"Allah, insanı, Rahmən surətində yaratmışdır." hədisini izah edərsinizmi?

Maddədən münəzzəh olan Allah, surətdən də münəzzəhdir. Hədisdə əsas olan, Allahın rəhmətinə diqqətləri çəkmək və İlahi rəhmətin ən çox insanda təcəlli etdiyini dərs verməkdir.

İnsan deyilincə, sadəcə bədəni xatırlamaq da, bizi yalnış nəticələrə götürə bilər. İnsanda əsas olan, ruhdur. Bədən isə, o ruhun köməkçisi, libası və evi kimidir.

Elə isə, bu hədis üzərində düşünərkən, ruhumuza nəzər edəcək, ağıldan xəyala, yaddaşımızdan hiss dünyamıza qədər uzanan çox geniş rəhmət təcəllilərini oxuyacaq və bizi bu şəkildə yaradan Rahmən olan Allaha şükr edəcəyik.

Yoxluq qaranlıqlarından qurtulan hər varlıq, böyük bir rəhmətə qovuşmuş deməkdir. Bu mənası ilə, rəhmət, canlı-cansız bütün məxluqatda təcəlli etməkdədir. Səmanın ulduzlarından dənizin balıqlarına, yarı canlı bitkidən insan oğluna qədər hər varlıqda, rəhmət hakimdir. Hər biri, az-çox, cüzi və ya külli bir rəhmətə sahib olmuşlardır. Bundan dolayıdır ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), insanın nail olduğu bu ən iləri rəhmət təcəllisini:

"Şübhəsiz ki, Allah, insanı, Rahmən surətində yaratmışdır."

deyə ifadə etmişdir.

Allahın sifətlərinə iman etmək xüsusunda, bizə böyük bir rəhbər olmaq üzərə, ruhumuzda, elm, iradə, qüdrət kimi sifətlər yaradılmışdır. Məxluq olan bu sifətlər, İlahi sifətlərə, əlbəttə heç bir cəhətlə bənzəməzlər. Sadəcə onlardan xəbər verirlər. Bu sifətlərin heç biri üçün surət düşünülə bilməyəcəyi kimi, bunların bütünü üçün də, yenə bir surət, bir şəkil xəyal etmək, mümkün deyildir.

Bu hədis dəyərləndirilərkən, katib yazıya, usta əsərə bənzəmədiyi halda, Xaliqin məxluqa heç bir cəhətlə bənzəməyəcəyi nəzərə alınmalıdır. Bu şəkildə batil xəyallardan və aldadıcı şübhələrdən qurtulmaq mümkündür.

Hədisdən başa düşülən:

• İlahi isim və sifətlərə dəlil olmaq;

• Onları göstərmək;

• Onlara ayna olmaq

xüsusunda, insandan daha iləri bir varlıq yaradılmış olmadığıdır.

---------------------

İnsan üzərində görsənən rəhmət təcəlliləri üzərində, bir az duraq. Ustad Nursi mərhum, "Mesnevi-i Nuriye" əsərində (s. 160) belə deyir:

"İ’lem Eyyühel-Aziz! İnsan:

• Hikmet ile yapılmış bir masnudur. Ve Sâniin gayet hakîm olduğuna, yaptığı vuzuh-u delalet ile sanki mücessem bir hikmet-i nakkaşedir.

• Tecessüd etmiş bir ilm-i muhtardır;

• İncimad etmiş bir kudret-i basîre olduğu gibi;

• Öyle bir fiilin mahsülüdür ki, istidadı irade ettiği şeyi kendisine veriyor.

• Öyle bir in'am ve ihsanın kesifidir ki, bütün hacatına vâkıftır.

• Öyle bir kaderin tersim ettiği bir surettir ki, bünyesine lâzım ve münasib şeyleri bilir."

-----------------------------

"İnsan, hikmet ile yapılmış bir masnudur."

Hikmət, bir mənadır; "fayda, qayə" deməkdir. Əbəsin, yəni gərəksizliyin, yersizliyin ziddidir.

İnsana bu göz ilə baxıldığında, saçından dırnağına qədər, hər şeyi ilə, hikməti göstərir. Saça ehtiyacımız vardır və biz, ondan fayda görürük. Alnımızın saçsız olması da, hikmətdir; qaşlarımızın varlığı da hikmətdir. Kirpiklərimizdə də, hikməti daha açıq seyr edirik. Onlar qara olmasalar, az bir işıqdan narahat olar və ətrafımızı belə görə bilmərik.

Qoxular aləmilə münasibətimizi quran burnumuz, yenə İlahi hikməti göstərir. Alt çənəmizin hərəkətli, üst hissəsinin sabit olması da, hikmətdir; dişlərimizin həm özləri, həm də düzülüş sıraları və yerləri hikmətlidir. Qulağımız hikmətlə yaradılmışdır, bizi səslər aləminə qovuşdurur.

İnsan üzündə gördüyümüz bu hikmətləri, vücudumuzdakı bütün orqanların vəzifələri və faydaları üçün də düşündüyümüzdə, insan vücudunda, hikmətsiz bir tək hücrə, bir tək orqan, bir tək damar olmadığını görərik. Sanki "hikmət", cisim geyinmiş "insan" olmuşdur. İnsan, hikməti, bu qədər açıq olaraq göstərməkdədir.

-------------------------

"Tecessüd etmiş bir ilm-i muhtardır."

Yəni insan, hər şeyi bilən və iradə edən Allahın, elm sifətini, o qədər açıq göstərir ki, sanki elm, cəsəd geyinmiş və insan olmuşdur.

Bu elmdən sonra, iradə meydana çıxır, o şeyin yaradılması ixtiyar edilir və qüdrətin icra edilməsilə də, o şey yaradılır.

İxtiyar kəliməsi də, təsadüfü rədd edir. Yəni gözümüz təsadüfən göz olmuş, təsadüfən bu şəkli almış, təsadüfən üzümüzdə özünə yer etmiş, təsadüfən 2 ədəd olmuş, təsadüfən göz qapaqları ilə qoruma altına alınmış... deyildir. Bunların hər biri, ixtiyar və iradəni göstərməkdədirlər.

-------------------------------

"İncimad etmiş bir kudret-i basire..."

ifadəsi, eyni həqiqətin, qüdrət üçün də bəhs mövzusu olduğunu nəzərə verməkdədir. İncimad: "donmaq, qatılaşmaq" deməkdir. Ətrafımızda bunun ən bariz nümunəsi, buzlardır. Buxar bir az qatılaşınca su; daha da qatılaşıb donunca da, buz olur. Buz, buxarın incimad etmiş şəklidir.

İnsana qüdrət sifəti yönündən baxdığımızda, insanın bir yönü ilə sırf qüdrət olduğunu, qüdrətin sanki görünür bir hal aldığını və insan olaraq özünü göstərdiyini anlayırıq.

Həkimlərin bildirdiyinə görə, insan bədənində, 100 trilyon hüceyrə və hər hüceyrədə də, yenə 100 trilyona qədər atom vardır. Yəni bir insanda, 100 trilyon x 100 trilyon atom vardır. Bu atomların hər biri, bir qüdrət xəzinəsidir və parçalandıqlarında ortaya böyük bir güc çıxmaqdadır. Bu qədər çox atoma bu nəzərlə baxdığımızda, sanki böyük bir enerji incimad etmiş, yəni donmuş və insan olmuşdur.

"Basire" kəliməsi isə, bu güc və qüvvətin kor bir qüvvət olmadığını, öz başına, sahibsiz bir güc olmadığını, insanı görən və o qüvvətləri yaradan bir Şəxsin əmrində olduğunu xatırlatmaq üçün istifadə edilmişdir.

Ustad Nursi (rahiməhullah), insanın nə qədər mükəmməl bir əsər olduğunu, beləcə nəzərə verildikdən sonra, onun çox əhəmiyyətli bir yönünə diqqət çəkir:

"Öyle bir fiilin mahsulüdür ki, istidadı irade ettiği şeyi kendisine veriyor."

İnsanda elə bir istedad vardır ki, hər mövzuda insanın önünü açır və

"Çalışarsansa, bu nəticəni əldə edə bilərsən."

mesajını verir.

Dünyadakı sənət sahələrini saymaqla bitirə bilmirik və bunların hamısının icraçısı da, insandır. Demək ki, insan, mühəndis də ola bilir, həkim də, fizik də ola bilir, kimyaçı da. Ədəbiyyatçı da ola bilir, sənətkar da.

Bu məşru sənət sahələri yanında, yenə sayıla bilməyəcək qədər də haram, pis işlər vardır. İnsan, bunların da hər birinə girə bilir. Oğru da olur, saxtakar da, qatil də.

Müsbət və mənfi bu qədər işləri görməyə açıq olan bu qədər geniş bir istedad, insandan başqa heç bir varlıqda yoxdur.

Məsələn, mələklərin ən böyüklərindən biri, Cəbraildir. Ancaq o böyük mələk istəyərsə, Əzrail ola bilmir, Mikail də, İsrafil də.

Heyvanlar aləmində də, bənzər bir tabloya şahid oluruq:

Bir arı, istəsə də, ipək hörə bilmir; ipək böcəyi də, bal verə bilmir.

Yəni hər varlıq, nə üçün yaradılmışdırsa, o işi görməkdədir. Sadəcə insana, qismən də, cinlərə, imtahan olmalarının gərəyi olaraq, bir azadlıq tanınmışdır. İstəyərlərsə iman da edə bilirlər, diləyərlərsə küfür yoluna da girə bilirlər.

Tarix boyunca gəlib-keçmiş bütün insanları və qiyamətə qədər gələcək bütün insanları xəyalən göz önünə gətirək. Hər biri, tək başına ayrı bir aləm olduğunu, hər birinin xarakter, sənət, əxlaq, elm, saleh əməl, təqva yönündən çox fərqlilik göstərdiyini görərik. Bu fərqliliklər, cənnətdəki ayrı-ayrı ehsan mərtəbələrini və cəhənnəmdəki fərqli əzab dərəcələrini nəticə verəcəklər.

Peyğəmbərlər, salehlər, səhabələr, alimlər də insanlardan çıxmışlardır. Nəmrudlar, fironlar, əbu Cəhillər də.

----------------------------------------

"Öyle bir in'am ve ihsanın kesifidir ki, bütün hacatına vakıftır."

İn'am: "Nemətin verilməsi"nə deyilir.

İnsan, bütünü ilə, "hikmətlə toxunulduğu" kimi, maddi və mənəvi bütün alət və cihazları da, ona İlahi bir ehsandır, in'amdır. Sanki Allahın ehsanları, kəsifləşib, qatılaşıb insan olmuşdur.

Burda diqqət çəkilən əhəmiyyətli bir nöqtə də, insanın öz ehtiyaclarını bilməsi, onları təmin etmək üçün plan qurması, o plan üzərə səy göstərməsidir. Bu xüsusiyyət, başqa varlıqlarda yoxdur. Heyvanlar, öz ehtiyaclarını, düşünərək, planlayaraq deyil, İlahi ilhamla görməkdədirlər. Necə ki, Allah Taala, Nəhl surəsi 68 və 69-cu ayətlərdə belə buyurmaqdadır:

وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ • ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَ‌ٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًا...

Rəbbin bal arısına belə vəhy etdi:

“Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get..."

Bir heyvan, bu nöqtədə insandan o qədər geridir ki, ehtiyaclarını bilməsi bir yana, öz varlığı haqqında belə, çox az şeyə şüuru vardır. O da nəfəs alır, ancaq havaya ehtiyacı olduğunu bilməz. O havanın, ciyərlərinə getdiyindən də xəbərsizdir, çünki ciyərinin nə olduğunu bilməz. Gecə olunca, gözlərini örtüb yatar. Ancaq gecə və gündüzə olan ehtiyacını da bilməz. Eyni şəkildə, dünyaya, günəşə, havaya, suya, mövsümlərə möhtac olduğunu da bilməz.

İnsanın, öz iradəsi xaricində cərəyan edən bu hadisələrə möhtac olduğunu bilməsi, onun üçün böyük bir şükür qapısını açmaqdadır.

"Bunların hamısına möhtacam və yenə bunların heç birini görəcək gücə sahib deyiləm."

deyə düşünən insan, bütün bu icraatları görən və bütün varlıqları insana xidmət etdirən Rəbbinə, külli mənada şükür etməyə başlayır.

--------------------------------------

"Öyle bir kaderin tersim ettiği bir surettir ki, bünyesine lazım ve münasib şeyleri bilir."

Tərsim: "rəsm etmək" deməkdir.

Bir binanın maketi necə qurulmuşdursa, bina da ona görə tikilir. Bir ev haqqında:

"Otaqların sayları, şəkilləri, eni, uzunluğu niyə belədir?"

deyə soruşsaq,

"Planı belə cızılmışdır." cavabını alarıq.

Bədən, ruhun evi olduğuna görə, bədənimizi də bu mənada dəyərləndirə bilərik.

Sual: "Əlimiz niyə bu şəkildədir?"

Cavab: "Qədərdə elə planlanmış, elə rəsm edilmişdir, onun üçün."

Sual: "Üzümüzdə niyə 2 göz var və şəkilləri niyə belədir?"

Cavab: "Qədərdə elə tərsim edildiyi üçün."

İnsanın bütün vücudu kimi, hər bir orqanı da, İlahi qədərdə necə planlanmışdırsa, İlahi qüdrətlə elə yaradılır.

------------------------------------

Nəticə olaraq:

İnsanın bu qədər hikmət, elm, iradə, qüdrət və s. vəsflərə sahib olması, onun haqqında Allahın rəhmətindən başqa bir şeydirmi?!

Bütün bunları, özünün əldə etməsi mümkün ola bilərmi? Və ya şüursuz təbiət və səbəblərin ona bir ehsanı ola bilərmi? Bütün bunlar, imkan daxilindədirmi?! Əsla!

Demək ki, hədisdə "surət"dən məqsəd, sirət, yəni əxlaq və sifətlərdir. Ki, insan, bütün varlıqlardan fərqli olaraq, bu sifətlərə, ən geniş bir aynadır.

------------------------

Hədisin keçdiyi digər qaynaqlar:

Bu hədis, ayrı-ayrı ləfzlərlə gəlməkdədir. Əksər qaynaqlarda:

إِنَّ اللََهَ خَلَقَ آدَمَ عَلى صُورَتِهِ

ifadəsi ilədir. Ancaq:

• Müsnədü'l-Humeydi;

• Birgivi'nin "Qaribu'l-Hədis"i;

• Künuzu'l-Haqaiq; və

• Ramuzü'l-Əhadis, 2/186'da isə:

لا تقبحوا الوَجْهَ فَإنَّهُ خُلِقَ عَلى صُورَةِ الرَّحمَنِ

ləfzi ilədir. Bununla bərabər,

• imam Acurri'nin "əş-Şəria" əsəri, s. 314-315'də:

إِنَّ ابْنَ آدَمَ خُلِقَ عَلَى صُورَةِ الرَّحمَنِ

ifadəsi ilədir. Ayrıca,

• ibn Adiyy'in, "əl-Kamil fi'd-Duafa" əsəri, 6/2102'də də, yenı eyni ləfzlədir.

• Aqili'nin, "əd-Duafa'l-Kəbir" əsəri, 2/252'də:

إِنَّ اللََهَ خَلَقَ الاِنْسَانَ عَلى صُورَةِ الرَّحمَنِ

ifadəsi ilədir. Həm

• Zəhəbi'nin, "Mizanu'l-İ'tidal" əsəri, 2/419'da da eyni ifadə ilədir.

Read 4 times
In order to make a comment, please login or register