Allah haqqında gözəl zənn bəsləmək
Cabir b. Abdullah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Qəti olaraq, sizdən hər hansı bir kimsə, Allah haqqında gözəl zənn (yəni bağışlanma ümidi) bəsləməkdən başqa bir hal üzərə ölməsin."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Təvəkkül və yəqin (hər şeyin ancaq Allah'dan olduğuna qəti inanmaq) babı, hədis no: 4167
-----------------------
İzahı:
Bu hədisi Muslim "Kitabu'l-Cənnə"də, əbu Davud da "Kitabu'l-Cənaiz"də rəvayət edirlər.
Hədisdən məqsəd, ölüm döşəyinə düşən möminin, Allah'ın rəhmət və məğfirətinə qüvvətlə ümid bağlamasıdır.
Bilindiyi kimi, mömin kimsə, sağlığında həm Allah'ın rəhmətindən ümidini kəsməyəcək, həm də Allah'ın əzabından qorxacaq və əzabı gərəkdirən pis davranışlardan qaçmağa daima səy göstərəcəkdir.
Bundan dolayı deyilmişdir ki:
'Mömin, xof (qorxu) və rəca (ümid) arasında olacaqdır.'
Ölüm döşəyində isə, ümid tərəfi, qorxu tərəfinə ağır gəlməlidir. Bu da Allah'ın kərəm və məğfirətinə dair ayətləri və hədisləri oxuyub düşünmək, möminlər üçün vəd edilən İlahi mükafatları xatırlamaqla gerçəkləşir. Necə ki, Allah subhənəhu və təala bir qudsi hədisdə belə buyurmuşdur:
"Mən qulumun Mənim haqqındakı zənni yanındayam. Artıq Mənim haqqımda dilədiyini zənn etsin." buyurmuşdur.
İmam Rafii də, hədisdən məqsədin belə olduğunu deyir:
"Hədisdən məqsəd, tövbə etməyə və zülmlərə son verməyə təşviq ola bilər. Çünki qul, tövbə edib haqsızlıqlara son verdiyində, zənni gözəl olar və İlahi rəhmət umar."
- Allahın 100 rəhməti- 2
- Təfəül (xeyrə yozmaq) nə deməkdir?-1
- "Mən, qulumun, haqqımdakı zənni yanındayam." hədisi-2
- Böyük günahlar və onlardan çəkinmək,
- "Ölüdən dolayı üz-gözünə vuranlar, yaxalarını cıranlar, bizdən deyildir." hədisini izah edərsinizmi?
- "Mən, mömin qulumun Mənim haqqındakı zənni yanındayam." hədisini izah edərsinizmi?
- "Qulum Mənə yeriyərək gəlsə, Mən ona qaçaraq gələrəm." hədisini necə başa düşməliyik?
- Bəraət gecəsi haqqında hədislər-1
- İnsanlar öldükləri niyyət üzərəmi dirildiləcəklər?
- Zilhiccə