Allah haqqında Zat demək, caizdirmi?

Lüğətdə, "sahib" mənasındakı "zu" kəliməsinin müənnəsi (zu'nun qadın cinsindəki şəkli) olan "zat" kəliməsi, "kimsə, şəxs, təbiət" kimi mənaları ilə bərabər; əqli elmlərdə, "bir şeyin nəfsi (yəni, özü), eynisi, cövhəri, bir şeyi, özü qılan mahiyyəti və həqiqəti" kimi açıqlanmaqdadır. (Cürcani, "Tarifat", "Zati" maddəsi)

---------------------------

I. Hədislərdə "Allahın Zatı" kəliməsi:

1. əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

İbrahim (əleyhissəlam), yalnız 3 yalan söyləmişdir. Bunlardan ikisi, Allah (azzə və cəllə)'nin Zatı üçün idi. "Mən xəstəyəm." sözü (Saffat/89) ilə, "Xeyr. Bu işi, onların böyükləri etdi." (Ənbiya/63) sözləridir.

əbu Hureyrə (radiyallahu anh), (davam edərək), belə deyir:

Bir gün İbrahim, Sara ilə birlikdə, cabbar (despot)'lardan birinin olduğu yerə getdi.

O despota: "Burda bir adam var. Onunla bərabər, insanların ən gözəllərindən bir qadın var." deyildi.

Ona (bir elçilə) xəbər göndərdi. Qadının kim olduğunu soruşdu. "Bu, kimdir?" dedi.

- İbrahim: "Bacımdır." deyə cavab verdi.

Sara'nın yanına gəlincə: "Ey Sara! Yer üzündə, Məndən və səndən başqa mömin kimsə yoxdur. Bu, Məndən, sənin kim olduğunu soruşdu. Mən də, ona: 'Bacımdır.' dedim. Məni, onların yanında, yalançı çıxarma."

O cabbar şəxs, Sara'ya xəbər göndərdi. Sara, onun yanına girincə, əlilə onu tutmaq istədi, lakin bunu edə bilmədi. Bu səfər: 'Mənim üçün, Allaha dua et. Mənim, Sənə zərərim olmayacaq." dedi. Sara, Allaha dua edincə, əli, əvvəlki halına gəldi.

İkinci dəfə, Saranı tutmaq istədi, yenə, bir əvvəlki kimi, hətta daha da şiddətli bir şəkildə, ona əngəl olundu. (Cabbar, yenə): "Mənim üçün Allaha dua et. Sənə zərərim olmayacaq." dedi.

Sara, Allaha dua edincə, əli, əvvəlki halına qayıtdı.

Bu səfər, bu adam, yaxın adamlarından birini çağıraraq, belə dedi:

"Siz, Mənə, bir insan gətirmədiniz. Mənə, bir şeytan gətirdiniz."

Daha sonra, Sara'ya xidmət etmək üzərə, Həcəri verdi. Sara, İbrahimin yanına gəldiyində, İbrahim, namaz qılırdı. (İbrahim) əlilə işarət edərək (nə baş verdiyini soruşdu). Sara, belə dedi:

"Allah, o kafirin -yaxud facirin- tələsini, öz başına keçirtdi və Həcəri də, (Mənə) xidmətçi olaraq verdi."

əbu Hureyrə deyir:

"Ey səma suyunun oğulları! Bax, Ananız, odur."

(Buxari, "Səhih", 60-cı Kitab: "Kitabu'l-Əhədisi'l-Ənbiya / Nəbilər (haqqında) hədislər kitabı", 8-ci bab: "Allah Taala'nın: 'Allah, İbrahimi dost qılmışdır." ayəti (Nisa/125) babı, hədis no: 3358)

--------------------

Dəyərli oxuyucu! Mətndə, "Allahın Zatı" kəliməsi, bu şəkildə keçməkdədir:

منهن في ذا ت الله عز و جل

Minhunnə: fi Zətilləhi azzə və cəllə.

Not: Peyğəmbərlərin yalan danışması haqqında, aşağıda izahlar gələcəkdir.

----------------------

2. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allahın Zatı haqqında düşünməyin. Onun məxluqatı haqqında düşünün." (Beyhaqi, "əl-Əsma və's-Sifət", s. 359-360)

------------------------------

3. Hubeyb (radiyallahu anh)'ın, müşriklər tərəfindən şəhid edilməsindən əvvəl söylədiyi bu şeirdə də, "Zat" kəliməsi, keçməkdədir.

