Al-i İmran surəsi 36-cı ayət
وَلَيْسَ ٱلذَّكَرُ كَٱلْأُنثَىٰ
"Oğlan, qız kimi deyildir." (Al-i İmran/36)
--------------------
Təfsiri:
Bu ifadə ilə bağlı, 2 izah şəkli vardır:
A. Məryəm'in anası Hanna'nın, bu sözdən muradı, oğlan uşağının, qız uşağından üstün olduğunu ifadə etməkdir.
Bu üstünlük, bir neçə yöndəndir:
1. Onların şəriətinə görə, oğlan uşaqlarını qoyub qız uşaqlarını azad etmək, caiz deyildir.
2. Oğlan uşaqlarının, ibadət yerinə xidmətdə daim olmaları, mümkündür. Ancaq heyz və qadınlara məxsus xüsusi hallar səbəbilə qadınların davam etməsi, mümkün deyildir.
3. Güclü və qüvvətli olduqları üçün, bu (din üçün) xidmətə , kişilər daha əlverişli olub, qadınlarsa uyğun deyildirlər. Çünki, qadınlar, zəif varlıqlar olub, bu xidməti, layiqilə edə bilməzlər.
4. Bu xidməti edərkən, insanlarla bir arada olmasında bir məhzur (həzər ediləcək hal) və eyb yoxdur; qadınlar isə, belə deyildirlər.
5. Kişilərin, insanlar arasına qarışmasında, qadınlar üçün bəhs mövzusu ola biləcək bir töhmət, yoxdur.
Bax bunlar, bu mənada olmaq üzərə, kişilərin, qadınlardan üstün olmalarını gərəkdirir.
B. Hanna'nın bu sözündən məqsəd, o qız uşağını, oğlan uşağına tərcih etdiyini bildirməkdir.
O, sanki belə demək istəyirdi:
"Mənim arzum, oğlan uşağı idi. Bu qız uşağı isə, mənə, Allahın bir ehsanıdır. Arzum olan oğlan uşağı, Allahın hədiyyəsi olan qız uşağı kimi ola bilməz."
Bu söz, bu qadının, Rəbb'in quluna etdiyi şeyin, qulun özü üçün murad etdiyindən daha xeyirli olduğunu bilərək, Cəlalullahın mərifət və elminə dalmış olduğunu göstərir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
-----------------
-----------------
وَلَيْسَ الذَّكَرُ كَاْلاُنْثٰى âyetine dair şimdi cevap vermeye vaktim müsait değil. Sıhhatini bilmiyorum, fakat rivayet ediliyor ki: Resul-i Ekrem aleyhissalâtü vesselâm ferman etmiş ki: "Oğlan çocuğunu seviniz." Demişler, "Kızları niçin istisna ettin?" Ferman etmiş ki: "Kızlar kendi kendini sevdirirler, onlar fıtraten sevimlidirler."
Yəni:
"Oğlan, qız kimi deyildir." ayətinə dair, indi cavab verməyə vaxtım imkan vermir. Sihhətini bilmirəm, ancaq rəvayət edilir ki:
- Allah rəsulu (sallallahu aleyhi və səlləm) fərman etmişdir ki: "Oğlan uşağını sevin."
- Soruşurlar ki: "Qızları, nə üçün istisna etdin?"
- (Peyğəmbər, belə) fərman edir: "Qızlar, özünü sevdirirlər; onlar, fitrətən sevimlidirlər."
Bəli, qız, şəfqət və camalın mazharı (bir şeyin zahir olduğu yer) olduğundan, oğlan uşağından daha çox sevilir. Xüsusilə bu zamanda, valideynlər haqqında, qızlar, daha mübarəkdir. Çünki, dini təhlükəyə, çox da məruz qalmırlar. (Said Nursi, Barla lahikası, 269-cu Məktub, s. 305)
Hədisin qaynaqları:
• Heysəmi, "əl-Fətəva əl-Hədisiyyə", s. 115;
• Suyuti, "əl-Havi li'l-Fətəva", 2/88;
• Acluni, "Kəşfu'l-Xafa", 1/54.
Hədis, mühəddislərcə, mərfu (Peyğəmbərə qədər çatan) bir sənədinin olmamasından dolayı, haqqında danışılmışdır. Ancaq, hədis olaraq mühafizə edilərək gəlmişdir.
