Aişə Peyğəmbər üçün sinə döymüşdürmü?

İddia:

Aişə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün, yas tutmuş, ağı deyib sinə vurmuşdur.

Cavab:

Mənə, Yəhya b. Abbad b. Abdullah b. Zubeyr, atası Abbaddan nəqlən xəbər verdi ki, o, belə dedi:

Eşitdim, Aişə belə deyirdi:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), mənim evimdə və sinəmin üstündə vəfat etdi. Onun haqqında heç kimsəyə haqsızlıq etmədim. Səfehliyimdən və yaşımın azlığından olacaqdır ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ruhu alındığı vaxt, Onun başını yastığın üzərinə qoyub qadınlarla birlikdə sinəmə döyməyə başladım və üzümə vururdum." (Sirəti ibn Hişam, c. 4, s. 410-411)

Bu rəvayət, əslində "sinə döymə" felini caiz görənlər əleyhinə dəlildir. Çünki Aişə (radiyallahu anha), bu felləri, özünün (o zamandakı) cəhalətinə və gəncliyinə nisbət edir və gördüyü bu işi, məşrulaşdırmağa çalışmır. Belə bir iş üçün, Allahdan hər hansı bir mükafat da gözləmir. Əksinə, etdiklərindən peşman olmuşdur və bilirik ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Peşmanlıq, tövbədir." buyurmuşdur. (ibn Macə, Sünən, hədis no: 4252)

Read 21 times
In order to make a comment, please login or register