Aləm nə deməkdir?
"Aləm",
~ "əlamət" və "nişan qoymaq" mənasındakı "alm"; və ya
~ "bilmək" mənasındakı "ilm"
kökündən meydana gəlib,
~ "Yaradıcısının varlığına əlamət təşkil edən"; və
~ "Onun mövcudluğunun bilinməsini təmin edən şey"
deməkdir.
Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum"da, belə deyir:
Möhürləmək vasitəsi olan möhür; damğalama vasitəsi olan tabe'də olduğu kimi, aləm və əlamətdən meydana gələn "aləm", dildə, "bir şeyi bilmə vasitəsi olan şey"in ismi/adıdır. Sonralar isə, daha çox, "Yaradıcını bilmə vasitəsi olan şey" mənasında istifadə edilmişdir ki, bunlar, Allah xaricində mövcud olan şeylərdir. Yəni, istər cövhər, istərsə də araz olsun, yaradılmış varlıqlardır. Çünki, mümkün (varlığı və yoxluğu bərabər) olmaları və Zatı etibarı ilə zəruri bir Müəssir (təsir sahibi olan Allah)'a möhtac olmaları səbəbilə, bunlar, Onun varlığını göstərməkdədirlər. Beləcə, Allahın sifətləri, (bu tərifin) xaricində qalır. Çünki, Onlar, qədimdir, məxluq deyildirlər. Buna görə, var edilən hər şey, bir aləmdir. Çünki, Yaradıcını bilmə vasitələrindəndirlər. Bu səbəblə, "avalim/aləmlər" şəklində cəm halda gəlmişlərdir. "Aləmin" və ya "aləmun" şəklində cəm gəlməsi isə, əksəriyyətlə, ağıl sahibi olan məxluqlar haqqında istifadə edilməsi cəhətindəndir.
"Aləm"in, bilik sahibi olan mələklər və saqaleyn, yəni, insanlar və cinlər üçün vaz edilmiş (qoyulmuş) bir isim olduğu; (bunların) xaricindəkiləri isə, "alə səbili'l-istitba / gərəklilik yolu ilə" ehtiva etdiyi iləri sürülmüşdür.
Kainatdakı cüzi varlıqların bütününə, yəni, məxluqların cəminə də, "aləm" deyilə bilər. Bu, Quran (ləfzinin), əksəriyyətlə, endirilən qisimlərin bütünü haqqında istifadə edilməsinə bənzər şəkildə, bir ismin, əksəriyyətlə, nəsnə'sinin fərdlərinin əksəriyyətinə görə istifadə edilməsi növündən bir şeydir.
Dolayısı ilə, hər nə qədər, "aləm" (kəliməsi), vaz (qoyuluş) cəhətindən cəm və onun qisimlərindən hər biri üçün bərabər olaraq istifadə edilsə də, əksəriyyətlə, bütün haqqında istifadə edilir.
Əksəriyyətlə bəzi fərdlər haqqında istifadə edilməsi, bunun xaricindəkilər üçün isifadə edilməsinə əngəl deyildir.
"Əsraru'l-Fatihə", "Şərhu'l-Qasidəti'l-Faridiyyə" və Bircəndi'nin "Haşiyətu'l-Çağmini"sindən başa düşülən, bunlardır.
-----------------------------------------
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanı:
Ustad Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" adlı təfsirində, Fatihə surəsi 2-ci ayəti təfsirində, nəhv (sintaksis) elminə görə, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsini təhlil edib, münasibət yönünü və bəlağat cəhətindəki incə mənanı, 3 cəhətlə bəyan etməkdədir:
• Birinci cəhət: Aləm kəliməsinin əlavə olaraq gələn "yə" və "nun" hərfləri, ya erab əlamətidir. "İşrin, sələsin" deyərkən olduğu kimi...
Ərəb dilində bəzi müfrəd (tək halda olan) kəlimələr, sonlarına ونَ və -bəzi hallarda- ينَ götürərək, cəm olurlar. Məsələn:
– "مُؤْمِنٌ / mumin" kəliməsinin cəm halı - مُؤْمِنُونَ / muminun və مُؤْمِنِينَ / muminin" şəklindədir.
– "كَافِرٌ / kafir" kəliməsinin cəm halı - "كَافِرُونَ / kafirun və كَافِرِينَ / kafirin" şəklindədir.
Bununla birlikdə, hər ونَ və ينَ da cəm əlaməti deyildir.
Bu məqamda sual budur:
"الْعَالَمِينَ / aləmin" kəliməsindəki ينَ hərfləri, cəm əlamətidirmi?
Ustad, belə deyir:
"Aləmin kəliməsinin sonundakı yə və nun hərfləri, "sələsin" və "işrin" kəlimələrində olduğu kimi, yalnız erab əlamətidir..."
E'rab: Kəlimənin sonundakı hərf və ya hərəkənin dəyişməsidir.
