Allaha aşiq olmaq nə deməkdir?

Eşq, şiddətli sevginin adıdır.Təsəvvüf dilində, Allaha məhəbbət mənasında istifadə edilir. (Nursi, Məktubat, s. 450) Allahın zatı, sifətləri və adları məxluqatına bənzəmədiyi kimi, ona olan sevgi də əsla məxluqata olan sevgiyə bənzəməz və bənzəməməlidir.

İnsan, eşqi ya məcazi istifadə edir, ya da həqiqi. Məcazi eşq, fanilərəkönül bağlamaqdır. Həqiqi eşq isə, Allahı sevməkdir. Bəzən məcazi eşq həqiqi eşqə vəsilə olur. (Əraydın, Təsəvvüf və Təriqət, s. 203) Haqq aşiqi olan şəxs, hər şeyi "Mövlanın diyarından" gəlmiş olaraq görür.

Quran və səhih hədislərdə eşq kəliməsi keçməz. "Sevgi" əksəriyyətlə "hub""məhəbbət", bəzən də "məvəddət"( sevgi, dostluq)kəlimələri və bunların yaxın mənalıları ilə ifadə edilir. Allah sevgisindən çox Allah qorxusuna ağırlıq verən ilk zahidlər də eşqdən söz etməmişdir. İlk dəfə II. (VIII.M.) əsrdə Allah ilə qul arasındakı sevgini izah etmək üçün az da olsa eşq sözünün istifadə edildiyinin başlandığını göstərən rəvayətlər vardır. Belə ki, deyildiyinə görə Həsəni Bəsri (ö. 110/728) Allahın, "Qulum mənə, mən də ona aşiq olaram." buyurduğunu bildirmişdir. Abdülvahid ibni Zeyd isə (ö. 177/793) peyğəmbərlərdən birinin, "Allah mənə, mən də Ona aşiq oldum." dediyini söyləyir. Başqa bir rəvayətdə buna bənzər bir söz Əbül-Hüseyin ən-Nuriyə (ö. 295/908] isnad edilmişdir.

Alimlər, hətta ilk dövrlərdə mütəsəvviflərin (təsəvvüf inancını mənimsəyərək özünü Allaha həsr etmiş kəs, sufi) böyük əksəriyyəti, Allah sevgisini ifadə etmək üzrə Quran və Sünnədə iştirak edən hub və məhəbbət yerinə eşq sözünün istifadə edilməsinə qarşı çıxıblar. Rəbiyyə əl-Ədəviyyə (ö. 185/801), Bəyazid Bistami (ö. 234/848), Cüneydi Bağdadi (ö, 297/909), Həllac Mənsur (ö. 310/922) kimi sevgi mövzusunu işləyən ilk sufilər, ümumiyyətlə eşq, aşiq və məşuq əvəzinə hub, məhəbbət, həbib, məhbub kəlmələrini istifadə etməyi uyğun görüblər. Şəri hökmlərə həssaslıqla bağlı olduğu bilinən İbn xəfif də [ö. 371 / 98İ) Allah sevgisinin eşq kəliməsiylə ifadə edilməsinə uzun müddət qarşı çıxmışdır. Ancaq onun Cüneydi Bağdadiyə isnad edilən eşqin mahiyyətinə dair bir risaləsini oxuduqdan sonra fikrini dəyişdirdiyi, hətta bu mövzuda bir risalə də yazdığı rəvayət edilir.

Haris əl-Muhasibi, Xacə Abdullah əl-Hərəvi, Məhəmməd i. Hüseyn əs-Süləmî, Əbu Talib əl-Məkki, Hakim ət-Tirmizi, Əbu Nəsr əs-Sərrac, Məhəmməd i. İbrahim əl-Kəlâbâzî, Əbu Nuaym, Əbdülkərim əl-Quşeyrî, Hücvîri, Qəzali kimi mütəsəvvif yazarlar da əsərlərində eşq kəliməsinə ya heç yer verməmişlər və ya nadir olaraq istifadə etmişlər; bunun yerinə böyük əhəmiyyət verdikləri Allah sevgisi mövzusunu hubməhəbbət sözlərilə izah etməyi üstün tutmuşlar. Bunlardan Quşeyrî'nin nəql etdiyinə görə, Allah ilə qul arasındakı sevginin eşq məhfumuyla ifadə edilməsinə qarşı olan Şeyx Əbu Əli əd-Dəqqâq bu fikrini belə açıqlamışdı:

Aşk həddindən artıq sevgi yəni sevgidə ölçünü aşma deməkdir. Allah üçün belə bir ifrat düşünülə bilməyəcəyindən, Onun quluna olan sevgisinə eşq deyilə bilməz. Digər tərəfdən qulun Allaha duyduğu sevgi nə qədər güclü olursa olsun yenə də Onu kifayət qədər və layiq olduğu ölçüdə sevə bilməyəcəyindən qulun Allah sevgisi də eşq deyə adlandırıla bilməz (bax. Risalə, s. 615). Bununla birlikdə Quşeyrî sufilərin Allah sevgisini eşq kəliməsiylə ifadə etmələrini anlayışla qarşılamışdır. Necə ki, o əsərinin "Məhəbbət" bölməsini, "Aşiqlər söylədikləri sözlərdən ötəri qınanmazlar." cümləsi ilə bitirir. (A.e., s. 625).

