Ali İmran surəsi 44-cü ayətin təfsiri

"Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, sən onların yanında deyildin."

(Al-i İmran/44)

-----------------------------

Təfsiri:

Ayətdə keçən "qeyb xəbərləri"ndən məqsəd:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qövmünün və bir çox insanların bilmədiyi, Allah Taalanın bildirməsiylə ancaq 2 əhl-i kitabın haham və ruhanilərinin bilə biləcəkləri xəbərlərdir.

Allah Taala, bu kimi xəbərləri Muhamməd (sallallahu aleyhi və səlləm)'ə bildirərək, Onun haqq peyğəmbər olduğunu inkar edən yəhudi və xristiyanlara, Allah rəsulunun doğruluğunu isbatlamış, Onu yalanlayanları isə, susdurmuşdur. Çünki onlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in oxuma-yazması olmayan bir şəxs olduğunu, Allahın, özünə bu xəbərləri bildirməməsi halında, Onun, bunları bilə bilməyəcəyini bilirlərdi. Beləcə, qarşı çıxmaqdan aciz qalmışlardı.

---------------------------

Ayətdə zikr edilən: "Sənə vəhy etdiyimiz..." ifadəsindən məqsəd:

"Sənə endirdiyimiz və Sənə göndərdiyimiz" deməkdir.

Vəhy etməyin əsl mənası, vəhy edənin bildirmək istədiyi şeyi, vəhy edilənə çatdırmasıdır. Bu çatdırma işi, fərqli vasitələrlə olur:

1. Yazı ilə ola bilər.

----------------------------

2. İşarətlə ola bilər. Necə ki, bu ayətdəki vəhy etməkdən məqsəd, işarətdir:

فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُوا۟ بُكْرَةً وَعَشِيًّا

"O (Zəkəriyyə), mehrabdan öz qövmünün qarşısına çıxıb onlara vəhy (işarə) etdi: “Səhər-axşam Allaha təriflər deyin!” (Məryəm/11)

-----------------------------

3. İlhamla ola bilər. Bax bu ayətlərdəki vəhy etməkdən məqsəd də, ilhamdır:

وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ

"Rəbbin bal arısına belə vəhy (ilham) etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör." (Nəhl/68)

------------------------------

4. Elçi göndərmək surətilə ola bilər. Bu ayətdəki vəhy etməkdən məqsəd də, budur:

قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَـٰدَةً ۖ قُلِ ٱللَّهُ ۖ شَهِيدٌۢ بَيْنِى وَبَيْنَكُمْ ۚ وَأُوحِىَ إِلَىَّ هَـٰذَا ٱلْقُرْءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخْرَىٰ ۚ قُل لَّآ أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَـٰهٌ وَ‌ٰحِدٌ وَإِنَّنِى بَرِىٓءٌ مِّمَّا تُشْرِكُونَ

"De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam” (Ənam/19)

------------------------------

5. Vəhy etmək, bəzən də, şeytanın vəsvəsə verməsi mənasına gəlir. Bu ayətdəki vəhy etməkdən məqsəd də budur:

وَلَا تَأْكُلُوا۟ مِمَّا لَمْ يُذْكَرِ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَإِنَّهُۥ لَفِسْقٌ ۗ وَإِنَّ ٱلشَّيَـٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَـٰدِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün vəhy edirlər (vəsvəsə verirlər). Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız.

---------------------------------

Ayətdə zikr edilən "qələmlər"dən məqsəd:

• Qatadə'yə görə, "oxlar"dır.

Çünki, Məryəm, İsrail oğullarının imamlarının və ağalarının qızı olduğu üçün, ona kimin baxıb-böyüdəcəyi xüsusunda mübahisə etdilər. Bunun üzərinə, oxları ilə püşk atdılar. Püşk, Məryəmin xalasının əri olan Zəkəriyyə'yə düşdü. Zəkəriyyə də, onu ailəsinə alıb Özü böyütdü.

• Abdullah b. Abbas və Dahhaqa görə isə, burda zikr edilən "qələmlər"dən məqsəd: "həqiqi qələmlər"dir.

Çünki İmranın xanımı, qızı Məryəmi gətirib Məscidə verdiyini bildirincə, orda vəhy yazan katiblər, Məryəmə baxıb-böyütmək xüsusunda, qələmlərilə püşk atmışdılar və püşk, Zəkəriyyə'yə düşmüşdü.

Bax Allah Taala, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə, bu püşk çəkilərkən orda olmadığını, bu etibarla, bu xəbərləri bilə bilməyəcəyini, bu xəbərlərin Özünə Allah Taala tərəfindən bildirildiyi üçün, Onun haqq peyğəmbər olduğunu bəyan etmiş, beləcə, Onu yalanlamağa çalışan 2 kitab əhlini də qınamışdır.

(Fəxrəddin ər-Razi, "Təfsiru'l-Kəbir", Al-i İmran/44 təfsiri)

Read 5 times
In order to make a comment, please login or register