Allah üçün sevmək, nə deməkdir? -1

Ənəs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Kimdə (bu) 3 şey olarsa, imanı'(n şirinliyini) dadmış olar:

• Allahı və Onun elçisini hər şeydən çox sevmək;

• Sevdiyi şəxsi, yalnız Allah üçün sevmək;

• Küfrə dönməyi, atəşə atılmaq qədər pis görmək."

Hədisin keçdiyi digər yerlər:

(Hədis no: 21, 6041, 6941)

-------------------------------

İzahı:

İmanın dadı:

"İmanın dadı" ifadəsilə Buxari, imanın dadının, imanın nəticələrindən olduğunu bildirmək istəmişdir.

Bundan əvvəlki bölmədə, Nəbi (sallallahu aleyhi və səlləm)'i sevməyin imandan olduğunu bildirdikdən sonra, imanın dadına necə varıla biləcəyini ifadə etmişdir.

"İmanın dadı" ifadəsində, taxyil-i istixara (xəyal yolu ilə bir bənzətmə) vardır. Belə ki:

Möminin imana olan rəğbəti, dadlı bir şeyə bənzədilmiş və bu şeyin özəlliklərindən olan dad, ona izafə edilmişdir.

Bu bənzətmə, xəstə və sağlam şəxsə də işarət etməkdədir. Çünki öd kisəsində xəstəlik olan şəxs, balın dadını turş olaraq bilir. Sağlam kimsə isə, balın dadı necədirsə, o şəkildə bilir. Səhhət halı nə ölçüdə aşağı olarsa, balın dadını almaq da, o ölçüdə azalır.

Hədisdəki bu bənzətmə, Buxari'nin isbatlamağa çalışdığı imanın, artması və azalmasını ən açıq şəkildə gücləndirən bir dəlildir.

Şeyx əbu Muhamməd b. əbu Cəmrə belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, "dad" kəliməsini istifadə etməsinin səbəbi, budur:

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ

"Allahın necə məsəl çəkdiyini görmədinmi? Gözəl sözü, kökü (yerdə) sabit olan, budaqları isə, göyə yüksələn gözəl bir ağaca (bənzətdi)." (İbrahim/24) ayətində, Allah imanı, bir ağaca bənzətmişdir. Bu ayətdə yer alan:

• gözəl söz= ixlas kəliməsidir;

• ağac= imanın köküdür;

• budaqları isə= əmrə tabe olmaq, qadağadan çəkinməkdir (yəni möminin əhəmiyyət verdiyi xeyirlərdir)

• meyvəsi isə= ibadətləri işləməkdir

• meyvənin dadı= onun toplanmasıdır. Son hədd, meyvənin tam yetişməsi olub, dadı da bununla ortaya çıxar.

-------------------------------------

Allah və rəsulunu hər şeydən çox sevmək:

Beydavi belə deyir:

"Burdakı sevgidən məqsəd: səlim ağlın tərcih etməyi gərəkdirdiyi şeyi, nəfsin arzusuna zidd olsa belə, tərcih etmək şəklindəki əqli sevgidir. Necə ki, xəstə, təbiəti gərəyi dərmandan xoşlanmaz, nifrət edər. Ancaq ağlı gərəyi, dərmana meyl edər və onu alar.

(Elə də) İnsan, qanun qoyan Allahın əmr etdiyi və qadağan etdiyi şeydə, qəti olaraq dünyada yaxşılıq, axirətdə qurtuluş olduğunu bildiyində, ağıl, bu yönü tərcih etməyi gərəkdirir. İnsan Onun əmrinə itaət edər, arzu və istəklərini Ona tabe qılar. Bundan, əqli olaraq ləzzət duyar. Çünki əqli ləzzət duymaq, kamillik və yaxşılığı, mahiyyəti etibarı ilə idrak etməkdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu hala, "dad" adını vermişdir. Çünki ləzzətlərin ən güclüsü, budur."

Hədisdə yer alan 3 özəlliyin, imanın kamilləşmə əlamətləri sayılmasının səbəbi, budur:

İnsan:

• həqiqi nemət verənin Allah olduğunu;

• Onun xaricində nə (nemət) verən, nə də (bu neməti) əngəlləyən mövcud olduğunu;

• Onun xaricindəkilərin sadəcə vasitə olduğunu;

• Peyğəmbərin, Rəbbin muradını özünə açıqlayan şəxs olduğunu

başa düşdüyündə, bütün varlığı ilə, Ona yönəlməsini gərəkdirir. Artıq Onun sevdiyindən başqasını sevməz, sevdiyi şəxsi də, ancaq Onun üçün sevər.

Allahın vəd və təhdid etdiyi şeylərin bütünü, qəti gerçəklərdir. Bu şəxsə, vəd edilənlərin bütünü, reallaşmış kimi gələr. Zikr məclislərini cənnət baxçaları, küfrə dönməyi isə, atəşə atılmaq kimi görər.

Bu hədisin, Qurandan şahidi də, budur:

قُلْ إِن كَانَ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَ‌ٰنُكُمْ وَأَزْوَ‌ٰجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَ‌ٰلٌ ٱقْتَرَفْتُمُوهَا وَتِجَـٰرَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَـٰكِنُ تَرْضَوْنَهَآ أَحَبَّ إِلَيْكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٍ فِى سَبِيلِهِۦ فَتَرَبَّصُوا۟ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ

"De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha sevimlidirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz." (Tövbə/24)

-----------------------------------

Hədisdən çıxan nəticələr:

Bu hədis, fəzilətlərə bürünməyə, pisliklərdən qurtulmağa işarət etməkdədir. Hədisdə sayılan 3 özəlliyin:

• birincisi: fəzilətlərə bürünməyi;

• sonuncusu da: pisliklərdən qurtulmağı

ifadə etməkdədir.

Allah sevgisi, fərz və məndub olmaq üzərə, 2 qisimdir:

1. Fərz olan sevgi:

Allahın əmirlərinə tabe olmağa, qadağalarından çəkinməyə, qədərinə razı olmağa yönləndirən sevgidir.

Haram qılınmış bir feli etmək və ya bir fərzi tərk etmək surətilə günah işləyən şəxs, öz arzusunu önə aldığı üçün, Allah sevgisindəki qüsuru səbəbilə, günah işləmişdir. Qüsurlu davranmaq, bəzi vaxtlar da, mübahları çoxca işləmək surətilə olur. Bu, insanın Allahın rəhmətinə çoxca güvənərək günah işləməsinə səbəb olacaq, gərəkdirəcək şəkildə qəfləti (Allahdan bixəbər olmağı) doğurur, yaxud da qəflət davam edə-edə, sonunda bu şəxs, günaha düşür.

2. Məndub olan sevgi:

İnsanın nafilələrlə davam etməsini və şübhəli şeylərdən çəkinməsini gərəkdirən sevgidir. Bu sifətə ümumi olaraq sahib olan şəxs, çox nadirdir.

--------------------------------------

Peyğəmbər sevgisi də, eyni şəkildə 2 qisimdir. Bunlar da, peyğəmbər sevgisinə daxildir:

• Əmr və qadağaları, Onun işığından almaq;

• Yalnızca Onun yolunu tutmaq;

• Onun qoyduğu qanunlara razı olmaq, verdiyu hökmdən dolayı içində heç bir sıxıntı hiss etməmək;

• Comərdlik (başqasını tərcih etmək), alçaq könüllülük və başqa sifətlərdə, Onun əxlaqını nümunə almaq.

Kim bu mövzularda nəfsi ilə cihad edərsə, imanın dadını tapmış olar. Möminlərin dərəcələri, bu cihada görə dəyişir.

-----------------------------

Şeyx Muhyiddin belə deyir:

"Bu, böyük bir hədisdir, dinin təməllərindən biridir. İmanın dadından qəsd edilən, ibadətlərdən ləzzət almaq və din uğruna çətinliklərə qatlaşmaqdır. Bunu, dünya mənfəətlərinə tərcih etməkdir. Qulun Allahı sevməsi: Ona itaət etmək və Ona müxalifəti tərk ilə gerçəkləşir. Peyğəmbər sevgisi də, belədir."

-------------------------------

Hədisdə "hər kəsdən" deyil, "hər şeydən çox sevmək" ifadəsi istidadə edilmişdir. Bu, həm insanları, həm də digər varlıqları ehtiva edən bir ifadədir.

-------------------------------

"İnsanı yalnız Allah üçün sevmək" ifadəsi haqqında, Yəhya b. Muaz belə deyir:

"Allah üçün sevməyin həqiqəti, sevginin,

sevilən şəxsin:

• yaxşılığından dolayı artmaması;

• pisliyindən dolayı da azalmamasıdır."

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 2-ci kitab: "İman", 9-cu bab: "İmanın dadı", hədis no:16)

Read 2 times
In order to make a comment, please login or register