Allah üçün sevmək, nə deməkdir? -2

 

Ənəs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Kimdə (bu) 3 şey olarsa, imanı'(n şirinliyini) dadmış olar:

• Allahı və Onun elçisini hər şeydən çox sevmək;

• Sevdiyi şəxsi, yalnız Allah üçün sevmək;

• Küfrə dönməyi, atəşə atılmaq qədər pis görmək."

--------------------

Şərhi:

Bu hədis, İslamın əsaslarından böyük bir əsası dilə gətirməkdədir. Elm adamları (Allahın rəhməti onların üzərlərinə olsun), belə demişlərdir:

İmanın dadı:

• itaətlərdən zövq almaq;

• əziz və cəlil olan Allahın rizası uğrunda çətinliklərə qatlanmaq, bunu, dünya malına tərcih etməkdir.

Qulun, şanı uca olan Rəbbini sevməsi isə, Ona itaət olanları etmək, Ona müxalifəti tərk etməklə olur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i sevmək də, belədir.

Qadı İyad (rahiməhullah) belə deyir:

Bu hədis, daha əvvəl keçən:

"Rəbb olaraq Allaha, din olaraq İslama, rəsul olaraq Muhamməd (sallallahu aleyhi və səlləm)'ə razı olub qəbul edən kimsə, imanın dadını almış olar."

hədisi ilə, eyni mənadadır. Çünki Allahın və rəsulunun həqiqi mənada sevilməsi və Allah və rəsulunu sevməklə bərabər küfrə dönməkdən tiksinmək, ancaq:

• iman ilə yəqini güclənmiş;

• onunla nəfsi rahatlığa qovuşmuş;

• qəlbini genişlədərək ona açılmış;

• ətinə-qanına qarışmış

kimsə üçün ancaq bəhs mövzusu ola bilər. İmanın dadını ala bilən şəxs də, bu kimsədir. Allah üçün sevmək də, Allahı sevməyin meyvələrindəndir.

Bəziləri də belə demişlərdir:

"Onun sevdiyini sevər, sevmədiyini də sevməz."

Bu xüsusda söz söyləmiş olanların ibarələri fərqli olmaqla birlikdə, aralarında ləfz xaricində bir ayrılıq yoxdur.

İcmal etmiş olarsaq, məhəbbətin əsası:

• Sevənin uyğun gördüyü şeylərə meyil göstərmək, onlara meyl etməkdir.

• Digər tərəfdən, meyl göstərmək, bəzən insanın özünün zövq alıb, gözəl gördüyü şeylərə doğru da ola bilər. Surətin, səsin, yeməyin və bənzəri şeylərin gözəlliklərinə meylli olmaq, buna bir nümunədir.

• Bəzən də qul, gizli mənalar dolayısı ilə, ağlıyla ondan zövq alar. Salehləri, alimləri və fəzilət əhli kimsələri, qeydsiz-şərtsiz olaraq sevmək kimi.

İnsanın bu meyli, bəzi hallarda:

• özünə yaxşılıq etməsi, ona gələ biləcək zərərləri və xoşuna gəlməyəcək şeyləri, ondan uzaqlaşdırması səbəbilə də ola bilər.

Bax insanı sevməyi gərəkdirən bütün bu xüsuslar, Nəbi (sallallahu aleyhi və səlləm)'də vardır. Çünki O, həm daxili, həm xarici gözəlliyini bir arada daşıdığı kimi, heybət duymağı gərəkdirən bütün xislətləri və müxtəlif fəzilətləri, ən kamil dərəcədə Özündə toplamış, müsəlmanları doğru yola yönəltmək, nemətlərin davamına, cəhənnəmdən uzaqlaşdırılmalarına vəsilə olmaq surətilə də, bütün müsəlmanlara yaxşılıq etmişdir.

Bəziləri də, bu xüsusların, uca Allah haqqında da təsəvvür ediləcəyinə işarət etmişlərdir. Çünki xeyrin bütünü, şanı uca olan Allahdandır.

Malik və başqaları deyirlər ki:

"Allah üçün sevmək, İslamın gərəyidir."

Qadı İyadın sözləri, burda bitir.

(Nəvəvi, "əl-Minhac", İman kitabı: "Özləri ilə vəsflənən kimsənin, imanı'(n şirinliyini) dadacağı xislətlərin bəyanı babı", hədis no: 163)

Read 12 times
In order to make a comment, please login or register