و لست ابالي حين اقتل مسلما على اي شق كان لله مصرعي

و ذلك في ذات الا له و ان يشا يبارك على او صال شلو ممز ع

Və ləstu ubəli hinə uqtəlu muslimən, alə əyyi şiqqin kənə lilləhi məsrai,

Və zəlikə fi Zəti'l-İləhi və in yəşə, yubərik alə əvsali şilvin muməzzəi.

Yəni:

"Müsəlman olaraq öldürülərsəm, əhəmiyyət vermərəm; Allah üçün hansı tərəfə yıxılaramsa yıxılım,

O şey, İlahın Zat'ı üçündür; əgər istərsə, parçalanmış orqanlara bərəkət verər."

Burda, uzun bir hədis mətnindən, sadəcə Səhabənin şeiri zikr edilmişdir.

Buxari, "Səhih", 56-cı Kitab: "Kitabu'l-Cihad və's-Siyər", 170-ci bab: "Kişi, əsirlik istəyə bilərmi?", hədis no: 3045)

Bu hədisin keçdiyi digər yerlər:

hədis no: 3989, 4086, 7402.

----------------------------

Buxari, "Səhih"ində, bu hədisi, yenə bu başlıq altında zikr etmişdir: "Bab-u mə yuzkəru fi'z-zəti və'n-nuuti və əsəmilləhi / Zat, sifətlər və Allahın isimləri babı" (hədis no: 7402)

Asqalani, hədisin şərhində deyir:

"Zat, sifətlər və Allahın isimləri". Yəni: Allah haqqında, eynilə isimlərində olduğu kimi; "zat" "sifət"lərinin istifadə edilməsinin caizliyi və ya haqqında nass olmadığı üçün, bunların söylənə bilməyəcəyi.

"Və zəlikə fi Zəti'l-İləhi / Bu, İlahın Zatı haqqındadır."

Bu ifadənin geniş bir açıqlaması, "Məğazi" "Cihad" kitablarında keçmişdi.

(Buxari), "Zat"ı, uca Allahın ismilə zikr etmişdir. Yəni, "Zat" kəliməsini, Allahın ismilə bərabər zikr etmişdir və ya Allahın həqiqətini, "Zat" sözü ilə zikr etmişdir. Kirmani'nin ifadəsi də, bu yöndədir.

Biz də, bunu deyirik:

İmam Buxari'nin ifadəsinin zahirindən başa düşülən, onun qayəsinin, "Zat" kəliməsini, Allahın isminə əlavə etmək olduğudur. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu eşitmiş və hər hansı bir etiraz göstərməmişdir. Dolayısı ilə, belə demək (yəni, Allah haqqında, Zat demək), caiz olur.

Kirmani ("Şərhu'l-Kirmani alə Sahihi'l-Buxari"də, bu hədisin şərhində), belə deyir:

"Zatu'l-İlahi ifadəsində, (Buxari'nin adlandırmış olduğu) yuxarıdakı bab başlığını dəstəkləyən bir cəhət yoxdur.' deyilmişdir. Çünki Hubeyb, 'zat' kəliməsilə, Buxarinin qəsd etdiyi həqiqi zatı qəsd etməmişdir. Onun demək istədiyi, 'Allaha itaət uğrunda' və ya 'Allah yolunda' deməkdir."

Buna, belə cavab verilmişdir:

Buxari'nin məqsədi, ümum etibarı ilə, Allaha, "Zat" deməyin caiz olduğunu vurğulamaqdır.

Bu açıqlamalardan ortaya çıxan nəticə, budur:

Allaha "Zat" deyilməsi, kəlam alimlərinin ortaya atdıqları mənada caiz deyildir. Lakin bundan məqsədin, "nəfs" olduğu bilindiyində, bu görüş də, rədd edilməz. Çünki nəfs kəliməsi, Quranda vardır. Bu nüqtə (incə məna)'dan dolayı, imam Buxari, bu başlığın ardından, "nəfs" kəliməsinin keçdiyi başlığı zikr etmişdir.

(Başlıq, belədir: "Bab-u qavlilləhi taala: 'və yuhəzzirukumullahu NəfsəHu / Allah, Öz Nəfsinə qarşı gəlməkdən, sizi çəkindirir.'' (Al-i İmran/28) sözü"

------------------

Əlavələr:

Yuxarıdakı hədisin şərhi:

"İbrahim (əleyhissəlam), yalnız 3 dəfə yalan söyləmişdir."

sözü ilə, "Mən, xəstəyəm." sözü haqqında, bu ehtimallar bəhs mövzusudur:

O: "Mən, xəstəyəm." deyincə, "Mən, xəstələnəcəyəm." demək istəmiş ola bilər. Çünki ərəbcədə, ismu'l-fail, gələcək fel mənasında çoxca istifadə edilir.

