Allah zaman və məkandan münəzzəhdir və Ərşi su üzərindədir ayətinin təfsiri

Əbu Rəzin (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, O, belə demişdir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:

"-Ey Allahın rəsulu! Rəbbimiz məxluqatı yaratmadan əvvəl harda idi?" diyə soruşdum. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Rəbbimiz, nə altında, nə də üstündə hava olmayan bir bulud'da idi. Orda heç bir məxluq yox idi. Rəbbimizin ərşi, su üzərindədir." buyurdu."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Cehmiyyə'nin inkar etdiyi şeylərin bəyanı babı", hədis no: 182)

-----------------------

İzahı:

İmam Sindi və "Miftahu'l-Hacə bi şərh-i Sünən-i ibn-i Macə" müəllifi imam Muhamməd b. Abdullah əl-Hindi'nin bəyanlarına görə, alimlərin çoxunun:

• bu hədisin sifət hədislərindən olduğunu;

• ona inandıqlarını, lakin mənasını bilmədiklərini; və

• həll işini bilənlərə buraxdıqlarını söyləmişlərdir.

Sindi, hədisin təvillərini verən alimlərin görüşlərini belə bəyan edir:

1. Bəzi alimlər, ravinin:

"Rəbbimiz harda idi?" sualında bir muzafın təqdiri ilə (*):

'Rəbbimizin ərşi harda idi?' şəklində açıqlamışlardır.

Bu təqdirdə, ravinin sualındakı "məxluqat" məfhumundan "ərş" müstəsna tutulur.

Bu təvilə görə, hədisin müşkül bir yönü qalmır. Çünki sual və cavab ərşə aid olmuş olur.

(* Muzafın təqdiri:

Muzaf: Bir-birinin mənasını tamamlamaq üzərə iki isim yan-yana gətirilərək, qurulan tərkibdir. )

2. Digər bir qisim alimlər də, ravinin sözünü təvil etmirlər. Amma Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in verdiyi cavabı belə açıqlayırlar:

"Hədisdə keçən 'ama' bulud deməkdir. Bulud da bir məxluqdur. Sual sahibi:

'Heç bir məxluq yox ikən, Rəbbimiz harda idi?'

diyə soruşduğuna görə, ona verilən cavabda:

'Heç bir məxluq yox ikən, Rəbbimiz bir məxluq olan bulud içində idi.'

diyə cavab verilməsinin nöqsanlığı açıqdır. O halda:

'Rəbbimiz buludda idi.' cümləsi:

'Rəbbimizin bərabərində heç bir şey yox idi.' diyə açıqlanır."

Verilən cavabların nəticəsi budur:

Allah üçün nə məxluqatı yaratdıqdan sonra, nə də əvvəl, məkan və yer yoxdur. Hələ məxluqatı yaratmamışdan əvvəl məkan məfhumu yox ikən, Rəbbimiz üçün necə məkan düşünülə bilər?!

"Mifatahu'l-Hacə bi şərh-i Sünən-i ibn-i Macə" müəllifi belə deyir:

Hədis mətnində keçən:

"Nə altında, nə də üstündə hava var." təbiri, Allah üçün, haşa, bir məkan halının xatirə gəlməməsi üçün istifadə edilmişdir. Çünki bildiyimiz mənadakı buludun, bir yer olmadan var olması imkansızdır. (Sonra üstündə və altında havanın olmaması da düşünülə bilməz.)

Ravinin sualı məkana aid olduğu üçün, cavab da məkan ilə verilmiş olur.

Yəni əgər bu tərif edilən tərzdə bir məkan varsa, bax, Rəbbimiz o məkanda idi. Belə bir buludun, həm də bütün məxluqat yaratılmadan əvvəl, əslində məxluq olan bir buludun var olması, mümkün olmadığına görə, demək ki, Allah üçün bir məkan düşünülə bilməz.

-------------------

"Ərşi su üzərində idi..."

Hədisin bu ifadəsi, Hud surəsi 7-ci ayətdə də ifadə edilməkdədir. Allah (subhənəhu və taala) belə buyurur:

...وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ...

"Ərşi su üzərində ikən..."

Ayətin təfsirinə nəzər salaq:

• İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran" təfsirində, ayətə dair bu görüşləri nəql etmişdir:

"Ərşi su üstündə ikən..." buyuruğunda, uca Allah, suyun yaradılışının, yerin və səmanın yardılışından əvvəl olduğunu bəyan etməkdədir.

Ka'b b. əl-Axbar belə deyir:

"Allah, yaşıl bir yaqut yaratdı və heybətilə ona nəzər etdi. Uca Allahın qorxusundan titrəyən bu yaqut, suya çevrildi.

Bax -hərəkətsiz belə olsa- bu günə qədər suyun titrəməsinin səbəbi budur. Daha sonra uca Allah, küləyi yaratdı və suyu da küləyin üzərinə yerləşdirdi. Arxasından da, ərşi, suyun üzərinə qoydu."

Səid b. Cubeyr'in, ibn Abbas'dan nəql etdiyinə görə, ona uca Allah'ın:

"Ərşi su üzərində ikən..." buyuruğu haqqında danışılarkən, belə sual verildi:

"Bəs yaxşı, su, nəyin üzərində idi?"

İbn Abbas belə cavab verdi:

"Su da, küləyin üzərində idi."

-------------------

• İmam Fəxrəddin ər-Razi "Təfsiru'l-Kəbir"də belə deyir:

Əbu Bəkr əl-Əsamm da belə deməkdədir:

"Allahın bu ifadəsinin mənası, ərəblərin eynilə:

'Səma, yer üzərindədir.' deməklərinə bənzəyir. Bu söz, onlardan birinin digərinə bitişik olduğunu bildirmək üçün söylənmiş deyildir."

Hadisə necə olursa olsun, bu, ərş və suyun, göylər və yer yaradılmadan əvvəl mövcud olduğuna dəlalət edir. Mötəzilə belə deməkdir:

"Ayətdə ərş və suyun yaradılmadan əvvəl mələklərin varlığına dair bir dəlalət mövcuddur. Çünki ərş və sudan heç kim faydalanmadan əvvəl, bunların yaradılması məntiqə uyğun olmaz. Çünki Allah Taala, ərş və suyu yaradarkən, onları ya bir fayda üçün yaratmışdır və ya bir fayda bəhs mövzusu olmadan yaratmışdır.

İkinci ehtimal, mənasızdır. Bundan dolayı, geriyə birinci ehtimal qalır ki, bu da, Allahın onları, bir faydadan dolayı yaratmış olmasıdır. O fayda da, ya Allaha yönəlikdir, ki, bu, imkansızdır, çünki Allah Taala, fayda və zərərdən münəzzəh və ucadır. Və yaxud da bu fayda, başqasına yönəlikdir. Bunu qəbul edən hər kəs, o canlının mələklər cinsindən olduğunu söyləyər."

Əbu Muslim əl-İsfəhani'yə gəlincə, o:

"Allahın ərşi su üstündə idi." buyuruğunun mənası:

"Allahın göyləri bina etməsi, suyun üzərinə olmuşdur." şəklindədir.

Yenə Allah Taala, göyləri su üzərinə bina etdiyi zaman, bunun çox bənzərsiz və heyranlıq oyandırıcı olduğunu bəyan etmiş olur. Çünki xəfif bir tikili belə, sərt və sağlam bir zəmin üzərinə qurulmadığı zaman, ayaqda dayana bilməz. O halda bu böyük şey, su üzərində qurulduğu zaman, artıq hal necə olar?!

Burda bir neçə sual meydana çıxır:

Ərşin su üzərində olmasının hikməti:

• Birinci sual:

"Ərşin, göylər və yer üzü yaradılmadan əvvəl su üzərində olduğunun bildirilməsindəki fayda nədir?"

Cavab:

Bunda bir neçə cəhətdən, Allahın qüdrətinin çox mükəmməl olduğuna bir dəlalət mövcuddur:

a) Ərş, göylərdən və yerdən daha böyük olmasına rəğmən, su üzərində durmaqdadır. Bundan dolayı, əgər Allah Taala, ağır olan şeyi sütunsuz olaraq tutmağa qadir olmasaydı, bunu etməsi mümkün olmazdı.

b) Allah Taala, suyu, hər hansı bir şey üzərində olmadan tutmuşdur. Əks halda, aləmin qisimlərinin sonsuz olması gərəkərdi ki, bu da bizim bəhs etmiş olduğumuza dəlalət edər.

c) Allah Taala, yaradılanların ən böyüyü olan ərşi, altında bir sütun, üstündə bir bağı olmadan 7 qat göyün üzərində tutmuşdur ki, bu da yenə bizim bəhs etdiyimizə dəlalət edər.

----------------------

• Ustad Said Nursi'nin görüşü:

Ustad Nursi (rahiməhullah) isə, ayətdəki "su"dan məqsədin: "eser maddəsi" olduğunu bəyan etmişdir:

"...Fennen (elmi) ve hikmeten (hikmət olaraq) sabittir ki, bu haddi yok feza-yı âlem (sonu olmayan kosmos, fəza), nihayetsiz bir boşluk değil, belki "esir" dedikleri madde ile doludur.

...Fennen (elmi) ve aklen (əqli olaraq), belki müşahedeten (müşahidə ilə) sabittir ki:

• ecrâm-ı ulviyenin câzibe ve dâfia (göy cisimlərinin cazibə və itələmə) gibi kanunlarının rabıtası; ve

• ziya ve hararet ve elektrik gibi maddelerdeki kuvvetlerin nâşiri ve nâkili (yayıcı və nəql edicisi), o fezayı dolduran bir madde mevcuttur." (Haşiyə)

(Haşiyə:

Elmi olaraq və bütün mövcud olan şeylərin hikmətli yaradılışı gərəyi, deyə bilərik ki, bu sonu olmayan kosmos və fəzanın sonsuz bir boşluq olmadığı sabitdir. Bəlkə də "eser" dedikləri maddə ilə doludur...

...Elmi və əqli olaraq, bəlkə də müşahidə ilə sabitdir ki:

• Göy cisimlərinin cazibə və itələmə kimi qanunlarının, birbirilərilə aralarındakı rabitə və əlaqəsi; və

• İşıq, hərarət və elektrik kimi maddələrdəki güclərin yayıcı və nəql edicisi, o fəzanı dolduran bir maddə, (aləmdə) mövcuddur...

(Said Nursi, Lemalar, 12. Lema, s. 68)

-------------------

"...Madde-i esîriye (eser maddəsi), mevcudata (mövcud olan şeylərə) nazaran akıcı bir su gibi mevcudatın (mövcud olan şeylərin) aralarına nüfuz etmiş bir maddedir.

