"Allah nurdur." (3)

Düşünmə qabiliyyəti olan şəxslər, təfəkkürün ən şərəfli bir ibadət olduğunu bilməlidirlər. Çünki təfəkkürdə, Allahı anmağın xaricində 2 ayrı özəllik daha vardır:

1. Mərifətin (Allahı tanımağın) qüvvətlənməsidir. Çünki fikir, mərifətin və kəşfin açarıdır.

2. Sevginin artmağıdır. Çünki qəlb, hörmət göstərəcəyinə inandığı şəxsi sevər.

Allah Taalanın əzəməti isə, ancaq:

• sifətlərini tanıyan;

• qüdrətini bilən;

• fellərinin heyrət doğuran hallarını müşahidə edən

şəxslərin önlərinə sərilər.

O halda:

• fikirdən mərifət;

• mərifətdən təzim;

• təzimdən də sevgi

meydana gəlir.

Eyni zamanda, zikr, bir cür sevgi olan ünsiyyəti doğurur.

Bununla birlikdə, qaynağı mərifət olan məhəbbət, çox daha güclü, çox daha qopmaz və çox daha böyükdür.

Arif (Allahı tanıyan) bir şəxsin sevgisi ilə, tam bəsirət sahibi olmayan zikr əhlinin ünsiyyəti arasındakı fərq:

• Şəxsən görüb;

• Əxlaqını tanıdığı;

• Davranışlarını bildiyi;

• Təcrübələrlə gözəl fəzilət və üstün özəlliklərini təcrübə etdiyi

bir şəxsə aşiq olanla,

• Qiyabən tanıdığı,

• Gözəlliklərini, fiziki quruluşunu və əxlaqi davranışlarını, başqalarının bildirməsilə öyrəndiyi

şəxsə aşiq olan kimsə arasındakı fərq kimidir.

Çox təbiidir ki, gözlərilə görmədiyi bir şəxsə sevgi duyanın məhəbbəti, gördüyü şəxsə aşiq olanın sevgisi kimi ola bilməz.

Bəs necə?! Xəbər, gözlə görmək kimi deyildir.

O halda, Allahı qəlblə anmağa davam edən abidlərlə,

• Peyğəmbərlərin gətirdiklərini dil ilə doğrulamaqla kifayətlənən;

• Təqlid-i imandan uzağa gedə bilməyən;

• Allahın sifətlərinin gözəlliklərindən xəbərsiz;

• Sırf özlərinə vəsf edilənlərə inanmaqla kifayətlənən

kimsələrin dəyəri, bir ola bilməz.

Başdakı gözdən, çox daha güclü və çox daha kəskin olan batini bəsirət gözlərilə, Allahın cəlal və camal təcəllilərini görən ariflər,

Allahın cəlal və camal sifətlərinin mahiyyətlərini tam qavramasalar da,

-çünki bunu tam mənası ilə qavramaq, insanların gücündə deyildir-

hər bir arif, önündən qaldırılan pərdələr nisbətində, həqiqətlərə vaqif olurlar.

Rəbbə aid (qəlbi) hüzur gözəlliyinin sonu olmadığı kimi, o gözəlliyi örtən pərdələrin də sonu yoxdur.

"Nur" olaraq adlandırılması gərəkli olan və önündəki son pərdənin də qalxdığını zənn edən şəxslərin çata biləcəkləri pərdələrin sayı, 70-dir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allahın nurdan 70 pərdəsi vardır. Onları açsa, üzünün nurunun parıltıları, hər gördüyünü yandırar."

Bu pərdələr də, mərhələ-mərhələdir. Nurlar da:

• Günəş;

• Ay; və

• Ulduzların

parıltılarının fərqlilikləri kimi, fərqliliklər göstərirlər.

Bəzi tasavvuf əhli, bu nöqtədən hərəkətlə, İbrahim (əleyhissəlam)'ın tərəqqi mərhələlərində görünən fərqlilikləri təvil edərək, bunları demişlərdir:

فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًا...

"Gecənin qaranlığı onu bürüdüyündə, bir ulduz gördü..." (Ənam/76)

ayətinin mənası:

"Özü cəhətindən çıxmaza girincə, nur pərdələrindən birinə çatdı." deməkdir.

Allah Taala, bu ayətdə, bu nur pərdəsini, "kəvkəb=ulduz" ilə ifadə buyurmuşdur.

Bununla, bu parıldayan cisimlər qəsd edilməmişdir. Çünki deyil bir peyğəmbər, xalqdan hər hansı bir şəxs belə, Allahın rububiyyətini, cisimlərə rəva görməz, bunun mümkün ola bilməyəcəyini, ilk baxışdan anlayar.

O halda, xalq yığınlarını azdıra bilməyən ulduzların, Alalh dostu bir peyğəmbəri azdırması, necə düşünülə bilər?!

Nur deyə adlandırılan pərdələrlə, gözlə idrak edilən işıq qəsd edilməmişdir. Bunlarla, Allah Taalanın, Nur surəsinin 35-ci ayətində:

ٱللَّهُ نُورُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ ۚ مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍ فِيهَا مِصْبَاحٌ ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ ۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّىٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَـٰرَكَةٍ زَيْتُونَةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِىٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُّورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِى ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُ ۚ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَـٰلَ لِلنَّاسِ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

"Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir."

sözlərilə, murad buyurduğu işıqdır.

Hər nə isə...

(Hüccətü'l-İslam imam Ğazzali, "İhya-u Ulumi'd-din", 10-cu kitab, 1-ci bölmə: "Virdlərin fəziləti və sıralanması")

Read 88 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR