Allah zaman və məkandan münəzzəhdir.

Her şeyin bâtını (iç üzü), zahirinden daha lâtif, daha şeffaftır. Bu ise, Sâniin (hər şeyi sənətlə yaradan Sənətkar Allahın), o şeyden hariç ve baîd (uzaq) olmamasına delâlet eder.

O şeyin sair eşya ile nizam ve muvazenesinin Sânii tarafından temin edildiği cihetle de, Sâniin o şeyde dahil olmamasını iktiza eder (gərəkdirər).

Öyleyse, bir masnûun (sənətin) zâtına bakılırsa, Sâniin ilim ve hikmeti görünür.

Gayrısıyla birlikte bakılırsa, Sâniin fevkalküll (hər şeyin fövqündə) bir sem’ ve basara (eşitmək və görməyə) mâlik olduğu görünür."

Bu hakikatten anlaşıldı ki, Sâni-i Âlem (aləmin sənətkarı olan Allah), âlemde dahil olmadığı gibi, âlemden hariç de değildir.

İlmi ve kudretiyle her şeyin içinde olduğu gibi, her şeyin fevkindedir. Bir şeyi gördüğü gibi, bütün eşyayı da beraber görür...

(Said Nursi, Mesnevi-i Nuriye, Katre risalesi, s. 54)

--------------------------

Əşyanın bir görünən, bir də görünməyən olmaqla, 2 üzü vardır.

Görünən üzündə, imtahan gərəyi olaraq, zidlər iç-içədir. Məsələn:

Bu üzdə, ölüm də, həyat da vardır. Bununla bərabər, şəfqət və zülüm də görsənir. Allah bu üzdə, çirkin şeylərlə təmasda görünmək istəmədiyi üçün, araya səbəbləri yerləşdirmişdir. Ta ki, üsyanlar, qəzəblər, Allaha deyil, səbəblərə getsin. Hətta Əzrail (əleyhissəlam) da, ölümlə Allah arasında bir pərdədir. Ümumilikdə, insanlar, Allaha deyil, səbəblərə qəzəblənərlər. Allah izzətini, bu yolla muhafizə etmiş olur.

Ancaq əşyanın görünməyən həqiqi üzündə isə, hər şey açıq və parlaqdır. Burda zidlər deyil, İlahi isimlərin gözəl üzləri hökm etməkdədir. Bu səbəbdən, Allah, əşyanın görünməyən üzünə, isimləri ilə yaxındır və təmas halındadır.

------------------------

Allahın aləmdə həm daxil, həm də xaric olması:

Allahın isim və sifətləri, kainatın hər yerində hazır və nazir ikən, Zatı etibarilə də, hər şeydən münəzzəh və müqəddəsdir. Yəni Allah, isim və sifətlərilə kainatın içində ikən, Zatı isə, kainatdan münəzzəh və müqəddəsdir.

Bunu, bir misalla fəhmə yaxınlaşdıraq. Məsələn:

Günəş, istilik və işığı ilə, bizim göz bəbəyimizin içinə qədər girmişdir. Ancaq zatı etibarı ilə, bizdən 1.000.000 km uzaqdır. İndi biz:

"Günəş, vəsflərilə (yəni istlik və işığı ilə) bizim içimizdə ikən, zatı ilə bizim xaricimizdədir."

dediyimizdə, sözümüzü doğru ifadə etmiş olarıq.

Bu misaldan yola çıxaraq, Allahın, isim və sifətlərilə, hər şeyin yanında hazır və nazir ikən, Zatı etibarı ilə də, hər şeydən münəzzəh və müqəddəs olduğunu ifadə etsək, bu söz yerində və gözəldir.

Allahın elm, iradə, qüdrət, səm (eşitmək), basar (görmək) sifətləri, ən içdən xaricinə qədər, kainatın hər tərəfini ehtiva etmişdir. Heç bir varlıq, bu sifətlərdən xaricdə ola bilməz. Allah:

• bir şeyi gördüyü kimi, bütün əşyanı da bərabər görür;

• bir zərrəni bildiyi kimi, bütün kainatı da bilir;

• bir qarışqanı eşitdiyi kimi, bütün canlıları da eşidir;

• bir toz zərrəsini idarə etdiyi kimi, bütün kainatı da idarə edir.

Read 11 times
In order to make a comment, please login or register