Al-i İmran surəsi 199-cu ayətin təfsirini verə bilərsinizmi?

وَإِنَّ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَمَن يُؤْمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَـٰشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ ثَمَنًا قَلِيلًا ۗ أُو۟لَـٰٓئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ ۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

"Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir." (Al-i İmran surəsi, 199-cu ayət)

---------------------

Təfsiri:

Kitab əhlindən Allaha iman edənlər:

Uca Allahın:

"Şübhəsiz kitab əhlindən elələri vardır ki, Allaha... iman edərlər."

• Cabir b. Abdullah;

• Ənəs;

• ibn Abbas;

• Qatadə; və

• əl-Həsən

(belə) demişlərdir:

"Bu ayət, Nəcaşi haqqında nazil olmuşdur. Belə ki, Nəcaşi vəfat etdiyində, Cəbrail (əleyhissəlam), bunu Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə bildirdi. Bunun üzərinə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də:

'Qalxın! Qardaşınız Nəcaşi'nin namazını qılın!'

buyurdu.

Bəziləri bir birilərinə belə dedilər:

"Bizlərə Həbəş kafirlərindən bir kafirin namazını qılmağımı əmr edir?"

Bunun üzərinə uca Allah:

'Şübhəsiz ki, kitab əhlindən elələri vardır ki, Allaha...iman edərlər' buyuruğunu endirdi."

----------------

• əd-Dahhaq belə demişdir:

"Sizə endirilənə" yəni Quran'a; və

"Özlərinə endirilən" yəni Tövrat və İncil'ə...iman edərlər.

Quran-i Kərim'də belələri haqqında belə buyurulmaqdadır:

أُو۟لَـٰٓئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُوا۟ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ

"Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər." (Qasas/54)

----------------------

Muslim'in "Səhih"indəki bir hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"3 insan vardır ki, onlara əcrləri 2 dəfə veriləcək."

deyə buyurduqdan sonra, bunu zikr etmişdir:

"Kitab əhlindən bir kimsə, Peyğəmbərinə iman etdikdən sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatar, ona iman edər, tabe olar və təsdiq edərsə, onun üçün də 2 əcr vardır."

Daha sonra Muslim, hədisin geri qalan qismini zikr edir.

----------------------

• Mücahid;

• ibn Cüreyc; və

• ibn Zeyd

isə, belə deyirlər:

"Bu ayət, kitab əhlindən olub iman edən kimsələr haqqında enmişdir. Bu görüş isə, ümumi bir görüşdür. Nəcaşi də, onlardan bir kimsədir. Nəcaşi'nin əsl adı, Ashamə'dir. Ərəbcə, "atiyyə", "ehsan", "hədiyyə" deməkdir."

(İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran" təfsiri)

Read 5 times
In order to make a comment, please login or register