Bu nümunəni bir az daha açaq:
Ərəb dilində, 20, 30...90 saylarına "Uqud sayları" deyilir. "Uqud" sözünün hərfi mənası, "düyünlər" deməkdir. Sayarkən, onluqlara çatanda, sanki düyün vurub növbəti onluğa keçirsən. Bu saylar, aşağıdakılardır:
– عِشْرُونَ ، عِشْرِينَ / işrun, işrin: 20
– ثَلاَثُونَ ، ثَلاَثِينَ / sələsun, sələsin: 30
– أَرْبَعُونَ ، أَرْبَعِينَ / ərbəun, ərbəin: 40
– خَمْسُونَ ، خَمْسِينَ / xamsun, xamsin: 50
– سِتُّونَ ، سِتِّينَ / sittun, sittin: 60
– سَبْعُونَ ، سَبْعِينَ / səbun, səbin: 70
– ثَمَانُونَ ، ثَمَانِينَ / səmənun, səmənin: 80
– تِسْعُونَ ، تِسْعِينَ / tisun, tisin: 90
Bu sayların sonundakı ونَ və ينَ hərfləri, cəm üçün deyil, e'rab üçündür. Uqud saylarının e'rabı, ونَ və ينَ ilə edilir. Yəni "عِشْرِينَ, / işrin", "عِشْرُونَ / işrun", "iyirmi" mənasında olub, "iyirmilər" mənasında deyildir. Yenə, "ثَلاَثِينَ, ثَلاَثُونَ / sələsun, sələsin", "otuz" mənasında olub, "otuzlar" mənasında deyildir.
Eynilə bunun kimi, "الْعَالَمِينَ / aləmin" kəliməsinin sonundakı ينَ hərfləri də, cəm əlaməti olmayıb e'rab əlamətidir. Bu halda, "الْعَالَمِينَ / aləmin" kəliməsi, cəm halda olan bir kəlimə deyil, müfrəd (tək halda olan) bir kəlimə olur.
Bəs cəm əlamət olmamağın mənaya təsiri nədir?
Cavab:
Əgər cəm əlaməti olarsa, "رَبِّ الْعَالَمِينَ / Aləmlərin Rəbbi" mənasına gələr. Əgər cəm əlaməti deyil, e'rab əlaməti olarsa, bu halda, "Aləmin Rəbbi" mənasına gələr. Yəni erab əlaməti olması halında, kəlimə müfrəd (tək) qəbul edilir və məna buna görə verilir.
Bu halda, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, bu kainatın cümləsinin adıdır.
• İkinci cəhət: Aləm kəliməsinin əlavə olaraq gələn "yə" və "nun" hərfləri, cəm əlamətidir. Çünki, aləmin hər bir cüzü də bir aləmdir;
Bu ehtimala görə, "رَبِّ الْعَالَمِينَ / Aləmin Rəbbi" mənasında deyil, "Aləmlərin Rəbbi" mənasındadır.
• Üçüncü cəhət: Aləm kəliməsinin əlavə olaraq gələn "yə" və "nun" hərfləri, aləmin, günəş sistemilə məhdud olmadığını göstərir. Şairin dediyi kimi:
اَلْحَمْدُ لِلّهِ كَمْ مِنْ فَلَكٍ تَجْرِى النُّجُومُ بِه وَالشَّمْسُ وَالْقَمَرُ
"Bütün həmd, Allaha məxsusdur. Allahın neçə-neçə fələkləri vardır. O fələklərdə, ulduzlar, günəş və ay cərəyan edib hərəkət edərlər."
Yəni:
"الْعَالَم / aləm" kəliməsi, tək bizim günəş sistemimizə məxsus deyildir; başqa sistemlər də, "aləm" təbirinə daxildirlər. O vaxt, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, sadəcə bu aləmin (bizim içində yaşadığımız sistemin) ismi olmayıb, digər sistemlərə də aləm deyildiyindən dolayı, yenə cəm olur. O zaman, "رَبِّ ٱلْعَـٰلَمِينَ / Rabbil-aləmin" təbirinə, bizim günəş sistemimizlə bərabər, digər qalaktikalar, günəşlər, ulduzların cümləsi daxildir. O cəlal sahibi Allah, hamısının Rəbbidir. Bu etibarla, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, yenə cəm olur.
Ustad Said Nursi, bu mənaya dəlil və şahid olaraq, bir şairin bu mövzudakı şeirini nəql edir. Şair, başqa aləmlərin və qalaktikaların varlığına işarətən belə demişdir:
اَلْحَمْدُ لِلّهِ كَمْ مِنْ فَلَكٍ تَجْرِى النُّجُومُ بِه وَالشَّمْسُ وَالْقَمَرُ
"Bütün həmd, Allaha məxsusdur. Allahın neçə-neçə fələkləri vardır. O fələklərdə, ulduzlar, günəş və ay cərəyan edib hərəkət edərlər." (Bu beyt, əbu'l-Ala əl-Maarri'yə nisbət edilməkdədir. bax: "Məfatihu'l-Ğeyb", 1/18; 14/102; 15/65)
Xülasə:
1. "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, əgər bütün bu aləmin ismidirsə, yəni bütün kainata birdən aləm deyilərsə, parçaları murad deyildirsə və bu sistemdən başqa da sistem yoxdursa, o vaxt "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, cəm deyildir. ي (yə) və ن (nun) hərfləri isə, e'rab əlamətidir.
2. Əgər bu aləmin hər bir cüzünə -Sani'ini göstərdiyi etibarla- aləm deyilərsə, o vaxt, bu kainatda zərrələr ədədincə aləmlər vardır. Bu etibarla, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi cəm olur. ي (yə) və ن (nun) hərfləri də, cəm əlamətidir.
3. Və yaxud "ٱلْعَـٰلَمِينَ / aləmin" təbiri, yalnız bu sistemimizin adı deyilsə, başqa sistemlər də varsa -ki, bir rəvayətə görə vardır- o zaman, onlar da, bir aləmdirlər. Bu halda, "ٱلْعَـٰلَمِينَ / aləmin" təbirinə, onlar da daxildirlər. Bu etibarla, yenə ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, cəm olur. Çünki bu aləmimiz kimi, onlar da bir aləmdirlər.
Müəllif, belə davam edir:
"Quran, "رَاَيْتُهُمْ لِي سَاجِدِين / Onları, səcdə edərkən gördüm." (Yusuf/4) ayətində olduğu kimi; səcdə edənlərin müfrədini deyil; aqil (ağıllı varlıq)'ların cəmini tərcih edərək istifadə etməsi..."
Ərəblər, aqil (ağlı olan) bir varlığa işarət edərkən fərqli bir damir (şəxs əvəzliyi) istifadə edir; qeyr-i aqil (ağlı olmayan) varlığa işarət edərkən də fərqli bir damir istifadə edirlər.
Məsələn, "heyvanlar" kəliməsi, "heyvanat" şəklində cəmlənərkən; "möminlər" kəliməsi, "mu'minun" şəklində cəmlənir.
Bu məqamda, sual budur:
Burda, "رَاَيْتُهُمْ لِي سَاجِدِين / Onları (haşiyə), səcdə edərkən gördüm." (Yusuf/4) ayətində olduğu kimi, "ٱلْعَـٰلَمِينَ / aləmin" təbirində, nəhv qaydasına görə, ağıl sahibləri üçün istifadə edilən cəm formasının tərcih edilməsinin səbəbi nədir? Niyə, "عَوَالِمُ / avalim" və ya "عَالِمَات / alimət" kəlimələri yerinə, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi tərcih edilmişdir?
------------------------------
(Haşiyə:
Ayətdəki "onlar" ifadəsilə, "günəş, ay və ulduzlar" qəsd edilmişdir. Bu varlıqlar, qeyr-i aqil / ağıllı olmayan varlıqlardır.)
------------------------------
Ustad, buna belə cavab verir:
"...Bəlağat nəzəri, aləmin cüzlərindən hər bir cüzünü, hal dililə danışan, diri və ağıllı təsəvvür edir..."
Bəlağat elmində, qeyr-i aqil varlıqların hər biri, həyat sahibi, ağıllı, mütəkəllim (danışan) surətində təsəvvür edilə bilər. Hətta bu təsəvvürlə, neçə-neçə əsərlər yazılmış; həm cansızlar, həm bitkilər, həm də heyvanlar, bir-birilərilə danışdırılmışlardır. Hələ bu hal, varlıqlar ilə Allah arasında düşünüldüyündə, qeyr-i aqil varlıqların aqil və mütəkəllim surətində təsəvvür edilməsi, hikmətlidir.
Bunun səbəbini, Ustad belə izah edir:
"Çünki aləm, özü ilə Sani'nin bilindiyi, Ona şəhadət və işarət edən şeydir."
Raqib əl-İsfahani, "əl-Mufrədat" adlı əsərində, "aləm" kəliməsi haqqında belə deyir:
Bu kəlimə, əsl etibarı ilə, "özü ilə bilinən şey"in ismidir. Eynilə, özü ilə tab edilən şeyə "طَابَع / tabe"; və özü ilə möhürlənən şeyə "خَاتَم / xatəm" deyildiyi kimi..."عَالَم / aləm" kəliməsinin bu formada gəlməsi, alət kimi olduğu üçündür. Çünki aləm, Yaradıcısına dəlalət etməsi cəhətindən, alətdir. Bundan dolayı, Allah Taala, Öz birliyini öyrənmə xüsusunda, bizi aləmə yönləndirmiş və məsələn,
أَوَلَمْ يَنظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالأَرْضِ
"Göylərin və yerin mələkutunu heç düşünmürlərmi?" (Əraf/185) buyurmuşdur. (bax: "əl-Mufrədat", s. 721)
Kainatın bütünü bir aləm olub Sənətkarı olan Allaha dəlalət və şəhadət etdiyi kimi, kainatın hər bir üzvü də, kiçik bir aləm olub eyni dəlaləti və şəhadəti etməkdədir. Ustad bu mənanı belə ifadə edir:
"Beləcə, Allahın aləmləri tərbiyə etməsi və bunların Allaha əlamət olmaları, üstdəki ayədə keçən səcdə misalı, bunların ağıl sahibləri olduğuna bir imadır."
