AİLƏ DAXİLİ HÜQUQ
Bu mövzumuzda, ailə daxilində ortaya çıxan aktual problemlər haqqında elm əhlinin görüşlərini təqdim etmək istəyirik.
Toxunmaq istədiyimiz ilk məsələ, ailə qurmuş qadının öz valideynləri və həyat yoldaşı arasında tərəddüdə qalmasıdır. Bəzən valideynlərin öz istəkləri, həyat yoldaşının isə öz istəkləri olur. Qadın bunlardan hansına uymalıdır? Bunlardan hansı, qadın üzərində daha çox haqqa sahibdir?
Hənbəli alimlərindən Əhməd İbn Teymiyyə (661-728 h/1263-1328 m) bu haqda belə deyir:
“Ailə qurub, valideynlərinin hökmü altından çıxmış qadın haqqında sual: Belə bir qadın üçün valideynlərinə yaxşılıqla məşğul olmasımı, yoxsa öz həyat yoldaşına itaətlə məşğul olmasımı daha fəzilətlidir?
Cavab: Həmd aləmlərin Rəbbi olan Allahadır. Qadın ailə qurduğu zaman həyat yoldaşı ona valideynlərindən daha çox sahibdir və həyat yoldaşına itaət onun üçün daha vacibdir. (Bəzi hədisləri zikr etdikdən sonra davamən deyir).
Bu barədə Nəbidən – sallallahu aleyhi və səlləm - hədislər çoxdur. Zeyd bin Sabit belə demişdir:
“Kişi, Allahın kitabına əsasən ağadır. Və sözünü əsaslandırmaq üçün bu ayəni oxudu: “O ikisi qadının ağasıyla qapıda qarşılaşdılar”. (Yusuf: 12/25)
Ömər bin Əl Xattab belə demişdir: “Nigah (qadın üçün) köləlikdir. Elə isə, hər kəs qızını kimə kölə etdiyinə baxsın!”
Tirmizi və başqalarının Nəbidən – sallallahu aleyhi və səlləm - rəvayət etdiyi hədisdə buyurulur: “Qadınlara qarşı diqqətli davranın. Çünki, onlar sizin yanınızda əsirdirlər”.
Qadın həyat yoldaşının yanında əsirə bənzəyir. Həyat yoldaşının izni olmadan evindən çıxa bilməz. İstər bunu ona atası, istər anası, istərsədə başqa biri əmr etsin eynidir. Bu alimlərin ittifaqıyla belədir.” (Qaynaq: Əhməd bin Teymiyyə: Əl Fətəval Kubra: 3/145-147.Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987)
***
Məşhur Hənbəli fəqihi Muvəffaquddin İbn Qudəmə (541-620 h/1146-1223 m) qadının tərəddüdlü hallarda davranışı və həyat yoldaşının izni olmadan evdən çıxması haqda deyir:
“Həyat yoldaşının qaçınılmaz olmayan şeylər üçün qadına evdən çıxmağı qadağan etmə haqqı var. İstər qadın valideynlərini ziyarət etmək istəsin, istər xəstə olduqları zaman ziyarətlərinə getmək istəsin, istərsədə onlardan birinin cənazə mərasiminə qatılmaq istəsin.
Əhməd, ailəli olub, anası xəstə olan bir qadın haqqında belə demişdir: “Həyat yoldaşına itaət etməsi, anasından (xidmət və ya itaətindən) daha vacibdir. Ancaq həyat yoldaşı icazə verərsə bu başqa”.
İbn Batta “Əhkəmun Nisə” adlı kitabında Ənəsdən belə bir hədis rəvayət etmişdir: “Bir adam səfərə çıxmış və gedərkən zövcəsinə evdən çıxmağı qadağan etmişdi. Qadının atası xəstələndi. Qadın Rəsulullahdan – sallallahu aleyhi və səlləm – icazə istədi. Rəsulullah ona belə dedi: “Allahdan qorx! Həyat yoldaşına müxalif davranma!”. Qadının atası vəfat etdi. Qadın cənazə mərasiminə qatılmaq üçün izin istədi. Rəsulullah ona belə dedi: “Allahdan qorx! Həyat yoldaşına müxalif davranma!”. Uca Allah Nəbiyə – sallallahu aleyhi və səlləm – belə vəhy etdi: “Həyat yoldaşına olan bu itaəti səbəbilə mən o qadını bağışladım!”.
Çünki, qadının öz həyat yoldaşına itaət etməsi vacibdir. Xəstə ziyarəti isə vacib deyil. Vacib olmayan şey üçün vacibin tərki isə caiz deyildir. Qadının öz həyat yoldaşının icazəsi olmadan evdən çıxması caiz deyildir.
Ancaq, həyat yoldaşının da qadına öz valideynlərinin yanına xəstə ziyarəti və ya sıradan ziyarət üçün getməyi qadağan etməməsi lazımdır. Çünki, bu əməl qohumluq əlaqələrini kəsmək, qadını öz valideynlərinə müxalifətə sövq etməkdir. Halbuki Allah gözəl davranmağı əmr etmişdir. Bu davranış isə gözəl sayıla bilməz.
Əgər qadın zimmi olarsa, həyat yoldaşı onun kilsəyə getməsini əngəlləmə haqqına sahibdir. Çünki bu, itaət deyildir və heç bir faydası yoxdur.
Əgər qadın müsəlman olarsa, Qadi belə demişdir: Həyat yoldaşı onu məscidə getməkdən mən edə bilər. İmam Şafinin də görüşü budur.
Hədisin zahiri isə belə bir haqqın olmadığını göstərir: “Allahın qadın qullarının Allahın məscidlərinə getmələrinə mane olmayın.”
Rəvayət olunduğuna görə Zubeyr, Atika bint Zeyd bin Amr bin Nufeyllə evlənmişdir. Qadın məscidə gedərdi. Zubeyr qısqanc biri idi və qadına belə dedi: Kaş namazını evində qılasan. Qadın isə belə cavab verdi: Mənə bunu qadağan etmədiyin müddətcə məscidə gedərəm. Zubeyr bu hədisə görə zövcəsinə məscidə getməyi qadağan etməyi xoş görməmişdir.” (Qaynaq: İbn Qudamə: Əl Muğni: 10/224..Riyad: Daru Aləmil Kutub: 1417/1997)
- Eşlərin cinsi vəzifədən qaçınması günah mıdır? Kişi və ya qadın xəstə ikən yoldaşının cinsi istəyinə xeyr deyə bilərmi?
- Ailə Xoşbəxtliyi
- Yoldaşının başını örtməməsi vəziyyətində kişiyə günahı var yoxsa hər kəs özündən məsuldur?
- Evli olan bir kişi zina etdiyi qadınla nikahlarını elan etmədən evlənə bilərmi?
- Siğə haqqında.
- Valideyinlərə Münasibət
- Bir musəlman qadın yoldaşından boşanmaq istəyirsə yatağını ayıra və yoldaşına baxmaya bilər? Ərinin izni olmadan İslami elmi öyrənməyin hökmü...
- İnsanların ehtiyaclarını qarşılamaq və onlara yaxşılıq etmənin əhəmiyyəti nədir?
- Flört(Eşqbazlıq) etmədən evlənənlər daha bədbəxt olur, dinimiz nə üçün eşqbazlıq tərzi əlaqəni qadağan edir? İnsanların evlilik öncəsi cinsi istəklərini bilməsi, uyğunluğu bilməsi gərəkliykən, bu yoldaş namizədləri üçün nə üçün günah?..
- Təsəttürə girməyən qadını boşamaq lazımdır mi?