Allah zaman və məkandan münəzzəhdir-2
Ustad Nursi, "Mesnevi-i Nuriye" əsərində, məsələni belə izah edir:
Fâtır-ı Hakîm (hər şeyi hikmətlə və bənzərsiz yaradan Allah):
• nihayetsiz derecede uzak olduğu gibi, nihayetsiz derecede yakındır;
• Hem O bâtınların en bâtınında olduğu gibi, fevklerin de en fevkindedir..."
Misal olaraq, öz bədənimizi düşünək:
Qəlbimiz, ciyərlərimiz, mədəmiz, bizim daxilimizdə, içimizdə olduqları kimi, onların da içləri vardır. İçimizdəki bir orqanın daxili, bizim batinimizin batinindədir. Bu orqanlarımızın daxil və xariclərindəki bütün fəaliyyətlər, Allahın elmi və qüdrətilə icra edilməkdədir. Bunlarda bizim heç bir təsirimiz, bəhs mövzusu deyildir və ola da bilməz. O halda, Rəbbimiz, elm və qüdrətilə, bizə, bizdən daha yaxındır.
O elm və qüdrət, batinlərin batinində iş gördüyü kimi, fövqlərin də fövqündə, icraatını davam etdirməkdədir. Məsələn:
• Hava təbəqəsi, bizim;
• Günəş, dünyanın;
• Qalaktikalar, günəş sisteminin
üstündədir. Bu İlahi elm və qüdrət, bu fövqlərin fövqündə də iş görməkdədir.
---------------------------------
"...Hem O hiçbir şeyin dahilinde olmadığı gibi, hiçbir şeyin haricinde de değildir..."
Daxil və xaric kəlimələri, maddi varlıqlar üçün istifadə edilir. Lətif və nurani varlıqlar üçün, daxil və xaricdə olmaq, bəhs mövzusu deyildir. Məsələn:
Bir əsəri yazan şəxsin elmi, o kitabın səhifələrində və mürəkkəbində axtarılmaz, çünki elmi, bunlara daxil deyildir. O elm sifəti, özünü o cümlələrdə göstərməsi cəhətilə də, ondan xaric deyildir.
Və ya insan ruhunun varlığı, bədənin hər fəaliyyətində özünü göstərir, bu yönü ilə, ruh, bədəndən xaric deyildir. Ancaq ruhu, bədənin orqanlarında axtarmaq və tapmaq da, mümkün deyildir. Bu yönü ilə də, ruh, bədənə daxil deyildir.
Eynilə bu misallar kimi, bir ismi "Nur" və bütün isimləri nurani olan Allah Taala da, Zatı ilə heç bir şeyə daxil olmadığı kimi, hər şeyi bilməsi və yaratması və onlarda təsərrüf etməsi yönü ilə də, heç bir şeydən xaric deyildir.
"Allahın yaxınlığı" mövzusunda, bu xüsusun da bildirilməsi gərəkdir:
Allah, maddədən və məkandan münəzzəh olduğu üçün, Ona yaxınlıq, "məsafə" olaraq düşünülə bilməz. Qul, Rəbbini tanımaqda ilərlədikcə, Ona yaxınlaşır, batil inanclara və həqiqətdən uzaq görüşlərə meyl etdikcə də, Ondan uzaqlaşır. Saleh əməl və təqva ilə Rəbbinə yaxınlaşır; günah və üsyanları ilə də, Ondan, yəni Onun rəhmətindən uzaqlaşır.
------------------------------------
"...İstersen, küre-i arzın yüzünde serilmiş olan rahmet eserlerine, arz sahifelerinin dairelerinde yayılmış kudretin mamulâtına bak. Onların satırlarında şu sırrın parladığını göreceksin:
✓ "..İki zerrenin, iki çiçeğin, iki meyvenin veya iki arının Sâniinin, aynı anda, birbirine o iki şey arasındaki uzaklıktan daha uzak iki yerde birden bulunması lâzımdır. Onlardan biri küre-i arzda, diğeri de onun yörüngesinde olsa, o
zaman, aralarına giren o pek büyük mesafe sebebiyle, onların ikisini birden müsavi bir şekilde tam olarak mukabiline alıp görebilmek için, bizzarure, Sâniin onlardan hadsiz derecede uzak olması icab eder.
Bu, zâhir vecih ve mülk canibi itibarıyla böyledir..."
Mamul: "emal edilen şey" deməkdir.
Bir fabrikə girən xam maddələr, fərqli mərhələlərdən keçdikdən sonra, məmulat, yəni emal ediləcək maddə halına gəlir və satışa ərz edilirlər. Bu kəlimə ilə, xəyalamızda:
Kainat, bir fabrik; elementlər, xam maddə; bütün çiçəklər, ağaclar, insanlar, heyvanlar, bu fabrikin məmulatları" olaraq canlanırlar.
İndi isə, Allahın heç bir şeyin içində olmadığı kimi, heç bir şeydən uzaq olmamasını başa düşmək üçün, biri şərqdə, digəri qərbdə olan:
• 2 zərrə;
• 2 çiçək;
• 2 meyvə; və ya
• 2 arı
nəzərə alaq. Bunları yaratmaq və onlarda təsərrüf etmək üçün, Sani (sənətkar) olan Allahın,
-eyni anda, bir-birinə o 2 şey arasındakı uzaqlıqdan daha uzaq 2 yerdə-
birdən mövcud olması lazımdır. Onlardan biri şərqdə, digəri də qərbdə olduğu üçün, aralarına girən o böyük məsafə səbəbilə, onların hər ikisini birdən eyni bir şəkildə tam olaraq görə bilmək üçün, Sani olan Allahın, zəruri olaraq, onlardan hədsiz dərəcədə uzaq olması, lazım gəlir.
Bu misal, Allahın heç bir şeyin daxilində olmaması cəhəti ilədir.
--------------------------------
✓ "...Bâtın vecih ve melekût cihetine gelince:
Onları keyfiyetsiz olarak, cûd-u mutlakla beraber kemâl-i suhûlet ve sür’atle icad ve itkan-ı mutlak ile, müsavi bir şekilde mukabiline almak için, Sâniinin onlara nihayetsiz derecede yakın olması lâzımdır..."
Hər bir canlı və cansız nəsnənin zahiri yönü olduğu kimi, mələkut və ya batini yönü də vardır. Mələkut, bir şeyin əsl idarə yönü, İlahi təsərrüfün daha çox göründüyü cəhətdir. İnsan bədəninin zahirindəki sənət ilə batinindəki sənətlər qarşılaşdırıldığında, zahirindəki sənət, batinindəki sənətdən çox geri qalmaqdadır. Qanın bədəndə hərəkət sistemi, hüceyrələrin sümük, sinir və beyin hüceyrələri kimi fərqli siniflərə ayrılaraq icad edilmələri, bədənin içindəki, daxilindəki sənətin qeyr-i adi bir səviyyədə olduğunu göstərir.
Gözlə alınan görüntünün beynə ötürülməsi, beyindəki yaddaş arxivindən o görüntünün tanınması, sevilən bir şəxsdirsə, sevgiyə dair hormonların ifraz edilməsi; düşmən biridirsə, qorxuya dair hormonların ifraz edilməsi və buna görə davranılması, hər biri, ayrı-ayırlıqda bir sənət əsəridir. Gözdəki mexanizm- optika elminə; tanıma mexanizmi ilə epistemologiya və arxiv elminə; hissi reaksiylar verməklə biologiya və psixologiya elmlərinə dair texniki elm/məlumat və ustalıq gərəkdirir.
Bu çərçivədə, gözün, görmək, tanımaq, hormonal ifraz, davranış müəyyənləşdirmək mexanizmi, canlının batinində, daxilində, canlı nəsnənin kontrolu xaricində bir iradə, sənət və icad fəaliyyətinin işlədiyini göstərir.
Cansızlarda da, hər nəsnənin atomlardan meydana gəlməsi, atomların çəyirdəkləri ətrafında elektronların mütəmadi bir fəaliyyətlə hərəkət etməsi, cansız bir nəsnənin öz başına hərəkət edə bilməsinin fizika elminə görə, imkansız olması ilə bərabər, bütün elektronların cansızlığı içində fəal bir hal göstərir ki, bütün elektronları şəxsən hərəkət etdirən, bu şəkildə atomu icad edən və ayaqda tutan bir iradə, elm və qüdrət, özünü elektron sayısınca göstərməkdədir.
Cansız nəsnələrin hər birinin ətrafa yaydığı fərqli bir frekans sahibi olmaları; içlərinin rənginin, xariclərindən çox fərqli olması; atom və elektronlardan meydana gəlib onların fəal olmaları kimi xüsuslar, onların batinlərinin icadında Sanilərinin, onlara sonsuz dərəcədə yaxın olmasını gərəkdirir.
Ayrıca, yer üzünün hər tərəfində çox sayda daş, çox sayda quş olmaqla bərabər, hər bir daş və quşun bu sonsuz comərdliklə icadı içində, hər birinin itqan üzərə olması (yəni qiymətli və sənətli olaraq yaradılması) göstərir ki, Cəlal sahibi sənətkar olan Allah, hər bir şeyə şəxsən diqqət və əhəmiyyət verməkdə, onları, Özünə xas bir sənət ilə icad və ihya etməkdədir.
Sonsuz comərdlik və bolluq ilə sənətdəki bu itqan həqiqəti, bir-birinə ziddir. Çünki bir şey bol yaradılarsa, ona diqqət və əhəmiyyət azalmaqdadır. Məsələn, əl işi bir xalça ilə, fabrik xalısı bir deyildir. Birincisində əmək, etina, ehtimam və diqqət vardır. Fabrik xalçası isə, əl işi xalça ilə, eyni keyfiyyətdə deyildir.
Sənət, etina və ehtimam istəməkdədir. Etina və ehtimam isə, zaman və diqqət ayırmağı gərəkdirməkdədir. Burda, İlahi bir icadın digər bir yönü görünməkdədir:
Sonsuz sürətlilik və sonsuz asanlıq...
Bir feli sonsuz asanlıq ilə yaratmaq, sonsuz qüdrət və elm gərəkdirməkdədir. Sonsuz sürət isə, sonsuz dərəcədə hər şeyə hakimiyyət gərəkdirir.
Bu çərçivədən baxacaq olarsaq, bahar mövsümündə, yer üzündə açılan katrilyonlarla çiçəyin:
• çox qısa bir müddət ərzində açmaları;
• hər birinin özəl bir sənət olması;
• estetik keyfiyyəti;
• digərlərindən fərqliliyi;
• çox sayda olması; və
• çox asanlıqla yaradılmasına
bərabər baxdığımızda, Cəlal sahibi Sənətkar olan Allahın hər şeyə birə bir yönələn, onu şəxsən batinindən icad və ihya edən bir yaxınlıqla ona yaxın olması, açıqca müşahidə edilir.
-----------------------------------
"...Bu ise, merkezin yakınlığı gibi değildir; çünkü mütedahil dairelerdeki noktaların merkeze nisbetleri farklı olur. Halbuki, mahlûkatın, herşeyi itkan-ı san’atla yaratan ve yarattığını da en güzel bir surette yapan Mûcide nisbetinde hiçbir farklılık yoktur..."
İlahi yaxınlıq, iç-içə olan dairələrin mərkəz nöqtəsinin, onu əhatə edən dairələrə fərqli uzaqlıqda olması kimi deyildir. Bu halda, uzaqlıq və yaxınlıq, fərqlilik göstərir.
Eyni anda, hər şeydə görünən eyni sənət feli isə, Allahın hər şeyə məsafəsizlik içində sonsuz dərəcədə yaxın olduğunu göstərir. Sənətin hər şeyi sürətli bir şəkildə icad etməsi isə, Allahın hər şeyə sonsuz dərəcədə hakim olmasını göstərir.
İnsan batini cəhəti etibarı ilə qəlbində, mütləq yoxsulluq, mütləq acizlik, mükəmməllik eşqi, saysız-hesabsız hüzünlər, kədərlər, qayğılar, əzəliyyətə uzanacaq bir həsrət daşımaqdadır.
Ağlında saysız-hesabsız maraqlar, axtarışlar, bilmək arzusu, fərq etmə həyəcanı, kəskin bir yaddaş gücü, güclü bir xatırlama mexanizmi mövcuddur.
Nəfsi, mənliyi, vicdanı, xəyalı kimi saysız-hesabsız sənətli yönü ilə, insanlarda İlahi sənət özünü daha çox göstərir.
Bu mənada, insanın mələkut və batin yönü, tam mənası ilə, insanın şüurunun fövqündə sənətli yaradılışı ilə, İlahi iradəni, Allahın icadı ilə ona yaxınlığını bildirir.
Milyardlarla insanın heç birinin öz ürək döyüntülərini kontrol edə bilməməsi; ürək döyüntüləri ilə, bədənin müvazinətinin təmin edilməsi; bununla da bədənində yeni hüceyrələrin icadı; qanın kirli maddələrdən təmizlənməsi, sabit həqiqətlərdir.
Eyni halın, quruda yaşayan milyardlarla heyvanlarda; dənizdəki balıqlarda; havadakı quşlarda da mövcud olması, Sani olan Allahın, hər şeyi, şəxsən əlində tutmasını və onlara, özlərindən daha yaxın olmasını göstərir.
-----------------------------------
"Evet, bu sır (Allahın hər şeydən uzaq olduğu halda, hər şeyə, hər şeydən daha yaxın olması):
• vücub ve tecerrüd dairesinin hasaisinden;
• ıtlakın hasiyetlerinden;
• vahdet içinde ehadiyet tecellîsinin hususiyetlerinden; ve
• aslî fâil ile zıllî münfâilin mahiyetleri arasındaki mübayenetin levazımındandır..."
Bu maddələri , tək-tək açıqlayaq:
• vücub ve tecerrüd dairesinin hasaisinden...
Ustad Nursi, Allahın hər şeydən uzaq olduğu halda, hər şeyə, hər şeydən daha yaxın olmasının ilk qaynağını, vaciblik və təcərrüd üzərindən verməkdədir.
"Vücub dairəsi": Allahın Zatı, sifətləri, felləri və isimlərindən ibarətdir.
"Vacib vücud", qısaca belə tərif edilməkdədir:
Varlığı Zatından; əzəli və əbədi; mövcud olmaması muhal (imkansız).
Bütün məxluqların varlıqları isə, mümkin qrupuna girməkdədir. Mümkin'in tərifi də, belədir:
Varlığı zatından olmayan; Allahın yaratması ilə var olan; mövcud olub-olmaması bərabər; hadis və fani (yəni sonradan meydana gələn və bir müddət sonra, varlığı sonlanan).
Bu cümlə ilə, Allahın, əşyaya yaxınlığı və uzaqlığının ən əhəmiyyətli yönü nəzərə verilməkdədir. Yəni:
Allahın varlığı vacibdir; mümkin varlıqlar isə, mahiyyət olaraq, O vacib varlıq olan Allahdan uzaqdırlar; Ona heç bir cəhətdə bənzəməzlər.
O Vacibu'l-Vücud olan Allah isə, yaratdığı və bütün ehtiyaclarını mütəmadi olaraq yerinə gətirdiyi mümkin varlıqlara, onların nəfslərindən (yəni özlərindən) daha yaxındır.
-------------------------------
"Təcərrüd":
Bir ismi "Nur" olan Allahın Zatı kimi, bütün sifətlərinin də maddədən mücərrəd olduğunu ifadə edir. Bu mücərrəd sifətlər, hər şeyin daxilini və xaricini, əvvəlini və sonrasını birlikdə əhatə etməkdədirlər. Bu cəhətlə də, hər şeyə, hər şeydən daha yaxın olurlar.
-----------------------------
• "İtlaq":
"Qeyd altına girməmək", deməkdir. Allahın bütün sifətləri, mütləqdir. Yəni o sifətlərin icraatını əngəlləyəcək başqa sifətlər düşünülə bilməz. Digər varlıqların zatları mümkin olduğu kimi, sifətləri də məhdud və muqayyəddir (qeyd altındadır). Bu yönlərilə, məxluqların sifətləri, İlahi sifətlərdən, sonsuz dərəcədə uzaqdır; yəni onlara heç bir cəhətlə bənzəməz.
------------------------
• "...vahdet içinde ehadiyet tecellîsinin hususiyetlerinden..."
Allahın isim və sifətlərinin, 2 təcəlli məhəlli vardır:
✓ Biri: Kainatın bütünü üzərində böyük və əzəmətli təcəlliyatı;
✓ Digəri isə: Kainatın hər bir cüzündə (parçasında) və cüzisindəki (fərdindəki) kiçik təcəlliyatı.
Kainatın bütünündə təcəlli edən o isim və sifətlər, çox əzəmətli olmasından dolayı, oxunması və əhatə edilməsi, hər kəsə müyəssər olmamaqdadır. Onun üçün Allah, o kainatın ümumundakı əzəmətli olan təcəlli yazısını, hər kəsin rahat və asanlıqla oxuya biləcəyi səviyyələrə endirir.
✓ Vahidiyyət: Kainatın ümumunda, əzəmət ilə təcəlli edən isim və sifətlərini deyilir. Bu etibarla, vahidiyyət, külli və ümumi bir təcəllidir.
✓ Əhadiyyət: Kainatın kiçik bir modeli hökmündə olan cüzündəki təcəllisinə deyilir. Bu etibarla, əhadiyyət, cüzi və xüsusi təcəllidir.
Bu həqiqətə, belə bir təmsil ilə baxa bilərik:
Məsələn, böyük bir dənizin üstünə, dənizi əhatə edəcək qədər böyük hərflərlə, tövhid kəliməsi yazılsa, bu yazını oxuya bilmək üçün, dənizi bütünü ilə görə biləcəyimiz bir mövqeyə çıxmaq lazımdır.
Ancaq buna hər kəs güc çatdıra bilmədiyi üçün, o yazını yazan şəxs, eyni mənanı və şəkli ifadə edən o yazını, dənizin hər damlası üzərinə də yazmaqdadır.
Beləcə, hər nəzər sahibi, o dənizin ümumu üstündəki yazını, damlalar vasitəsilə oxuya, sonra o dənizin üstündəki həşmətli yazıya keçə bilər. Yoxsa damla olmasa, o yazını bütünü ilə oxumaq, mümkin deyildir.
İndi isə, təmsildən həqiqətə keçək:
Təmsildəki, dəniz, kainatdır. O yazı isə, Allahın isim və sifətlərinin təcəlliləridir. Damla və üstündəki eyni yazı isə, kainatın ümumundakı o təcəllilərin, cüzlərdəki təcəlliləridir.
Dəniz, Allahın vahidiyyətini;
Damla isə, Allahın əhadiyyətini
təmsil edir. Bütün bitkilər və ya ümum çiçəklər, vahidiyyəti göstərir. Kiçik və tək bir çiçək isə, əhadiyyəti göstərir.