"Mən, xəstəyəm." deyərkən, haqqında ölüm təqdir edilmiş olduğu üçün, hər halda xəstələnəcəyəm, yaxud da "Mən, sizinlə birlikdə çıxmaq xüsusunda, dəlili xəstə olan biriyəm." demək istəmiş ola bilər.

Nəvəvi, bəzi elm adamlarından, Onun, bu vaxtlarda hərarətinin yüksəlib, bir titrəmə içində olduğunu nəql etməkdədir. Ancaq bu, uzaq bir ehtimaldır. Çünki, belə olsaydı, nə açıq ifadəsi yönü ilə, nə də təriz yönü ilə, söylədiyi yalan olmazdı.

"Xeyr. Bunu, onların böyükləri etdi." sözü haqqında, Qurtubi, bunları deyir:

"O, bu sözləri,

~ bütlərin, ilah olmadıqlarına dair dəlil gətirmək üçün bir hazırlıq olsun; və

~ qövmünün, bu ilahların fayda və zərər verməyə gücləri vardır,

şəklindəki sözlərini çürüdərək, onları susdurmaq üçün söyləmişdir."

ibn Aqil, deyir:

Əqli dəlalət, yalanın, zahir mənası ilə, İbrahim haqqında bəhs mövzusu edilməməsini gərəkdirməkdədir. Çünki ağıl, qəti olaraq, bunu ortaya qoymaqdadır:

Rəsulun, Allahdan gətirdiklərində doğruluğunun bilinməsi üçün, Özünə güvənilən biri olması lazımdır. Rəsulun yalan söyləyə biləcəyini qəbul etməklə bərabər Ona güvənmək, mümkün deyil. Ya felən yalan söylədiyi ortada olarsa, Ona necə güvənmək mümkün ola bilər?! O halda, Onun haqqında bu (yalan) ifadəsinin istifadə edilməsini eşidən kimsənin dəyərləndirməsinə görə, yalan şəklində görünməsindən dolayıdır. Yoxsa, zahir mənası ilə, İbrahim (əleyhissəlam)'dan belə bir şey (yalan) meydana gəlməmişdir. Yəni, Onun bu sözünə, mütləq olaraq yalan deyilə bilməz. Bu, ancaq, məqamının yüksəkliyindən dolayı, ifrat qorxu halında bəhs mövzusu edilə bilər. Yoxsa, sırf (bəsit) bir yalan, belə hallarda, caizdir. Çünki, bəzən daha böyük bir zərərin qarşısını almaq məqsədilə, 2 zərərdən daha xəfif olanını etmək, vacib ola bilər. Peyğəmbərimizin bunlara yalan adını verməsinə gəlincə, O, bunların, zəmm ediləcək (pislənəcək) şeylər olduğunu qəsd edərək söyləməmişdir. Çünki, yalan, hər nə qədər çirkin və güvən vəsfini zədələyici olsa da, bəzi hallarda, gözəl ola bilər. Bu hal da, onlardan biridir.

"Bunların ikisi, Allah (azzə və cəllə)'nin Zatı üçün idi." sözü ilə, bu 2 sözün, bu xüsusiyyətdə olduğunu bildirməkdədir. Çünki, Sara qissəsi də, hər nə qədər Allah üçündürsə də, bir dərəcəyə qədər, onda, Öz nəfsinin də bir payı və Özünə bir faydası vardı. Ancaq digər ikisi, belə deyildir. Onların hər ikisi də, sırf Allah üçün söylənmişdi.

"Cabbar şəxs, Ona xəbər göndərdi və Ondan, o qadının kim olduğunu soruşdu. İbrahim: 'Bacımdır.' dedi. Sonra, Sara'nın yanına gələrək: 'Ey Sara! Yer üzündə, Məndən və səndən başqa mömin yoxdur.' dedi..."

Bu ifadələrdən, açıqca başa düşüldüyünə görə, o despot idarəçi, İbrahim (əleyhissəlam)'dan Sara haqqında sual soruşduğunu; daha sonra, İbrahim (əleyhissəlam)'ın, Saraya, bunu, despotun hüzurunda, özünü yalançı çıxarmaması üçün bildirdiyini göstərməkdədir.

Hişam b. Hassan'ın rəvayətinə görə də, O, Saraya belə demişdi:

"Bu despot şəxs, əgər sənin, Mənim zövcəm olduğunu biləcək olarsa, səni, Mənim əlimdən zorla alacaq. Bu səbəblə, səndən soruşulsa, sən də ona, Mənim bacım olduğunu xəbər ver. Çünki sən, İslamda, Mənim bacımsan. O despotun torpaqlarına girincə, o despotun yaxınlarından biri onu görüb despotun yanına getdi və: "Sənin torpaqlarına elə bir qadın girdi ki, səndən başqasının olmaması lazımdır, dedi. Bunun üzərinə, despot, Ona (İbrahimə) xəbər göndərdi."

