Aişə Peyğəmbər üçün matəm saxlamışdırmı?
#İddia: Ümmul- möminin Hz. Aişə ( radiyallahu anha ) Həzrəti Peyğəmbər ﷺ için matəm saxlamışdır.
#Cavab: Peyğəmbər’dən ﷺ ağlamağı və özünü döyməyi yasaqlayan səhih hədislər olmasına rəğmən şiələr Aişənin (radiyallahu anha) aşağıdaki rəvayətini istifadə edərək özlərini döymə hərəkətini haqlı çıxarmaya çalışmaqdadırlar.
“Mənə Yəhya b. Abbad b. Abdullah b. Zübeyr, babası Abbad’dan nəqlən xəbər verdi ki, o belə dedi:
Eşitdim Aişə ( radiyallahu anha ) belə deyirdi:
Rəsulullah ﷺ mənim evimdə və göğsümdə vəfat etdi. Onun haqqında heç kimsəyə haqsızlıq etmədim. Cəhalətimdən və yaşımın kiçikliyindən olacaq ki, Rəsulullah ﷺ nəzarətimdə ikən ruhu alındığı halda onun ﷺ başını bir yastığın üzərinə qoyub və qadınlarla birlikdə göğsümə vurmaya başladım və üzümə vurururdum.[Siret-i İbni Hişam c.4 s.410-411(tr)]; [Sirət-i İbni Hişam s. 287];[Sirət-i İbni Hişam s.713]
Ancaq bu rəvayət əslində bu hərəkətləri caiz görənlər əleyhinə dəlildir, beləki möminlərin anası Aişə ( radiyallahu anha ) bu hərəkətləri özünün (o zamandakı) cəhalətinə və gənçliyinə nisbət edər. (فمن سفهي وحداثة سني) və etmiş olduğu bu əməli məşrulaşdırmağa da çalışmaz. Belə bir hərəkət üçün Allahdan hər hansı bir əcr (mükafat/savab) da gözləməmişdir . Əksinə etdiklərindən peşman olmuşdur və bilirik ki, Hz. Peyğəmbər ﷺ “Peşmanlıq tövbədir” buyurmuşdur. [Sünən İbni Macə 4252]
Dolayısıyla bu rəvayət şiələri dəstəkləməkdən çox , onların etdikləri şeylərə müxalifdir. Digər tərəfdən də, günümüzdə özlərini döyənlər sadəcə gənç şiələr deyildir və bu etdiklərini də cəhalətlərinə nisbət edərək qınamırlar. Əksinə bunu böyük bir qururla etməkdə və bu etdiklərində də savab qazandıqlarına inanmaqdadırlar..