...وَكَانَ عَرْشُهُ عَلَى الْمَۤاءِ...

"...Ərşi su üzərində ikən..." (Hud/7)

âyeti, şu madde-i esîriyeye (eser maddəsinə) işarettir ki, Cenâb-ı Hakkın arşı (Allahın ərşi), su hükmünde olan şu esîr maddesi üzerinde imiş. Esîr maddesi yaratıldıktan sonra, Sâniin (Sənətkar olan Allahın) ilk icadlarının tecellîsine merkez olmuştur. Yani esîri halk ettikten (yarattıqdan) sonra, cevâhir-i ferde kalb etmiştir (atomlara çevirmişdir). Sonra bir kısmını kesif kılmıştır (qatılaşdırmış) ve bu kesif (qatı) kısımdan, meskûn olmak üzere yedi küre yaratmıştır. Arz (yer kürəsi), bunlardandır." (Haşiyə)

(Haşiyə:

"Eser maddə"si, digər mövcud olan şeylərə nəzərən, axıcı bir su kimi əşyaların arasına yayılmış bir maddədir.

"Ərşi su üzərində ikən..." ayəti, bu "eser maddəsi"nə işarətdir ki, Allahın ərşi, su hökmündə olan bu "eser maddə"si üzərində idi. Bu maddə yaradıldıqdan sonra, o, Allahın ilk icadlarının təcəlli etdiyi mərkəz olmuşdur.

Yəni "eser maddəsi"ni yaratdıqdan sonra atomlara çevirmiş, sonra bu atomların bir qismini qatılaşdırmış və bu qatı qisimdən də, üzərində yerləşmək üzərə, 7 kürə yaratmışdır. Bizim yer kürəsi də, bunlardandır..."

(Said Nursi, İşaratu'l-İ'caz, s. 164)

--------------

"Eser maddə"si nədir:

İnsan oğlu var olduğundan bu günə qədər, içində yaşadığı kainatın qüsursuz işləməsi və qeyri-adi intizamı qarşısında maraqlı gözlərlə ətrafını seyr etmiş və ətrafında baş verənləri anlamağa çalışmışdır. Hələ başını qaldırdığında, gündüzlər göy üzünün o çəkici maviliyi, gecələr, qaranlığı aydınlandıran göydəki əsrarəngiz cisimlərin intizamlı duruşları qarşısında, sanki özündən keçirmiş kimi bunları seyr etmişdir...

İlk insanlar göy üzünü heyrətlə seyr edərkən düşünməyə başlamışdı:

"Görəsən, göy üzündəki maviliyi və gecə qaranlıq hakim olduğunda isə, ətrafı aydınlandıran bu şeylər nədir? Bəs yaxşı necə olur ki, onlar, bu boşluqda başımıza düşmədən qala bilirlər? Yoxsa yuxarıda, səmada, bu boşluğu dolduran bir şey mi mövcuddur?"

Tarix boyunca, insan oğlu, öz elmini mütəmadiyən artırmış və artırmaqdadır. Xüsusilə, elmi metodların meydana gətirilməsində, orta əsrlər İslam alimlərinin böyük qatqısı olmuşdur. Ordakı inkişafların Avropa dünyasına nəql edilməsilə, xüsusilə də Qaliley və Nyuton tərəfindən, təbiətdəki qeyri-adi ahəngin müəyyən qanunlara, formullara dayandığının müəyyənləşdirilməsi və bunlar üzərinə gətirilən izahlar, elm tarixinin dönüş nöqtələrindən biri olmuşdu. Elm adamları, təcrübə və müşahidə işığında fikir yürüdür və kainatın sirlərini həll etməyə başlamışdılar...

Maddə və eser:

Kainatın sirləri bir bir çözülməyə başlamış, ancaq kainatda maddə ilə boşluq arasında mövcud olması lazım olan bir "öz"ün əksikliyi isə, özünü biruzə verirdi. Həqiqətən də, maddələr dünyası olaraq bildiyimiz kainat içində, fəza boşluğunun, tam bir boşluqdan ibarət ola biləcəyi, çox da əqlə uyğun bir düşüncə deyildi.

Ümumi cazibə, elektrik və maqnit kimi qüvvələrin kəşf edilməsindən sonra, fəzanın 2 fərqli nöqtəsində mövcud olan 2 cisim arasında cərəyan edən: "əşyaların bir birindən təsirlənmələrin"in necə daşındığı və ya nəql edildiyi sualı, gündəmi mütəmadiyən məşğul edirdi.

Ümumi cazibə qanunu kəşf edən Nyuton, arada heç bir rabitə olmadan, boşluqdakı 2 uzaq cismin bir birilərinə qüvvət tətbiq edə biləcəkləri düşüncəsinin, əqli qabiliyyəti sağlam olan heç kim tərəfindən qəbul edilə bilməyəcəyini söyləyirdi. 2 kütlə arasındakı cəzb etmə müəmmasının həlli, onu, həyatı boyunca məşğul edən təməl problemlərdən biri idi. Bu məqsədlə, o, bütün fəzanın dolduran eser parçacıqlarının rol oynadığı mexaniki bir model qurmağa çalışırdı. Ancaq bu parçacıqların, maddə ilə necə təsir qurduğu və necə bir quruluşa sahib olduğunu anlamaq mümkün olmurdu. Fəzada, boşluq olmayıb, cəzb etmə qüvvələrinin ötürülə bildiyi, elektrik qüvvələrinin daşına bildiyi bir şey, mütləq vardı. Bunun nə olduğuna gəlincə isə, bu, onun durğun, qaz halında bir maddə, yəni hər yerə nüfuz edə bilən "eser maddə"si idi.

Nyuton, "mütləq referans çərçivəsi" dediyi bir problem üzərində durmuşdu. Əgər kainatda tək hərəkətsiz maddə olaraq düşünülən eserin varlığı isbatalana bilsəydi, alimlər, sonunda, Nyutonun axtarmış olduğu sabit referans çərçivəsinə qovuşacaqlardı. Bəs, eser, necə bir təcrübə ilə isbatalana bilərdi?

Michelson-Morley təcrübəsi:

Eserin varlığını müəyyənləşdirmək üçün, təcrübə aparmağı Abraham Michelson öz üzərinə götürmüşdü. Gənc bir fizik olan Michelson, fən sahəsində Nobel alan ilk Amerikalı idi. O, 1880-ci illərdə araşdırmağa tək başına başladı. 1887-ci ildə, onun bu çalışmasına bir kimya professoru olan Edvard Villiams Morley də iştirak etdi.

Görünməz hava içində uçan təyyarədə olan bir pilot, açıq bir kabinə içində olsaydı, şübhəsiz ki, havanı üzündə hiss edəcəkdi. Və ya təyyarəyə bayraq asıla, hava axını dolayısı ilə onun çırpınışı müşahidə edilə bilərdi. 19-cu əsr fizikləri, durğun eser maddəsi içində hərəkət edən dünyanın, içində hərəkət etdiyi düşünülən eser axışını və ya küləyini hərəkətə keçirərək, bənzər bir təsir meydana gətirdiyinə inanırlardı.

2 elm adamına görə, fəzanı dolduran eser maddəsi hərəkətsiz idi. Dünya, kainatı əhatə edən eser içində, sanki su dolu bankadakı bir kiçik dairəyə bənzəyirdi. Necə ki, bu dairələri hərəkət etdirdiyimizdə suda bir dalğalanma meydana gəlirsə, göy cisimlərinin hərəkətlərindən dolayı, eserdə, dalğalanmalar meydana gələcək idi. Bu dalğalanmalardan dolayı, işığın sürətində dəyişmələr baş verəcək idi. Dənizdə üzən bir gəmidə əlimizi dənizə daldırdığımızda, bir axış və təzyiq hiss edirik. Elə də, günəş ətrafındakı orbitində hərəkət edən kürəmiz də, hərəkətsiz eserdə bir axışa səbəb olacaqdı. Bu axıntı isə, dünyanın hərəkəti yönündə göndərilən işığı gecikdirmək şəklində olacaqdır...Bu gecikməni müəyyənləşdirə bilsək, eserin varlığını da, təcrübi olaraq isbatlaya biləcəkdik.

Madam ki, işıq, dalğalarla hərəkət edirdi, bir birinə yapışıq tək bir işıq şüası, bitmə cizgisinə fərqli fazalarda çatacaqlardı. Michelson, hər işıq dalğasının frekansları arasındakı fərqi ölçə bilən və öz kəşfi olan bir cihazı istifadə edərək, işıq şüalarının gediş-gəliş zamanları arasındakı hər hansı bir dəyişməni dayandıra biləcəyini ummuşdu.

Təcrübə sınaqdan keçirildi. "İnterferometr" adlı bir aparatla reallaşdırılan bu təcrübədə, işıq qaynağından çıxan şüalar, 45 dərəcə bucaq altında duran yarı gümüşlənmiş ayna tərəfindən ikiyə ayrıldı. Bu 2 şüadan biri dünyanın hərəkəti yönündə, digəri də bu istiqamətə dik bir yöndə ilərlədi. Dünya, günəş ətrafında 30 km/saat sürətlə yol aldığı üçün, dünyanın hərəkət yönündə göndərilən işığının sürəti 299.970 km/saat olaraq ölçülməsi gərəkirdi. Nəticədə, 2 işıq şüasının sürəti arasında, çox az belə olsa, bir fərq görülmədi. Yəni təcrübənin sonunda gözlənilənlər baş vermədi. Təcrübə, günün fərqli saatlarında, ilin fərqli mövsümlərində təkrarlanırdı. Nəticə isə, dəyişmirdi, işıq sürətində ən kiçik bir fərqlilik belə gözə çarpmırdı.

Təcrübənin nəticəsinə görə, əgər eser maddəsi var idi isə, ya dünya hərəkət etmirdi, ya da eser, dünya ilə birlikdə eyni hərəkəti edirdi. Dünyanın hərəkətindən şübhə edilə bilməyəcəyinə görə, eserin, müəyyən bir planetin hərəkətini izlədiyinə inanmaq da, çox da təmin edici görünmürdü. Michelson-Morley təcrübəsi, bu nəticələr səbəbindən, müvəffəqiyyətsizliyə uğrayan ən məşhur təcrübə olaraq bilinmiş oldu. Michelson, müvəffəqiyyətsizliyi qəbullanmaq istəmir, sadəcə bir yerdə, hər necə olursa olsun, bir şeyin əskik qaldığını düşünürdü. 1931-ci ildə ölümünə yaxın 2 il də, eyni mövzuda çalışmağa davam etdi.

Michelson-Morley təcrübəsinin gözlənməyən nəticəsi, elm adamlarını hərəkətə keçirdi. Lorentz və Fitzgerald, hərəkətli cisimlərin, sürətlərilə doğru mütənasib bir şəkildə boylarının qısaldığını riyazi olaraq göstərdilər. Buna görə, "interferometr" cihazında dünyanın hərəkət yönündə ilərləyən işığın aldığı yolun, qısalması da lazım idi. Bu qısalma hesaba qatıldığında isə, sürətlərin bir birinə bərabər çıxdığı görüldü. Beləcə, eser maddəsi, var olmamaqdan qurtulmuş olurdu. Ancaq bunu praktiki olaraq ortaya qoymaq zərurəti vardı. Çünki büzülmə, bir siğorta vəzifəsi görür kimi, işıq sürətinin dəyişməsinə icazə vermir, sanki kainat, eserin müəyyənləşdirilməsini istəmirdi...

Bu son məsələlər qarşısında, fiziklər, ixtilafa düşmüşdülər. Kimiləri eserin varlığını müdafiə edərkən, kimiləri də, bu eser düşüncəsinin tərk edilməsi gərəkdiyini bildirirdilər. Ancaq fizikanın o günki vəziyyəti ilə eser haqqında doğrunu tapmaq, çox da mümkün görünmürdü.

Gözdən qaçan nöqtələr:

H.C. Dudley, "Science Digest" də nəşr edilən: "Eser: yenidən kəşf edilən beşinci element" başlıqlı məqaləsində, Michelson-Morley təcrübəsində, göz ardı edilən nöqtələri belə dilə gətirirdi:

"Michelson, günəşin, öz ətrafındakı eser içində hərəkət edərkən, dünyanın sürətini ölçməklə məşğul idi. Dünyanın hərəkətinin qarışıqlığı düşünülərək, onun təcrübə təşəbbüsünün bir az saf olduğu görünür. Lakin o zamanlar, sadəcə bir yöndə hərəkət edən dünyanın, başqa bir yöndə hərəkət edən bir günəş sisteminin sadəcə bir parçası olduğunu və günəş sisteminin də bir çox hərəkətli qalaktikanın parçası olduğunu, kimsə bilmirdi. Bir az da əlavə etsək, interferometr təcrübəsində, eser küləyinin, öz cihazı ilə eyni düz bucaq içində hərəkət etməməsi ehtimalını, hesaba qatmamışdı.

Michelson-Morley təcrübəsi, 1900-cü illərdən əvvəllər mövcud olan məhdud klassik mexanizm əsas alınaraq reallaşdırılmışdı. Michelson, öz sezgisində haqlı idi:

gözdən qaçan bir çox nöqtə var idi..."

Bunlardan birinə misal olaraq, dünyanın bir deyil, bir neçə hərəkəti eyni vaxtda etməkdə olduğu idi.

Michelson'dan bu tərəfə, eser mövzusunun, bəzi qruplar tərəfindən təkrar rəğbət qazanması da, diqqətimizi çəkir. Florida Dövlət Universiteti fizika professoru olan (Nobel mükafatçısı) Dirac, yeni bir eser məfhumu təklif edirdi. Dirac, eserin, hər yanı əhatə edən və hərəkəti təsadüfi olan bir elektron dənizi olduğunu ifadə edirdi. 1959-cu ildə bir fransız fiziki olan Victor de Broglie, eserin "lepton"lardan (bir sinif balaca kiçik kütləli, atomdan kiçik parçacıq) və ehtimal ki, neytronlardan (demək olar ki, kütləsiz və yüksüz leptonlar) meydana gəldiyini deyirdi.

Qaranlıq maddə- Qara enerji:

1965-ci illərdən əvvəlki astronomiya anlayışı, böyük ölçüdə dəyişdi və dərs kitabları yenidən yazıldı. 1925-ci illərdə kainatın sadəcə Kəhkəşan'dan ibarət olduğu sanılırdı. Michelson-Morley təcrübəsi, dünyanın sadəcə günəş ətrafındakı sürəti və tək hərəkət etdiyi əsas alınaraq hesablanmışdı. Halbuki teleskopların böyüdülməsilə başa düşüldü ki, dünya bir deyil, bir neçə hərəkəti eyni anda etməkdədir. Tədqiqatlara görə, dünyanın sürətinin, galaktikamızın mərkəzinə görə, saatda 220 km'dir. Bir əhəmiyyətli digər kəşf isə, ulduzlar arası boşluğun, ulduzların və planetlərin daşıdığı kütlədən daha böyük kütləyə sahib olduğunun müəyyənləşdirilməsidir. Qısacası, boş fəza, reallıqda, bir birinə bağlı maqnetik və elektrikli sahələrlə dolu idi. Ulduzların nüvə reaksiyaları və xüsusilə supernova partlayışları, təzahür edən yüksüz və çox kiçik olan neytron fışqırmaları ilə davamlı olaraq bəslənirdi.

Kainat, reallıqda, kainatda olması lazım olan maddənin 10/100-dur. Bu kainat, 90% nə olduğunu bilmədiyimiz, haqqında heç bir fikrimizin olmadığı, "Qaranlıq maddə"dən meydana gəlməkdədir. Bu deməkdir ki, fəza, boş olmayıb, müşahidə edilən maddənin 9 qatı qədər ağırlıqda, görülməyən kütlə ilə dolu olaraq mövcuddur. Görünmədiyindən və bir başa müəyyənləşdirilə bilmədiyindən, qaranlıq ünvanı verilən "itmiş kütlə" ya da "qaranlıq maddə"nin və "qara enerji"nın varlığını gərəkdirən bir çox müşahidələr mövcuddur. Kainatı təcil olaraq genişləndirən təsirin, bu "qara enerji" olduğu bildirilir.

Üzə çıxarılan sirlər, kainatda hakim olan böyük bir gücün varlığını açıq hala gətirir. Əlbətdə saysız-hesabsız göy cisimlərini intizam içində ayaqda tutan bir güc, mütləq vardır. Əlbəttə tərif edilə bilən müəyyən bir məqsədə yönəlik, belə böyük bir gücün sahibsiz olduğunu iddia edəcək kimsə yoxdur. Bütün kainata hakim olan bu qüvvətlə bərabər, ulduzları və qalaktikaları da bir intizam içində saxlayan, balansı qorumaqda "vasitə" bir maddə və enerji olmalıdır. Adına istər "qara enerji" deyək, istərsə də "eser enerjisi" deyək, açıq olan budur ki, belə fövqəladə bir qüvvətin kontrol edilməsi, hər şeyə hakim, mütləq gücə sahib uca bir Varlıq sayəsində mümkün ola bilər. Əlbəttə ki, bu gücün sahibi, dünyanı və bütün kainatı yaradan, gücü mütləq və hər şeyi içinə alan Allahdan başqası olmayacaqdır.

Göz ardı edilən nöqtələr:

Michelson-Morley təcrübəsində göz ardı edilən və hətta ifrata qaçılan nöqtələr vardır ki, onları da bildirmədən keçməyəcəyik. Bunu etiraf edənlərdən biri də, Eynşteyn'dir. O, 1905-ci ildə nəşr etdiyi "Xüsusi Nisbilik Nəzəriyyəsi" ilə bağlı olan məqaləsindən sonra, eserə görə, hərəkətin ölçülə bilməməsinin, eserin var olmadığı üzərindəki görüşlərdə ifrata varıldığını bildirirdi. Hətta 1920-ci ildə Leyden'dəki bir konfransında, eseri qəbul etmədən, fəza-zaman quruluşunu qavramağın mümkün ola bilməyəcəyini, işığın yayılması və ümümi cazibənin də eser mövcud olmadan düşünülə bilməyəcəyinə diqqət çəkmişdi. Eynşteyn, Michelson-Morley təcrübəsi və Nisbilik nəzəriyyəsinin, əslində eserin olmadığın deyil, bizə eserin hərəkətinin fəza və zaman içində izlənə bilməyəcəyini, dolayısı ilə eserə görə tərif edilə bilməyəcəyini və eserin, referans sistemlərinin üstündə bir reallığa sahib olduğunu bildirirdi. Çünki əgər fəza, mütləq boşluqdursa, o vaxt, fəza-zaman necə "əyilib bükülə bilər", "genişlənib büzülə bilərdi"?

Demək ki, fəzanın bu xüsusiyyətlərini ortaya qoyan "Ümumi Nisbilik Nəzəriyyəsi", boş fəzanın (vakum) yoxluq olmayıb, bir cür nəsnə olduğunun isbatı idi.

Eser mövzusundakı fikir qarışıqlarına diqqət çəkən Nobel mükafatçısı (2004-cü il) Frank Vilzcek, Eynşteyn'in, eseri fizikadan silmək belə dursun, əksinə eseri ucaldıb, fiziklərin tədqiqat və çalışmalarında çox mühim bir mövqeyə yüksəltdiyindən söz açır. Bu günki nəzəri fizikanın böyük bir qisminin, xüsusilə də, "String nəzəriyyəsi"nin, adı qoyulmamış bir şəkildə, eserin mahiyyətinin və xüsusiyyətlərinin incələnməsi olduğu söylənə bilər. Əgər məsələ belədirsə, qədim anlayışa görə, beşinci element olan elementlərin də "ana"sı və ya "ata"sı və varlığın əsl ünsürü olaraq, yaxın gələcəkdə özündən ən çox bəhs edilən kosmos maddəsi və reallığı mövqeyinə çıxa bilər.

Eseri maddi dünyada axtaranların yanılması:

Eser maddəsinin bir sirr olaraq qalmasının səbəbi nə idi? Niyə eser mövzusu, təmizlik edərkən xalının altına atılan toz kimi bir kənarda buraxılmaq istənilmişdi:

Amerikalı kvant fiziki Arthur Zojonc "İşıq və şüurun ortaq tarixi" adlı kitabında yer alan ifadələri, bəzi dairələrcə eserə qarşı davam etdirilən mübarizənin iç üzünü ortaya qoymaqdadır əslində:

"Maddi bir eser yoxdur. Bu məfhum, materyalist düşüncənin nəticəsi olaraq ortaya çıxmışdır."

Zojonc'un bu ifadələri də maraqlıdır:

"Əgər işığın bir dalğa olduğunu desək, belə bir sual ağla gəlir:

Bu yayılmanı təmin edən təsir nədir? Misal üçün, su və səs dalğaları, yayılmalar nəticəsində meydana gəlir. Səs və su dalğaları hava ilə ötürülür. Bəs yaxşı, işıq dalğalarının nəqlini təmin edən çevrə (və ya mühit) nədir (və ya hansıdır)? Mənə görə bu sualın cavabı olan çevrə, maddi bir təbiətin içində deyildir.

Niyə bəzi mühitlərdə işıq dalğası, işıq parçacıqları kimi davranır? Bu sual hələ də cavablanmış deyildir. İşıq dalğaları, "cüt yarıq təcrübəsi"ndə, hər biri işıq dalğaları olaraq davranacaqlarını necə bilirlər? Foton'ların bir birilərilə necə münasibət qurduqları ayrı bir müəmma olmağa davam etməkdədir. Bir birinə zidd doğrultuda 2 işıq qaynağını ələ alaq. Bunların birindən çıxan bir foton'un hərəkəti, digər işıq qaynağından çıxan foton'un hərəkətinə təsir edir. Foton'lar, işıq ilə hərəkət etdiklərinə görə, bir birilərilə aralarındakıları münasibətin sürəti, işıq sürətindən böyük olması zəruridir. Amma bir birini necə başa düşürlər? Bu "telepatiya"da vasitə nədir? Daha qəribə tərəfi isə, son araşdırmalarda bəzi xüsusi mühitlərdə, elektro-maqnetik dalğaların, işıq sürətindən daha da sürətli gedə biləcəyinin başa düşülməsidir. Əgər bu nəzəri düşüncə, praktikaya tətbiq edilə bilsə, fizikanın təməl dirəyi olan "Nisbilik qanunu"nun böyük bir sarsıntı içində olacağı deməkdir.

Təbii ki, bütün bunların mühiti eser maddəsidirsə, eserin işıq sürətinin də üstündə bir reallığa sahib olduğunu göstərən işarələr olmaqdadır..."

Eser maddəsi və Ustad Nursi (rahiməhullah):

Elmin, xüsusilə də yeni fizikanın getdikcə maddə üstü ünsürləri öz gündəminə əlavə etməsi və fərqli-fərqli incə texnologiyalar ilə bilinməyən şeylərin sirləri üzərində çox səy göstərməsilə, yaxın gələcəkdə eserlə bağlı daha açıq bir anlayışa yetişəcəyimizi söyləyə bilərik.

Ustad Nursi'nin diqqət çəkdiyi kimi, ruha yaxın bir quruluşda və varlıq mərtəbələri içərisində ən zəif mərtəbə olan "eser"i başa düşülə bilən qılmaq, asan bir məsələ olmasa gərəkdir... Eser, şüarlarla, maqnetik və nüvə qüvvələrilə bildiyimiz mənada, fiziki və kimyəvi hər hansı bir təsirlənməyə girmirsə, spektroskopik cihazların ölçü sahəsi xaricində qalırsa, müşaxxas və təfsilatlı nəticələrə yetişilə bilməyəcəkdir. Qarşımızda kainatın hələ bilmədiyimiz neçə qanunları və həll edilməsi gərəkli olan saysız-hesabsız sirri, öz kəşfini gözləyir.

Aləmin sirlərini Quran işığında kəşf edən Ustad Nursi, eser mühitinin sadəcə varlıqların üzə çıxma və fəaliyyət sahələrilə məhdud qalmadığını, onun "nəql etmə və infial xüsusiyyəti və vəzifəsilə təchiz" edildiyini, İlahi ərşlərdən biri olduğunu bildirir.

Ərş ilə sahə məfhumu arasındakı vəzifə etibarı ilə paralelliyə diqqət edək. Su və torpağın da hər biri, bir ərş olaraq yaradılmışlardır. Yəni varlığın fəaliyyət sahəsi və mühiti... Əlbəttə ki, eser mühitindəki fəaliyyətlər, su və torpaqdakından fərqli olacaqdır. Çünki eser, Allahın ən incə icraatlarındandır. Bundan dolayı, ölçüyə girməyən şeylərin, ruhani və mənəvi varlıqların, yaşama mühiti və fəaliyyət sahəsi olmalıdır. Ustad Nursi'nin diqqət çəkdiyi kimi, hava ünsürünün mənəvi cəbhəsi olan eser, məna və misal (haşiyə) aləmlərinə açılan bir açar olmaqdadır.

(Haşiyə:

Misal aləmi: varlıqların özlərinin deyil, surətlərinin mövcud olduğu aləmdir. Digər bir təriflə, onun yuxuda görülən aləm olduğudur.

O, ruhlar aləmi ilə cisim aləmi arasındakı keçid aləm olaraq da tərif edilmişdir. Digər aləmlərin insanda nümunəsi olduğu kimi, misal aləminin də insanda nümunəsi mövcuddur. Bunun nümunəsi, insandakı xəyal qüvvəsidir. Daha əvvəl getdiyiniz hər hansı bir yeri xəyalımızda canlandırdığımızda, xəyal aləmində, o şəhərin bir misalı təşəkkül edir. Getdiyimiz o yerin əsli şəhadət aləmindən, xəyaldakı şəkli isə, misal aləmindəndir. Bir aynanın qarşısında dayandığımızda 2 şəxs qarşı qarşıya gəlir. Bunlardan biri həqiqi, ikinci isə, misalidir.

Bu misallar işığında deyə bilərik ki, bu gördüyümüz aləmdəki hər şeyin, hər hadisənin bir misalının mövcud olduğu ayrı bir aləm vardır. Və o aləmə, misal aləmi deyilir. Misal aləmi, ruhlar aləmindən daha qatı, bu şəhadət aləmindən isə, daha zərifdir. Bu mahiyyəti ilə, 2 aləm arasındakı bir körpü kimidir.)

Bu səbəblə, mövcud əşyalara nəzərən, axıcı bir su kimi, əşyaların aralarına nüfuz etmiş bir maddə olaraq eser, maddə aləmini məna aləminə bağlayan, həm bu aləmə, həm də digər aləmlərə bənzəyən, ikisinin ortasında bir quruluşa sahib olacaqdır.

Hələ eser mövzusunda elmi və açıq nəticələrə yetişilmədiyi halda, "eser maddəsi" ilə bağlı yayğın və qədim inancın qaynağı nə ola bilər?

Qənaətimizə görə, bu inancın təməlində, eserin, vəhy qaynaqlı bir reallığa sahib olmasıdır. Ustad Nursi, eser maddəsinin, yaradılış silsiləsinin ilk addımını təşkil etdiyi üzərində durur. Daha sonra eserdən atom altı dənəciklərin yaradıldığını Quranın bu ayətinin təfsiri olaraq ələ alır:

...وَكَانَ عَرْشُهُ عَلَى الْمَۤاءِ...

"...Ərşi su üzərində ikən..." (Hud/7)

âyeti, şu madde-i esîriyeye (eser maddəsinə) işarettir ki, Cenâb-ı Hakkın arşı (Allahın ərşi), su hükmünde olan şu esîr maddesi üzerinde imiş. Esîr maddesi yaratıldıktan sonra, Sâniin (Sənətkar olan Allahın) ilk icadlarının tecellîsine merkez olmuştur. Yani esîri halk ettikten (yarattıqdan) sonra, cevâhir-i ferde kalb etmiştir (atomlara çevirmişdir). Sonra bir kısmını kesif kılmıştır (qatılaşdırmış) ve bu kesif (qatı) kısımdan, meskûn olmak üzere yedi küre yaratmıştır. Arz (yer kürəsi), bunlardandır. (Haşiyə)

(Haşiyə:

"Eser maddə"si, digər mövcud olan şeylərə nəzərən, axıcı bir su kimi əşyaların arasına yayılmış bir maddədir.

"Ərşi su üzərində ikən..." ayəti, bu "eser maddəsi"nə işarətdir ki, Allahın ərşi, su hökmündə olan bu "eser maddə"si üzərində idi. Bu maddə yaradıldıqdan sonra, o, Allahın ilk icadlarının təcəlli etdiyi mərkəz olmuşdur.

Yəni "eser maddəsi"ni yaratdıqdan sonra atomlara çevirmiş, sonra bu atomların bir qismini qatılaşdırmış və bu qatı qisimdən də, üzərində yerləşmək üzərə, 7 kürə yaratmışdır. Bizim yer kürəsi də, bunlardandır..."

Həqiqətən də, eser üçün ən gözəl bənzətmə:

• axıcılığı,

• hər yerə yayılma qabiliyyəti,

• canlılığın meydana gəlmə və davam etdirilməsindəki həyati vəzifələri

ilə eser maddəsi olsa gərəkdir. Elə isə, bizlər ruh və enerji bədənimizlə "həyat enerjisini" ordan aldığımız eser dəryası içində üzən, amma dəryadan xəbəri olmayan balıq misalındayıq.

"Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir." (Yasin/40)

ayəti, günəş, ay, yer və milyardlarla göy cisminin, fəza boşluğunda, bəlli orbitlərdə üzüb getdiklərini ifadə edir. Üzmə isə, boşluqda deyil, bir maddə içində olur. Ayətdə, boşluq dənizə bənzədilərək, kainatın boş olmadığı, dolayısı ilə bu boşluğu dolduran maddəyə işarət edilir.

Eserin anlaşılması ilə bağlı elm tarixi içindəki keçirdiyi mərhələləri diqqətə alarsaq, onun zamanla dəyişən nəzəriyyələrdən müstəqil bir reallığı ifadə etdiyini fərq edə bilərik. Bundan dolayı, İlahi vəhyin doğru anlaşılması və açıqlanması, şübhəsiz ki, daha böyük əhəmiyyət daşımaqdadır. Çünki eser, dua, həmd, təsbih etmək kimi ibadətlərdən hasil olan nəticələrin yayılma sahəsi, qulu, Yaradanı ilə qovuşduran bir sahə vəzifəsi ifa etməkdədir. Ən uzağın ən yaxın hala gəldiyi, bir şeyin hər şeylə münasibət qazandığı eser mühiti, Yaradanın birliyi ilə bərabər, hər şeyin hər işi ilə şəxsən münasibət qurmasında, bir vasitə və mühit, çevrə (ərş) vəzifəsi ilə təchiz edilmiş olmaqdadır. Bütün kainat qatlarının ondan həyat və enerji aldığı eser mühiti, sanki "ruh" hökmündəki funksiyası ilə də, Allahın qəyyumluğunun qaynağı olmaqdadır. Eserə yüklənən belə həyati rollar və vəzifələr, Ustad Nursi kimi Quran müfəssirlərinin, niyə eserdən artıqlaması ilə söz açdığının bir sirrinə və həqiqətinə işıq tutar zənnindəyik.

Read 14 times
In order to make a comment, please login or register