Al-i İmran surəsi 39-cu ayətin təfsirini verə bilərsinizmi?

فَنَادَتْهُ ٱلْمَلَـٰٓئِكَةُ وَهُوَ قَآئِمٌ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍ مِّنَ ٱللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ ٱلصَّـٰلِحِينَ

O (Zəkəriyyə), mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar:

“Allah səni, Allah tərəfindən olan Kəliməni təsdiq edən, seyyid, nəfsinə hakim və əməl-i salehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. (Al-i İmran/39)

------------------------------

Təfsiri:

Uca Allahın: "Yəhya ilə..." buyuruğuna gəlincə, ilk kitabda, Onun adı "Hayyə" idi. İbrahim (əleyhissəlam)'ın xanımı Sarrə'nin adı isə, "Yəsarə" şəklində idi. Bunun ərəbcə qarşılığı isə, "doğmayan" deməkdir. Ona, İshaq (əleyhissəlam)'ın müjdəsi verilincə, "Sare" deyilməyə başlandı. Bu adı Ona, Cəbrail (əleyhissəlam) vermişdi. İbrahimə:

"Ey İbrahim! Mənim adımdan niyə bir hərf əskildi?"

deyə soruşduğunda, İbrahim (əleyhissəlam) da, bunu, Cəbrail (əleyhissəlam)'dan soruşdu və bu cavabı aldı:

"Onun adından əskilən hərf, peyğəmbərlərin ən fəzilətlilərindən biri olan və adı Hayyə olub Yəhya deyə adlandırılan, soyundan gələcək bir övladının adına əlavə edilmişdir."

Bu rəvayəti, ən-Nəqqaş zikr etmişdir.

• Qatadə belə deyir:

"Ona Yəhya adının verilməsi, uca Allahın onu, iman və nübüvvətlə diriltməsindən dolayıdır."

• Bəziləri də, belə demişlərdir:

"Ona bu adın veriliş səbəbi, uca Allahın, onun (Yəhyanın) vasitəsilə göndərdiyi hidayətlə, insanları diriltmiş olması, onlara həyat vermiş olmasıdır."

• Muqatil isə, belə deyir:

"Yəhya adı, uca Allahın "Hayy" (həyat sahibi) adından məsdərdir. Bu cəhətdən, ona Yəhya adı verilmişdir."

Onun vasitəsilə, anasının rəhmi canlandırıldığı üçün, bu adın verildiyi də söylənilmişdir.

------------------------------

"Allah tərəfindən olan bir kəliməni təsdiq edən..."

buyruğunda qəsd edilən isə, müfəssirlərin əksəriyyətinə görə, İsa (əleyhissəlam)'dır.

• İsaya "kəlimə" adının veriliş səbəbi:

Uca Allahın "ol" kəliməsilə olmasıdır. Çünki O, atasız dünyaya gəlmişdir.

• Bir digər görüşə görə, İsadan "kəlimə" deyə bəhs edilməsinin səbəbi:

İnsanların, uca Allahın kəlamı ilə hidayət tapdığı kimi, Onun vasitəsilə hidayət tapmalarıdır.

• əbu Ubeyd isə, belə deyir:

"Allahdan tərəfindən olan bir kəlimə" buyruğunun mənası:

Allah tərəfindən olan bir kitab, deməkdir. O, davam edərək belə deyir:

"Ərəblər: (Filan kimsə), mənə bir kəlimə oxudu, deyərkən, mənə bir qəsidə oxudu, demək istəyirlər. Necə ki, əl-Xuveydəra (Qutbə b. Muhsan b. Cərvəl'in ləqəbidir)'dan Həssən'ə bəhs edilincə, Həssən belə dedi:

"Allah, onun kəliməsinə lənət etsin."

Kəlimə ilə qəsd etdiyi isə, onun qəsidəsidir.

Başqa görüşlər də iləri sürülmüşdür. Bu qədər var ki, birinci görüş, daha yayğındır və elm adamlarının əksəriyyəti, bu görüşü qəbul etmişlərdir.

-------------------------------

Yəhya (əleyhissəlam), İsa (əleyhissəlam)'a iman edib, Onu təsdiq edən biridir. Yəhya (əleyhissəlam), İsa (əleyhissəlam)'dan 3 yaş böyük idi. 6 ay böyük olduğu da söylənmişdir. Bunlar, xala uşaqları idilər. Zəkəriyyə, (Yəhyanın) İsa haqqındakı bu təsdiq edici şahidliyini eşidincə, qalxıb İsanı hələ beşikdə ikən, qucaqlamışdı.

