"Allah, tək gözlü deyildir." hədisi

7127. Abdullah b. Ömər (radiyallahu anh)'dan belə nəql edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir gün, insanlar arasında, (bir söhbət üçün) ayağa qalxdı. Allahı, layiq olduğu sifətlərlə təriflədi. Sonra, Dəccal'dan söz açaraq belə buyurdu:

"Mən, sizləri, qəti olaraq ondan qorxuduram. Heç bir peyğəmbər yoxdur ki, qövmünü, ondan qorxutmuş olmasın. Lakin Mən, sizlərə, onun haqqında, heç bir Peyğəmbərin söyləmədiyi bir şeyi deyəcəm: Dəccal, tək gözlüdür. Allah isə, tək gözlü deyildir."

---------------------

7131. Ənəs (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ümmətini, tək gözlü və çox yalançı olan Dəccal'dan çəkindirməyən heç bir peyğəmbər göndərilməmişdir. Diqqət edin! O, tək gözlüdür. Rəbbiniz isə, tək gözlü deyildir. Şübhəsiz ki, onun 2 gözü arasında, kafir yazılmışdır."

(Buxari, "Səhih", "Kitabu'l-Fitən / Fitnələr kitabı", 26-cı bab: "Dəccal")

------------------------

ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də, belə deyir:

"Dəccal, tək gözlüdür. Rəbbiniz isə, tək gözlü deyildir."

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,

-dəccalda, sonradan yaradıldığına dair dəlillər açıq-aydın ortada ikən-,

sırf, onun tək gözlü olduğunu vurğulaması, bunun, gözlə görülən bir vücud qüsuru olmasındandır. Çünki, bunu, alim, sadə insan və əqli dəlillərə çata bilməyəcək dərəcədəki kimsələr daxil, hər kəs bilər. Dəccal, yaradılışında nöqsanlıq olduğu halda, rəbblik iddiasında olduğuna; ilah isə, əskiklikdən münəzzəh olduğuna görə, onun, yalan danışdığı başa düşüləcəkdir. Muslim'in nəql etdiyi fərqli bir rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bilirsiniz ki, içinizdən heç kim, ölüncəyə qədər, Rəbbini görə bilməyəcəkdir." buyurmuşdur. (Muslim, "Fitən"/95)

Hədis, Dəccal'ın rəbblik iddiasının, yalan olduğuna dair xəbərdarlıq etməkdədir. Çünki, Allah Taala'nı görmək, ölümlə bağlanmışdır. Dəccal, özünün Allah olduğunu iddia etməkdə və bununla bərabər, insanlar, onu görə bilməkdədirlər. Bu hədis, Allahı oyaq ikən gördüyünü iddia edən kimsəyə bir cavabdır. Çünki Allah, belə haldan münəzzəhdir. Bu mühakiməyə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, İsra gecəsi, uca Allahı görmüş olması ilə etiraz edilə bilməz. Çünki bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə məxsus hallardandır. Uca Allah, ona, dünyada belə bir güc vermişdir ki, bunu, möminlər, ancaq axirətdə əldə edə bilərlər.

Read 16 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR