"Allah, Adəmi öz surətində yaratmışdır." hədisini izah edərsinizmi? -2

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Biriniz qardaşı ilə dalaşdığı zaman, üzdən (üzə vurmaqdan) çəkinsin. Çünki şübhəsiz, Allah, Adəmi, onun surətilə yaratmışdır."

-------------------------------

Şərhi:

Elm adamları belə deyirlər:

Bu hədislər, üzə vurmağın nəhy (qadağan) edildiyini, açıqca ifadə etməkdədir. Çünki üz, incədir, bütün gözəllikləri özündə toplamışdır. Üzdəki orqanlar da, son dərəcə dəyərli və incədir. İdrak orqanlarımızın çoxu da, ondadır.

Bu səbəblə, üzə vurmaq, bəzi hallarda bunları:

• işə yaramaz burax bilər;

• bəzən özəllikləri azaldar, əskildər;

• bəzən də üzün şəklini çirkinləşdirə bilər.

Üzdəki bir çirkinlik isə, çox fahişdir (pis görsənir). Çünki açıqca ortadadır və onu örtməyə imkan yoxdur. Üzə vurulduğu zaman da, əksəriyyətlə, zərərsiz mümkün olmur.

Bu nəhyin (qadağanın) muhtəvasına, insanın:

• zövcəsinə;

• uşağına;

• nökərinə

tədib (ədəbləndirmə) məqsədilə vurması halı da, daxildir. Belə edəcək (ədəbləndirəcək) olarsa, üzdən çəkinməli, uzaq durmalıdır.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"...Şübhəsiz Allah, Adəmi, onun surəti üzərə yaratmışdır..."

buyuruğu, sifət hədislərindəndir.

Daha əvvəl "İman kitabı"nda, bu kimi hədislərin hökmü ilə bağlı açıqlamalar, açıq və geniş bir şəkildə qeyd edilmişdir. Orda da bildirildiyi üzərə:

1. Kimi elm adamları, bu kimi hədisləri təvil etməyib:

"Bizlər, bunların haqq olduğuna və zahir mənalarının qəsd edilmədiyinə, bunların, özlərinə uyğun və münasib bir mənalarının olduğuna, iman edirik."

deyirlər. Bu isə, sələfin əksəriyyətinin izlədiyi yol (məzhəb)'dir. Bu yol, daha ehtiyatlı və daha salamatdır.

2. İkinci yol:

Bu sifətlər, şanı uca olan Allahın tənzihinə və heç bir şeyin Ona bənzəmədiyi həqiqətinə yaraşacaq bir şəkildə təvil edilir.

əl-Mazəri belə deyir:

"Bu hədis, bu ləfz ilə sabitdir. Bəziləri də, bunu:

'Şübhəsiz Allah, Adəmi, Rahmənin surəti üzərə yaratmışdır.'

deyə rəvayət etmişlərsə də, bu, hədis əhlinə görə, sabit deyildir. Sanki bunu nəql edən, özünün anladığı məna ilə rəvayət etmiş və bunu edərkən də, xəta etmiş kimidir."

Yenə əl-Mazəri dedi ki:

"İbn Quteybə də, bu hədis haqqında xəta etmiş və bunu, zahiri üzərə qəbul edərək, uca Allahın da surətlər kimi bir surəti vardır, demişdir. Ancaq onun bu sözünün, olduqca qeyr-i məqbul olduğu, açıqca ortadadır. Çünki:

Surət, tərkib ifadə edir ---> Tərkib edilən hər bir şey isə, sonradan yaradılmış, deməkdir.

Şanı uca olan Allah isə, muhdəs (sonradan yaradılmış) deyildir. O halda, mürəkkəb də deyildir, musavvər (surət verilmiş) də, deyildir.

Həm belə demək, mücəssimənin:

'O, bir cisimdir, ancaq cisimlər kimi deyildir.'

sözünə bənzəyir. Onlar da, bu sözlərini, əhl-i sünnətin:

'Şanı uca olan Allah, bir şeydir, ancaq digər şeylərə bənzəməz.'

dediklərini görüncə söyləmişlərdir və bu istifadəni, özləri də davam etdirərək:

'Cisimdir, ancaq cisimlər kimi deyildir.' demişlərdir.

Aradakı fərqə gəlincə:

Şey ləfzi, hadis olmağı (sonradan var olmağı) ifadə etməz və bunu gərəkdirən bir məna da daşımaz.

Ancaq cisim və surət ləfzləri, təlif və tərkibi (fərqli bölmələrin bir araya gətirilib yerləşdirilməsini) ehtiva edər. Bu da, hudusun (sonradan yaradılmağın) dəlilidir.

Həm ibn Quteybə'nin:

"Surətdir, ancaq surətlərə bənzəməz."

deməsinə də, heyrət edilər.

Üstəlik, hədisin zahiri, onun görüşünə görə, Adəmin, onun surəti üzərə xəlq edilmiş olmasını gərəkdirir. Onun bu görüşünə görə, hər 2 surət də, eynidir. O, surətlərə bənzəməyən bir surət sözü isə, bir-birinə ziddir.

Əgər sən:

"O, surətlərə bənzəməyən bir surətdir."

sözün ilə, onun, fərqli şeylərdən tərkib və təlif edilmədiyini qəsd edirsənsə, o təqdirdə, bu, həqiqi mənada da bir surət deyildir. Ləfz də, zahiri mənası üzərə deyildir.

Bu halda, sən də, bu hədisin təvil edilməyə ehtiyac olduğuna, müvafaqat etmiş olarsan."

Elm adamları da, bunun təvili xüsusunda, ixtilaf etmişlərdir:

• Bir qrup belə demişdir:

"Onun surəti" ləfzindəki zamir, (hədisdə) döyüldüyündən söz edilən qardaşa aiddir. Muslimin rəvayətinin zahiri də, bunu gərəkdirməkdədir.

• Bir digər qrup isə, belə deyir:

"Zamir, Adəmə aiddir." Ancaq bu, bir az zəif görüşdür.

• Bir başqa qrup:

Zamir, uca Allaha aiddir, demişlərdir. Bu halda bu, bir təşrif və ixtisas (şərəfləndirmə və xüsusi bir mövqeyə yüksəltmək) izafəti olur və uca Allahın:

"Allahın dişi dəvəsi..." (Şəms/13) buyuruğu kimi, Kəbə haqqında, "Allahın evi" deyilməsi və bənzəri təbirlər kimi olur. Allah, ən doğru biləndir.

(Nəvəvi, "əl-Minhac", "Birr (yaxşılıq), qohum-əqrəbalıq bağlarına riayət etmək və ədəb kitabı", 32-ci bab: "Üzə vurmağın nəhy edildiyi bab", hədis no: 6598)

Read 12 times
In order to make a comment, please login or register