Vahidiyyət: Allahın əzəmət və kibriyasını təmsil edir;
Əhadiyyət: Allahın camal və şəfqətini.
Vahidiyyətin əhadiyyət içərisində görünməsi, bu mənadadır. Yəni kainatın ümumundakı əzəmətli və böyük yazı, mütəvazi və oxunaqlı bir şəkildə kiçik bir parçasında və cüzündə də mövcuddur.
Xülasə, Allah vahidiyyətilə hər bir şeydən uzaq olduğu kimi, əhadiyyəti ilə də, hər şeyə daha yaxındır.
-----------------------------
• "fâil-i aslînin münfail-i zıllîye karşı mübayenet-i mahiyetinin levazımından sudûr edebilir.
Şimdi bu hakikata bir misal getirelim: Meselâ:
وَلِلّٰهِ الْمَثَلُ الْاَعْلَي
nasılki güneşin zatı, aynalar ve çiçeklerdeki timsallerine hadsiz bir yakınlığı vardır. Çünkü onun zatı, o timsallerin kayyumudur. Ve hem onların en yakınları ve bitişik komşularından bile, belki hatta onların nefislerinden dahi daha ziyade onlara yakındır.
Hem aynı zamanda, güneşin o gölge mesabesindeki aynalardan hadsiz derece bir uzaklığı da vardır. Zira senin aynanda olan zıll ile, asıl arasındaki mesafelerin kat'ı, ne müyesser olur, ne de mümkün olabilir..."
Fail-i asli:
"Fellərin həqiqi sahibi" deməkdir. Məsələn:
Ruzi vermək felinin sahibi, Rəzzaq olan Allahdır. Ruziyə səbəb və vəsilə olan ağaclar, bahar, yağış kimi, meyvə baxçalarında iş görən insanlar da, həqiqi ruzi verici deyildirlər. Aralarında kölgə ilə əsl arasındakı fərq qədər fərq vardır. Yəni bu səbəblər, Rəzzaq olmaqdan sonsuz dərəcədə uzaqdırlar.
Münfail:
"Feli qəbul edən" deməkdir.
Zıl:
"Kölgə" deməkdir. Günəşin aynadakı təcəllisinə, "kölgə" deyilməsi, məcazi mənadadır və bu mənaya gəlməkdədir:
Günəşin öz işığı ilə aynadakı işıq arasındakı fərq, kölgə ilə əsl arasındakı fərq qədər böyükdür. Bu kölgə məsabəsində olan işıq, əsl işıqdan, mahiyyət olaraq o dərəcə uzaqdır.
Ustad Nursi, bu həqiqətə belə bir misal verir:
Ayna, münfaildir. Yəni, günəşin işıq vermə felini qəbul etmişdir. Günəş, onlar üzərindəki işığı, istiliyi və s. ilə onlara özlərindən daha yaxındır. Ayna isə, işığın həqiqi sahibi deyildir. Yəni aynaya: "işıq sahibi" deyilə bilməz.
Eynilə bütün varlıqlar da, İlahi felləri qəbul etmişlərdir, yəni bu fellər, onlarda icra edilmişdir. Bu cəhətilə, Allah, onlara, özlərindən daha yaxındır. Bundan əlavə bir təsirləri isə, yoxdur.
- Əvvəl və Axir isimlərinin şərhi
- "Allah, insanı, Rahmən surətində yaratmışdır." hədisini izah edərsinizmi?
- Hədid surəsi 3-cü ayətin təfsiri
- İlham-7
- Ənfal surəsi 17-ci ayətin təfsiri haqqında məlumat verərsinizmi?
- Bəqərə surəsi 219-cu ayətin təfsiri haqqında məlumat verərsinizmi?
- İçki haqqında məlumat verərsinizmi?
- Qumar haqqında məlumat verərsinizmi?
- Əttəhiyyətu
- İman, İslam və İhsan hədisinin izahı