Təbəri'nin nəql etdiyinə görə, Məryəm, İsaya hamilə qalınca, onun bacısı da Yəhyaya hamilə qalmışdı. Yəhyanın anası, bacısı Məryəmin ziyarətinə getdiyində:

"Ey Məryəm! Mənim də hamilə qaldığımı xəbər aldınmı?"

deyə soruşdu. Məryəm ona:

"Sən, mənim hamilə olduğumdan, xəbərdarsanmı?" deyə soruşdu. Yəhyanın anası Məryəmə belə dedi:

"Mən, qarnımdakı uşağın, sənin qarnındakı uşağa səcdə etdiyini hiss edirəm."

Bunun da, onun qarnındakı uşağın başını, Məryəmin qarnına doğru əydiyini hiss etməsilə olduğu rəvayət edilmişdir.

Süddi belə deyir:

Uca Allahın:

"Allahdan bir kəliməni təsdiq edici olaraq..." buyruğunda qəsd edilən, bax budur.

------------------------------

Seyyid:

"Qövmünə ağalıq edən və sözünə baş vurulan iləri kimsə" deməkdir.

Bu buyuruq, insana, "əziz və ya kərim" adının verilməsinin caiz olduğu kimi "seyyid" adının verilməsinin də caiz olduğunu göstərməkdədir.

Eyni şəkildə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Qüreyza oğullarına belə dediyi rəvayət edilmişdir:

"Seyyidiniz üçün ayağa qalxın."

Buxari və Muslim'də, Nəbi (sallallahu aleyhi və səlləm)'in, Həsən (radiyallahu anh) haqqında belə dediyi rəvayət edilmişdir:

"Mənim bu oğlum, seyyid'dir. Möhtəməldir ki, uca Allah, onun sayəsində, müsəlmanlardan çox böyük 2 qrupu barışdıracaqdır."

Necə ki, elə də oldu. Əli (radiyallahu anh), şəhid edildikdən sonra, 40.000 nəfərdən çox insan, Həsənə beyət etdi. Daha əvvəl atasına beyət etməmiş, atasına etdiyi beyəti pozanlardan çox kimsə də, Ona beyət etmişdi. 7 ay qədər bir müddət, İraqda və onun xaricində Xorasan bölgəsində xəlifəlik etdi. Arxasında Hicaz və İraqlılarla birlikdə müaviyə'nin üzərinə getdi. Müaviyə də, Şam xalqı ilə birlikdə, Ona qarşı gəldi. Hər 2 ordu, Ənbar yaxınlarında (İraqda) Meşqin deyilən yerdə, qarşı-qarşıya gəlincə, Həsən (radiyallahu anh), döyüşməkdən xoşlanmadı. Çünki qarşı tərəfin əksəriyyəti həlak olmayınca, 2 ordudan birinin qalib gəlməyəcəyini bilirdi. Bu isə, müsəlmanların tələf olması demək idi. Bu cəhətdən, iləri sürdüyü bəzi şərtləri qəbul etməsi üzərinə, işi müaviyəyə tərk etdi. Bunlardan biri isə: müaviyə'dən sonra, Özünün xəlifə olması idi. Müaviyə, bütün bunları qəbul etdi.

Beləliklə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Şübhəsiz, Mənim bu oğlum, seyyid'dir." buyruğu yerinə gəlmiş oldu.

Allah və rəsulunun "seyyid" məqamına çıxardığı kimsədən daha seyyid, başqa heç kim ola bilməz.

• Qatadə də, uca Allahın: "Bir seyyid" buyruğunu:

"elm və ibadətdə iləri gələn" deyə açıqlamışdır.

• İbn Cubeyr və Dahhaq:

"elm və təqvada iləri gələn" deyə açıqlarkən;

• Mücahid də:

"Seyyid, kərəm sahibi və şərəfli" deməkdir." deyir.

• ibn Zeyd isə, bunu:

"qəzəbinə məğlub düşməyən" deyə açıqlamışdır.

• Zəccac belə deyir:

"Seyyid, bütün xeyirlərdə, ətrafındakı kimsələrin fövqünə çıxa bilən kimsə" deməkdir.

Bu da olduqca geniş muhtəvası olan açıqlamadır.

-----------------------------------

حَصُورًا

Hasuran: "Nəfsinə hakim" demək olan bu kəlimə, əslində, "uzaq tutmaq, həbs etmək" mənasına gələn "əl-hasr" kəliməsindən meydana gəlmişdir. Bir şeyin əngəl olub uzaq qoymağını bildirmək üçün, bu fel istifadə edilir.

✓ Fərci dar olan dişi dəvəyə də deyilir.

"əl-hasur" isə: "sanki onlardan əngəllənib uzaq tutulmuşcasına, qadınlara yaxınlaşmayan kimsə" deməkdir.

Bu izahı, əbu Amr vermişdir.

✓ Quran-i Kərimdə də, uca Allah, belə buyurmaqdadır:

...وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَـٰفِرِينَ حَصِيرًا

"Biz cəhənnəmi, kafirlər üçün zindan (hasir) qıldıq." (İsra/8)

"Hasir" eyni zamanda: "hökmdar" deməkdir. Çünki başqalarının görə bilməyəcəyi yerdədir.

Yəhya (əleyhissəlam), hasur (nəfsinə hakim qılınmış) idi. Yəni qadınlara yaxın durmazdı. Sanki kişilərdə mövcud olan özəlliklərdən uzaq tutulmuş kimi idi.

Bu açıqlama şəkli, ibn Məsud və başqalarından nəql edilmişdir.

✓ Yenə:

• ibn Məsud;

• ibn Abbas;

• ibn Cubeyr;

• Ata;

• əbu'ş-Şa'sa;

• əl-Həsən;

• Süddi; və

• ibn Zeyd

belə deyirlər:

"Hasur": (cinsi) iqtidar sahibi olmaqla bərabər, qadınlardan uzaq duran və onlara yaxınlaşmayan kimsə, deməkdir.

2 səbəb dolayısı ilə, bu, bu mövzudakı görüşlərin ən səhih olanıdır:

• Birinci səbəb: bunun, Yəhya (əleyhissəlam) üçün tərif olmasıdır. Tərif isə, əksəriyyətlə, insanın özündə mövcud olan üçün deyil, sonradan qazanılan bir fel üçün bəhs mövzusu olur.

• İkinci səbəb: Dildə (hasue kəliməsinin vəzni olan) "fəul" vəzni isə, fail haqqında istifadə edilən əmr kiplərindəndir. Şairin bu beytində olduğu kimi:

"Qılıncın ucu ilə onların (dəvələrin) ən ətlilərinin ayaqlarını (kəsmək üçün) çox dəfə vuransan;

Qıtlıq dolayısı ilə, azuqə tapa bilmədikləri təqdirdə, sən, dəvələri boğazlayansan."

Buna görə, "hasur" kəliməsinin əsl mənası: öz nəfsini şəhvətlərdən uzaq tutub cilovlayan kimsədir.

Bəlkə də, Yəhya'nın şəriətində elə idi. Bizim (İslam) şəriətində isə, əsl olan, nikahdır.

"Hasur"un: evlənməsi umulmayan, mənisi gəlməyən, fərci (cinsiyyət orqanı) olmayan mənasına gəldiyi də söylənilmişdir.

Bu açıqlama da, yenə:

• ibn Abbas'dan;

• Səid b. əl-Musəyyəb'dən; və

• Dahhaq'dan

rəvayət edilmişdir.

Əbu Saleh isə, əbu Hureyrə (radiyallahu anh)'dan belə dediyini rəvayət etməkdədir:

"Bütün Adəm oğulları, Allahın dilədiyi təqdirdə özlərinə əzab edəcəyi, yaxud mərhəmət edib bağışlayacağı bir günah ilə Allahın hüzuruna çıxarlar. Bundan tək istisna, Zəkəriyyə'nin oğlu Yəhya'dır. Çünki O, seyyid idi, hasur idi və salehlərdən olan bir peyğəmbər idi."

Daha sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm), əyilib əli ilə yerdən kiçik bir çöp aldı və belə dedi:

"Onun fərci, bax bunun kimi idi, bu çöp kimi idi."

"Hasur"un mənasının: özünü, Allaha günah olan işlərdən uzaq tutan olduğu da söylənilmişdir.

--------------------------------------

"...və salehlərdən olan bir peyğəmbər..."

buyuruğu haqqında, Zəccac, belə deyir:

"Saleh, Allahın özünə fərz qıldığı şeyləri yerinə gətirən, insanların haqlarını da əda edən kimsə, deməkdir."

 

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Al-i İmran/39 təfsiri)

Read 20 times
In order to make a comment, please login or register