Bu 2 rəvayətin bir arada beləcə açıqlanması, mümkündür:

İbrahim (əleyhissəlam), kralın, Saranı, Özündən istəyəcəyini hiss etmişdi. Dolayısı ilə, Ona, (hədisdə) bildirilən tövsiyyələri verdi. Gözlədiyi gerçəkləşincə, bu tövsiyyəsini, ona təkrarladı.

Sara, İbrahimin bacısı, ya da xanımı olsun, bu zalım kralın, hər bir halda, onu, zorla almaq istəməsinə baxmayaraq, İbrahimi belə bir tövsiyyə etməsinə sövq edən səbəbin nə olduğu xüsusunda, görüş ayrılığı vardır. (Belə ki):

• Bir açıqlamaya görə: Bu hökmdar, dininin gərəyi olaraq, ancaq əri olan qadınlara təcavüz edirdi.

Açıqlama, bu şəkildədir. Ancaq bunun, tamamlanmağa ehtiyacı vardır. O da, belə olur:

İbrahim, daha kiçik olanı işləmək surətilə, 2 zərərdən böyüyünü ortadan qaldırmaq istəmişdir. Çünki, hökmdarın, Saranı zorla ələ keçirməsi, labüd olaraq reallaşacaq bir iş idi. Lakin, onun, yaşayan bir əri olduğunu bilərsə, qısqanclığı, ərini öldürməyə və onu edam etməyə sövq edərdi. Yaxud da, Onu, həbsə atar və Ona zərər verərdi. Halbuki, onun, bir qardaşının olduğunu bilməsi halında, hal, belə deyildir. Bu halda, qısqanclıq, sadəcə qardaşı tərəfindən bəhs mövzusu ola bilər. Hökmdarın qısqanclığı, bəhs mövzusu ola bilməz, hökmdar da, buna əhəmiyyət verməzdi.

• Bir başqa açıqlamaya görə: O, bu məqsəd ilə bu tövsiyyəni vermişdi:

"Əgər, sənin, Mənim zövcəm olduğunu bilərsə, Məni, səni boşamağa məcbur edəcəkdir."

Açıqladığım bu xüsus, Abd b. Humeyd'in Təfsir'ində, Vehb b. Münəbbih yolu ilə nəql etdiyi bir rəvayətdə, açıqca ifadə edilmişdir.

əl-Munziri də, Sünən haşiyəsində, kitab əhlindən olan birindən nəql etdiyinə görə, bu bəhsi keçən despot hökmdarın qənaəti, bu şəkildə idi:

O, evli olan bir qadına, ərini öldürmədən yaxınlaşmazdı. Bundan dolayı, İbrahim: "Bu, Mənim bacımdır." demişdi. Çünki, (kral) ədalətli olsaydı, onu, Ondan istəyəcəkdi. Sonra da, O (yəni, İbrahim), o despot krala qarşı, Sara'nı qorumağın yollarını axtarardı. Əgər (kral), zalımdırsa, bu halda, (bacımdır deməklə) öldürülməkdən qurtulardı.

Bu, mən (Asqalani)'nin ilk olaraq qeyd etdiklərimdən çox da uzaq deyildir. Bu açıqlama, ibnu'l-Cevzi'nin "Muşkilu'l-Sahiheyn" adlı əsərindəki açıqlamalarından götürülmüşdür. O, bunu, kitab əhli alimlərindən birindən nəql etmişdir. Bu alimdən, bunu soruşmuş, o da, ona belə cavab vermişdir.

..."əbu Hureyrə dedi: 'Ey səma suyunun uşaqları! Bax, ananız, budur."

Bu sözlərilə, o, sanki, heyvanlarını otlatmaq üçün, yağış yağan sahələrə çoxca gedib-gələn ərəblərə xitab etmiş kimidir. Onun, "göyün suyu" ifadəsilə, "Zəmzəm"i qəsd etdiyi söylənmişdir. Çünki Allah, zəmzəmi, Həcər üçün, yerdən fışqırtmışdır. Bu su ilə, Onun uşağı yaşadı və onlar (ərəblər) də, sanki, Həcərin uşaqları oldular.

(ibn Həcər Asqalani, "Fəthu'l-Bari" əsərindən nəql -müxtəsər bir şəkildə-)

Read 15 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR