Allahın əzəmət və kibriyası

4174- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Allah subhənəhu və taala buyurur ki:

"Kibriya, Mənim rida'mdır. Əzəmət də, Mənim izar'ımdır. Kim bu 2 sifətdən birisində (belə) Mənimlə çəkişərsə (yəni bu sifətləri qismən də olsa, öz üzərinə almağa çalışarsa), o kimsəni cəhənnəmə ataram."

------------------

4175- ibn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Allah subhənəhu və taala buyurur ki:

"Kibriya, Mənim rida'mdır. Əzəmət də, Mənim izar'ımdır. Kim bu 2 sifətdən birisində (belə) Mənimlə çəkişərsə (yəni bu sifətləri qismən də olsa öz üzərinə almağa çalışarsa), o kimsəni atəşə ataram."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kibirdən uzaq durmaq və təvazö (alçaq könüllü olmaq) babı")

--------------------------

İzahı:

4174 no-lu əbu Hureyrə (radiyallahu anh) hədisini, əbu Davud, "Kitabu'l-Libas"da "Kibir haqqında gələn hədislər babı"nda rəvayət etmişdir. İbn Hibban da bu hədisi rəvayət etmiş, ayrıca Muslim, bunun bənzərini əbu Hureyrə (radiyallahu anh) ilə əbu Səid əl-Xudri (radiyallahu anh)'ın hədisi olaraq rəvayət etmişdir.

---------------------

Rida: Bədənin beldən yuxarı qismini örtmək üçün istifadə edilən libasdır.

İzar: Bədənin beldən aşağı qismini örtmək üçün istifadə edilən libasdır.

Allah Taala bu hədisdə:

"Kibriya, Mənim rida'mdır və Əzəmət, Mənim izar'ımdır." buyurmaqdadır.

Təbii ki, Allah Taala, libasdan pak və münəzzəhdir. Onun haqqında belə bir şey düşünülə bilməz. Çünki O, bir cisim deyildir.

"Avnu'l-Məbud şərh-u Sünən-i əbu Davud" müəllifi Əzimabadi'nin bəyanına görə, Xattabi bu cümləni açıqlayarkən, icmal olaraq belə deyir:

Bu cümlənin mənası budur:

"Kibriya, yəni böyüklük və əzəmət, Allah Taala'ya məxsus 2 sifətdir. Heç kim, bu 2 sifətdə, Allaha şərik ola bilməz və heç bir məxluqa bu sifətləri öz üzərinə alması, yaraşmaz. Çünki məxluqun qaçılmaz sifəti, alçaq könüllülük və kiçiklikdir.

Rida və izar deyilən libas, bir misal olaraq istifadə edilmişdir. Yəni bir insanın üstündəki libasa, eyni anda bir başqasının bürünməsi, beləcə şərik olması necə düşünülə bilmirsə, Allaha məxsus bu 2 sifətdə başqa bir varlığın şəriklik etməsi də düşünülə bilməz."

İmam Sindi də bu hədisin izahında belə deyir:

Hədisdən məqsəd budur:

"Bir insanın libasına başqasının şərik olması necə düşünülə bilmirsə, Allahın bu 2 sifətinə də başqasının şərik olması, bu sifətlərin başqası haqqında istifadə edilməsi və ya başqasının bu sifətləri öz üzərində daşıması düşünülə bilməz.

Bilindiyi kimi, Allahın rəhmət və kərəm sifətləri, məcazi mənalarda başqaları haqqında istifadə edilə bilər. Məsələn, filan adam mərhəmətlidir, filan kimsə kərəm sahibidir, deyilə bilir.

Lakin Kibriya və əzəmət sifətləri belə deyildir. Məcazi mənada da olsa, başqaları bu sifətləri öz üzərinə ala bilməz."

Hədisin zahirinə görə, Kibriya və əzəmət kəlimələrinin mənaları arasında bir fərq vardır. Bu 2 kəlimənin mənaları arasındakı fərqin olmadığı lüğət kitablarından anlaşılmaqdadır. Bu etibarla, bu kəlimələrin mənaları arasında bir fərqin mövcud olub olmadığı xüsusunda elm adamlarının bəziləri təvaqquf etmiş (yəni görüş bildirməmiş), bir şey söyləməməyi və görüş bəyan etməməyi tərcih etmişlərdir. Digər bir qisim alimlər isə, bu fərqin mövcud olduğunu söyləmişlərdir:

Kibriya:

Allah Taala'nın böyüklüyü, məxluqlar tərəfindən təqdir edilsin və ya edilməsin, bilinsin və ya bilinməsin, Onun hədd-i zatında böyük olmasıdır.

Əzəmət isə:

Məxluqların, Onun böyüklüyünü təqdir və qəbul etmiş olmasıdır.

Bu hala görə, Kibriya, zati bir sifət mahiyətindədir, izafi deyildir və əzəmət sifətindən daha böyükdür. Çünki əzəmət sifəti izafidir, yəni məxluqların təqdir və qəbulu ilə münasibəti olan bir sifətdir.

Bu səbəblədir ki, Kibriya, bədənin üst qisminə geyilən rida'ya oxşadılmış, əzəmət də bədənin alt qismini örtən izar'a bənzədilmişdir.

Read 27 times
In order to make a comment, please login or register