"Allah, Adəmi, öz surətində, 60 zira (haşiyə) boyunda yaratdı." hədisini izah edərsinizmi? -1

6227- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah, Adəmi, öz surətində, 60 zira (haşiyə) boyunda yaratdı. Sonra buyurdu:

'Get ordakı mələklərə salam ver və sənə necə salam verəcəklərini dinlə. Çünki onların sənə verəcəkləri cavab, həm sənin salamın, həm də zürriyyətinin salamı olacaqdır.'

buyurdu. (Adəm) onlara:

'Əs-sələmu aleykum.' deyincə, onlar da:

'Əs-sələmu aleykə və rahmətullah!' deyib, buna 'və rahmətullah' kəliməsini əlavə etdilər.

Cənnətə girəcək hər kəs, (ora) Adəmin surəti üzərə girəcəkdir. (Məlumunuz olsun ki), indiyə qədər insanların xilqəti naqisləşməkdədir.

(Haşiyə:

1 Zira': Qolun dirsəyindən orta barmaq ucuna qədər olan uzunluq ölçüsüdür. Təxminən, 75-90 sm qədərdir.)

--------------------------------

İzahı:

İsti'zan: "Özündən izn istənilən kimsənin sahib olduğu bir yerə girmək üçün icazə istəmək" deməkdir.

Bəd: "başlanğıc" deməkdir. Salamın ilk ortaya çıxması mənasındadır.

İzn istəməklə bərabər, salam başlığını istifadə etmiş olması, salam verməyən kimsədən əmin olunmayacağına işarət etmək üçündür.

-------------------------------------

"...Allah, Adəmi, öz surətində yaratdı..."

Burdakı "...öz..." mənası verilən zamirin kimə aid olduğu xüsusunda görüş ayrılıqları vardır.

• Adəmə aid olduğu söylənmişdir. Yəni Allah, Adəmi, cənnətdən endirilincəyə və ölüncəyə qədər, sahib olub davam etdiyi surəti üzərində yaratmışdır. Beləliklə:

~ cənnətdə ikən, başqa bir vəsfdə olduğunu zənn edənlərin bu yalnışını; və yaxud da

~ mövcud olduğu şəkildə, xilqətini başladıb soyundan gələnlərin bir haldan başqa bir hala keçdiyi kimi, özünün keçmədiyini zənn edənlərin bu şübhəsini

önləmək istəmişdir. Bunun, Dehrilərin (haşiyə) qənaətlərini rədd etmək üçün dilə gətirildiyi də söylənmişdir.

Çünki onlar:

"Bir insan, ancaq bir nütfədən meydana gələ bilər. İnsan nütfəsi də, ancaq insandan meydana gəlir və bunun, ilk başlanğıcı yoxdur." deyirlər.

------------------------------

(Haşiyə-

Dehriyyun: Aləmin əzəli olduğunu və bir Yaradıcısının mövcud olmadığını müdafiə edən materialist fəlsəfi cərəyandır.)

------------------------------

Beləliklə, Adəmin, ta əvvəldən bəri, bu surətdə yaradılmış olduğunu, bəyan etmiş olmaqdadır.

• Bir digər görüşə görə: insanın, təbiətin bir işi və təsiri olaraq meydana gəlmiş ola biləcəyini iddia edən təbiətçilərin görüşünün rədd edilməsi üçün də, belə deyilmişdir.

• Bir başqa görüşə görə isə: insan, öz felini özü yaradır iddiasında olan Qədəriyyə'nin görüşlərini rədd etmək üçün belə demişdir.

• Bir digər görüşə görə, zamir, Allaha aiddir. Bu görüşü qəbul edən kimsələr isə, bəzi rəvayətlərdə varid olan: "Rahmənin surəti üzərə" ifadəsinə sarılmaqdadırlar. Surətdən məqsəd isə, özəllikdir. Yəni Allah, onu, elm, həyat, səmi (eşidən), basar (görən) və buna bənzər Öz sifətlərinə (qismən) sahib olaraq yaratmışdır. Hər nə qədər, uca Allahın sifətlərinə, heç bir şey bənzəməsə belə...

(ibn Həcər Asqalani, "Fəthu'l-Bari", 79-cu kitab: "İzn istəmək", 1-ci bab: "Salamın başlanğıcı" babı, hədis no: 6227)

Read 9 times
In order to make a comment, please login or register