Allahın ən çox sevdiyi oruc hansıdır?

Abdullah b. Amr b. əl-As (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:

Allaha ən sevimli oruc, Davud (əleyhissəlam)'ın orucudur. Çünki o, bir gün oruc tutar, bir gün iftar edərdi.

Və Allaha ən sevimli (nafilə) namaz, Davud (əleyhissəlam)'ın namazıdır. O, gecənin yarısını yatardı. 1/3-ini namazla keçirərdi və (son) 1/6-ini yatardı."

------------------------

Əbu Qatadə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, o, belə demişdir:

Ömər b. Xattab (رضي الله عنه) : -Ey Allahın Rəsulu! (Ara vermədən) 2 gün oruc tutan və bir gün orucu buraxan kimsənin halı nədir?" deyə soruşdu.

Rəsulullah ( ﷺ ): -Buna kimsənin gücü çatar (mı?)" buyurdu.

Hz.Ömər (رضي الله عنه) : -Ey Allahın Rəsulu! (Ara vermədən ) bir gün oruc tutub bir gün buraxanın halı necədir?"-deyə soruşdu.

Rəsulullah ( ﷺ ) : -Bu, Davud (əleyhissəlam)'ın orucudur. buyurdu.

Hz.Ömər (رضي الله عنه): - ( Ara vermədən ) bir gün oruc tutub 2 gün tutmayanın halı necədir?" deyə soruşdu.

Rəsulullah ( ﷺ ): -Bunun, gücüm daxilində qılınmış olmasını arzu edirəm.[1]

---------------------

İzahı:

Abdullah (رضي الله عنه) hədisini, İmam Buxari ( رحمه الله) ,İmam Muslim ( رحمه الله) , Əbu Davud ( رحمه الله) və İmam Nəsai ( رحمه الله) də rəvayət etmişlərdir.

Bu hədis, nafilə orucun fəzilətcə ən üstününün - il boyunca gün aşırı tutulan oruc- olduğuna dəlalət edir.

Bununla bərabər, gecə namazının ən fəzilətlisinin, gecəni 6 hissəyə bölüb, 4-cü və 5-ci hissəsində qılınan namaz olduğuna dəlalət edir. Son 6-cı hissəsi, istirahətlə keçirilməlidir. Ta ki, gümrah şəkildə sabah namazına dura bilinsin.

Əbu Qatadə (رضي الله عنه) hədisini, İmam Muslim ( رحمه الله) , Əbu Davud ( رحمه الله) , İmam Nəsai ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də rəvayət etmişlərdir. Bəzi rəvayətlər isə, çox uzundur.

Hədis, il boyunca, 2 günü orucla və 1 gün orucsuz keçirmənin savab olduğuna, ancaq bunun çətin olduğuna və bu səbəblə, ən məqbul oruc şəklinin, gün aşırı oruc tutmaq olduğuna dəlalət edir. Bu cür oruc, il boyunca ara vermədən oruc tutmaqdan daha fəzilətlidir.

Çünki davamlı oruc tutulduğu təqdirdə vərdiş meydana gəlir. Və aclığın çətinliyi, çox da hiss edilmir. Lakin gün aşırı tutulduğunda, vərdiş halı yaranmır.

Rəsulullah iki gün oruc tutub bir gün tutmamağa, taqəti olmadığını bildirmişdir.

Əl-Mənhəl müəllifinin bəyanına görə, Rəsulullah ( ﷺ ), ümmətinin halı etibarı ilə, bu cümləni buyurmuşdur. Yoxsa, özünün gücü, buna artıqlaması ilə yetərdi. İmam Subqi ( رحمه الله) əl-Mənhəl'də belə deyir:

Mənə elə gəlir ki, ümmətinə çətinlik olmasın deyə, O ( ﷺ ), belə oruc tutmağı üsul olaraq mənimsəməmişdi. Çünki Özü ( ﷺ ) bunu etsəydi, sünnətinə tabe olmaq üzərə, ümməti də bunu edəcəkdi.

Bu səbəblə, Rəsulullah ( ﷺ ), oruc və namaz baxımından orta yolu seçmişdir. Bəzən oruc tutar, bəzən iftar edərdi.

Bununla bərabər, gecənin bir qismini ibadət, bir qismini də yuxu il keçirərdi."

Bu haqda İmam Ğazali ( رحمه الله) 'nin də görüşünü bilmək çox faydalı olar.Belə ki İmam Əbu Hamid Əl Ğazali: ( رحمه الله) belə deyir:

"...kamillik, insanın, orucun mənasını, orucla güdülən məqsədin- qəlbi təmizləyib bütün düşüncəni, Əziz və Cəlil Allah'a həsr etmək olduğunu anlamasındadır.

Daxili aləmin incəliklərinə vaqif olan kəs, öz halını diqqətə alar, halı, bəzən mütəmadiyən oruc tutmağı; bəzən heç oruc tutmamağı; bəzən də zaman-zaman oruc tutmağı; və zaman-zaman da oruc tutmamağı gərəktirə bilər.

Orucun mənasını qavradığı, axirət yoluna girmədə öz qəlbini incələdiyində, qəlbinin doğru və ya yalnış yolda olduğunu rahatca anlaya bilər.

Bundan ötürüdür ki, Rəsulullah ( ﷺ )'in nafilə oruc tutmaqla bağlı tətbiqatı mövzusunda:

O qədər oruc tutardı ki, artıq günlərini orucla keçiriləcək deyilərdi.

Yenə bəzən o qədər oruca ara verərdi ki, heç oruc tutmayacağı söylənərdi.

Yenə heç gecə ibadətinə qalxmayacaq söyləntilərə səbəbiyət verəcək şəkildə yatardı.

Bəzən heç yatmayacaqmış, gecələrini həmişə ibadətlə keçirəcəkmiş zənnini doğuracaq şəkildə vaxtını ibadətlə keçirərdi." rəvayət edilmişdir.

Rəsulullah ( ﷺ ) 'in bu tətbiqatı, vaxtların haqlarına necə riayət edəcəyini peyğəmbərlik nəzərilə kəşf etməsinə dayanır.[2]

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Davud (əleyhissəlam)'ın orucu haqqında gələn hədislər babı", hədis no: 1712-1713

[2]. Hüccətü'l-İslam İmam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 6. Kitab/3. Bölmə: Nafilə oruclar, s. 564-565

Read 1.325 times
In order to make a comment, please login or register