"Alimlər, peyğəmbərlərin varisləridirlər." hədisini izah edərsinizmi?
"Alimlər, peyğəmbərlərin varisləridirlər. Şübhəsiz, peyğəmbərlər, miras olaraq, nə dinar, nə də dirhəm qoymuşlardır. Onlar sadəcə miras olaraq elm qoymuşlardır."
(Əhməd, Müsnəd, V, 196; əbu Davud, Elm/1; Tirmizi, Elm/19; ibn Macə, hədis no: 223)
--------------------
İzahı:
Burda 2 mövzuya işarət edilməktədir:
• Birincisi:
Alim, həqiqətən peyğəmbərin varisidir. Peyğəmbərin, elmi miras olaraq buraxdığı kimi, elmi miras olaraq alanın da, onun ardından gələnlərə miras olaraq buraxması gərəkdir.
Alimin elmi miras olaraq qoyması, özündən sonra elm öyrədən, ya da yazan kimsələrə, ona öyrətməsi, ya da buna bənzər, özündən sonra faydalanılacaq şəkildə buraxmasıdır.
Rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Qul, öldüyü vaxt, bu 3 şey xaricində bütün əməlləri ondan kəsilər:
1. Faydalı elm;
2. Sədəqə-i cariyə (savabı öldükdən sonra da davam edən xeyirli əməllər);
3. Özünə dua edən saleh övlad." (Muslim, Vasiyyə/3)
Dolayısı ilə, alim kimsə, özündən sonra gələn kimsəyə elm öyrətdiyində, ardında faydalı bir elm və sədəqə-i cariyə buraxmış olur.
Çünki daha əvvəl, Muaz (radiyallahu anh) və digər səhabələrdən rəvayət edildiyi kimi, elm öyrətmək, sədəqədir. Alimlərin elmi, özlərinə dua edən saleh övladlar dərəcəsindədir. Arxasında miras qoyduğu elm, onun üçün bu 3 özəlliyi bir araya gətirmiş olur.
• İkincisi:
Alimin, peyğəmbərlərin miraslarına ən mükəmməl şəkildə sahib olması, peyğəmbərlər kimi arxalarında bir şey miras qoymamaqlarıdır.
Bu, peyğəmbəri (bütün işlərində) rəhbər edən, dünya sevgisindən uzaq durmaq, onu kiçik görmək, çox az bir miqdarda dünyalıq nemətlərdən faydalanma mövzusunda sünnətinə sarılan bütün kimsələr üçün keçərlidir.
Malik b. Dinar (rahmətullahi aleyh) belə demişdi:
"Alimin evinı getdiyində, evinin sağını-solunu sənə başa salmaq məcburiyyətində olmadığını görərsən. Evin bir tərəfində namaz üçün səccadəsini, Mushaf'ını və təmizləndiyi yeri görərsən. O evdə, axirətin təsirini hiss edərsən."
Əbu Mus'ab Talat b. Fuad əl-Hulvani'nin, ibn Rəcəb əl-Hənbəli'yə aid hədis şərhləri və risalələrini, 4 cild halında bir araya gətirib "Məcmu'u Rəsailu'l-Hafiz ibn Rəcəb əl-Hənbəli" adı əsərindən nəql, "Birinci hədis: Peyğəmbərlərin varisləri"
- Alimlər peyğəmbərlərin varisləridirlər.
- Dörd məzhəbdən başqasına tabe olana rəddiyyə (ibn Rəcəb əl Hənbəli)
- Ölüyə Yasin oxumaq olarmı?
- Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq
- İslamda əl öpməyə icazə verilirmi?
- Əl öpmək olarmı?
- Peyğəmbərlər günah işləmişlərdir mi? İşləmələri mümkünmüdür?-1
- Qadına 3 gündən artıq yas tutması caizdirmi?
- İman, İslam və İhsan hədisinin izahı
- "Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz" hədisi-2