Allahın əlini uzatması, nə deməkdir?
Əbu Musa (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Şübhəsiz, əziz və cəlil olan Allah:
• Gündüz günahkarının tövbə etməsi üçün, gecə əlini uzadar;
• Gecə günahkarının tövbə etməsi üçün də, gündüz əlini uzadar.
Ta ki, günəş batdığı yerdən doğuncaya qədər."
-----------------------------------
Şərhi:
Allahın əlini açması, tövbənin qəbul edilməsinə dair, istiarəli bir izahdır.
əl-Mazəri, belə deyir:
"Bundan məqsəd, tövbənin qəbul ediləcəyidir."
Ləfz, "əlin uzadılması" ilə varid olmuşdur. Çünki ərəblərdən bir kimsə, bir şeydən razı olduğunda, onu qəbul etdiyini ifadə etmək üçün, əlini uzadar, razı qalmadığında isə, əlini ondan geri çəkər. Beləliklə, onların anlayacaqları maddi bir xüsus ilə, özlərinə xitab edilmişdir.
Bununla bərabər, ifadə, məcazidir. Çünki bildiyimiz orqan olan əl, şanı uca olan Allah haqqında, imkansızdır.
(Nəvəvi, "əl-Minhac fi şərh Sahih Muslim b. Haccac", Tövbə kitabı, 5-ci bab: "Günahlar və tövbə, təkrar-təkrar edilsə belə, günahlardan tövbənin qəbul ediləcəyi bab", hədis no: 6921)
----------------------------
Əlavə:
İmam Ğazzali isə, Allahın əlini uzatmasının:
"qulunun tövbə etməsini istəməsi" mənasında olduğunu söyləmişdir.
İmam, davamla belə deyir:
"İstəyən, qəbul edənin də fövqündədir. Çünki neçə qəbul edənlər vardır ki, istəkli olmaya bilər. Halbuki istəkli olan, şübhəsiz, qəbul edir, deməkdir."
(bax: "İhya", "Tövbə kitabı")
- Qədr surəsinin təfsiri
- Tövbə haqqında məlumat verərsinizmi?
- Tövbə nədir? Şərtləri nələrdir? Allahın, qulun tövbəsinə sevinməsi nə deməkdir? İzah edərsinizmi?
- Tövbə haqqında məlumat verərsinizmi?
- İman, İslam və İhsan hədisinin izahı
- Qadına 3 gündən artıq yas tutması caizdirmi?
- Peyğəmbərin günahı olmadığı halda, niyə Allahdan bağışlanmaq diləyirdi?
- Hud surəsi 114-cü ayətin təfsirini verə bilərsinizmi?
- Peyğəmbərə gələn ilk vəhy
- "Allah nurdur." sözü necə başa düşülməlidir-2