Eşqkəliməsinin dini bir termin olaraq istifadə edilməsini caiz görən sufilərin əsaslandıqları bəzi ayə və hədislər vardır. Məsələn onlara görə, "İman edənlər Allahı daha şiddətlə sevərlər." (Bəqərə 2/165) ayəsindəki şiddətli sevgidən məqsəd eşqdir. Digər bir ayədə də (Tövbə, 9/24) möminlərin Allahı hər şeydən çox sevmələrinin gərəkdiyi ifadə edilmişdir. Hz. Peyğəmbər (s.ə.s) Hz. Ömərə (r.a) "Mən sənə hər kəsdən daha sevimli olmadıqca iman etmiş ola bilməzsən." demişdi. (Buxari, "iman", 8-9; Muslim, İman ", 67-70). Mutəsəvviflər, bu mənaya gələn ayə və hədislərdən, Allaha və Rəsuluna (ə.s.s-əleyhissalatu vəssəlam) aşiq olmağın lazımlılığı mənasını çıxarmışdırlar.

Hücvîrî, şeyxlərin eşq mövzusunda fərqli görüşlər daşıdıqlarını ifadə edərək əsas fikirləri belə açıqlayır:

Bir zümrəyə görə eşq, sevgilisindən ayrı düşənin xüsusiyyətidir. Qul da Allahdan ayrı qaldığına görə onun Allah sevgisinə eşq demək caizdir. Buna qarşılıq Allah heç bir şeydən ayrı və uzaq olmadığına görə Onun sevgisi eşq kəliməsiylə ifadə edilə bilməz. Başqa bir görüşə görə eşq, hüdudu aşmaq deməkdir, Allah da hüdudsuz varlıq olduğu üçün Ona duyulan sevgi heç bir şəkildə həddindən artıq ola bilməz, bu səbəbdən eşq adlandırıla bilməz.

Hücvîrî, söykəndikləri müxtəlif səbəbləri də sıralayaraq müteahhirînin, Allaha duyulan sevginin məhəbbət termini ilə ifadə edilməsinin lazım olduğunu, bunun yerinə eşq sözünü istifadə etmənin caiz olmadığı fikrində olduqlarını bildirir. (Kəşfül-məhcûb, s. 401).

Qəzali İhyau Ulumid-dinin Allah sevgisi mövzusunu tədqiqetdiyi"Kitâbul-Məhəbbə vəş-Şəvq vəl-Uns vər-Riza" başlıqlı hissəsində eşq kəlməsinə iltifat etməmişdir. Bununla birlikdə o eyni əsərin səma (duymaq, eşitmək) mövzusu ilə əlaqədar hissəsində Allahı sevən, Ona aşiq olan və Ona qovuşma istəyi eşidən adamın səmasında da söz salır və bu səmanın adamın şövq, eşq və sevgisini coşduracağını ifadə edir. Qəzâliyəgörə Allahı tanıyan Onu sevər. Tanıma (marifət) artdıqca sevgi də inkişaf edir və güclənir. Məhz bu sevgiyə eşq deyilir.Sevginin bu şəkildə eşq halını alması, qulun marifətdə yetkinləşərək ilahi gözəlliyi dərk etməsindən irəli gəlir; bu idrak artdıqca eşq də güclənir.

Necə ki, Hz. Peyğəmbərin (s.ə.s) Hirada ibadətə qapandığını görən Məkkə müşrikləri, "Muhəmməd Allahına aşiq oldu." demişdilər. Gerçək aşiq qəlbindəki Allah sevgisinə heç bir varlığın sevgisini ortaq etməz. Buna görə başqa şeylərə qarşı duyulan sevgiyə ancaq məcaz yolu ilə eşq deyilə bilər; çünki ortağı olmayan, bu səbəbdən ortaqsız sevilə bilən tək varlıq Allahdır. (İhya, II / 279-280; bax. Süleyman Uludağ, TDV. İslam Ensiklopediyası, Eşq mad.)

Read 273 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR