: "İlanın sancması" deməkdir.
Cuhr: "Dəlik" mənasını ifadə edir.

-----------------

1. İmam Xattabi'nin bəyanına görə, bu hədisdən qəsd edilən məna, belə ola bilər:

"Tərifə layiq mömin, ağıllı və tədbirli olub qafil olaraq ovlanmayan və addım başı aldadılmayan mömindir. 

Bir qövlə görə, bundan məqsəd:

Möminin axirət işlərində aldadılma oyununa gəlməməsidir. Dünya işlərində isə, bəzən təmiz hisləri və saflığı səbəbilə aldadıla bilər."

2. Nəvəvi və "Avnu'l-Mabud şərh-u Sunən-i əbu Davud" müəllifi Əzimabadi'nin bəyanlarına görə, bu hədisin buyurulması, bu hadisə səbəbilədir:

Bədr döyüşündə Allah rəsulu (sallallahu aleyhi və səlləm), şair əbu Ğurrə'ni əsir almışdı. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) əleyhində şeir söyləməmək və hicv (birini şerlə zəmm etmək, pisləmək, lağlağı etmək) etməmək şərti ilə əbu Ğurrə'ni sərbəst buraxmışdı. Lakin şair, öz qövmünə dönüncə, sözündə durmayaraq, hicvlərinə davam etmişdi. 

Uhud döyüşündə, bu şair təkrar əsir düşdü. Bu dəfə də sərbəst buraxılmasını istədi isə də, Allah rəsulu (sallallahu aleyhi və səlləm) bu istəyini rədd etdi və bu meyanda zikr edilən hədisi buyurdu.

Read 16 times
In order to make a comment, please login or register