Allahın 100 rəhməti- 2

Rəvayət edilir ki, əbu Hureyrə (radiyallahu anh) belə demişdir:

"Allah, rəhməti yaratdığı gün, onu 100 rəhmət olaraq yaratmış və 99-nu Özündə saxlamış, məxluqatının hamısına isə, cəmi 1 rəhmət göndərmişdir.

• Əgər kafir, Allah yanında olan rəhmətin nə qədər olduğunu bilsəydi, cənnətdən ümidini üzməzdi; və

• Əgər mömin, Allah yanında olan əzabın nə dərəcədə olduğunu bilsəydi, cəhənnəmdən (xilas olacağına) arxayın olmazdı."

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 81-ci kitab: "Riqaq (qəlbi) yumşaldan (əməllər) kitabı", 19-cu bab: "Qorxu ilə bərabər ümidli olmaq" babı, hədis no: 6469)

--------------------------------

İzahı:

"Qorxu ilə bərabər ümidli olmaq."

Yəni, bunun, müstəhəb olduğu.

Ümid halında qorxu, qorxu halında ümid, göz ardı edilməməlidir. Bunun səbəbi:

• Birincinin (yəni ümidli olub qorxmamağın), aldanmağa;

• İkincinin də, Allahın rəhmətindən ümid kəsməyə

yol açmasıdır. Hər ikisi də qınanmışdır.

"ər-Rəca" (ümid) kəliməsindən məqsəd, budur:

(Allahın hər hansı bir əmrinə və ya qadağasına) etinasızlıq edən kimsə, Allaha qarşı gözəl zənn bəsləməli və onun, günahını siləcəyini ummalıdır. Eyni şəkildə, hər hansı bir itaətdə olan kimsə, onun qəbul ediləcəyini ummalıdır.

Hər hansı bir günahı işlədiyinə peşman olmadan və o günahdan dönmədən hesaba çəkilməyəcəyi ümidi ilə, bu günaha dalan kimsə, aldanış içərisindədir.

Osman əl-Cizi nə gözəl demişdir:

"İtaət etməyin və qəbul edilməyəcəyindən qorxmağın, səadətin əlamətlərindəndir. (Günahlarla Allaha) üsyan etməyin və bundan qurtulacağını ummağın isə, bədbəxtliyin işarətlərindəndir."

İbn Macə'nin, Abdu'r-Rahmən ibn Səid ibn Vehb vasitəsilə, atasından nəqlinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

"Mən:

Ey Allah'ın rəsulu,

---وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ...---"

(Muminun/60) ayətində -halı bildirilən- mömin, zina edən, oğurluq edən və içki içən şəxs midir?" diyə soruşdum. O:

"Xeyir. Ey Əbu Bəkr'in qızı. Və lakin o, özündən qəbul olunmaması qorxusu içində, oruc tutan, sədəqə verən və namaz qılan adamdır." buyurdu. (İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Əməl (yəni ibadət işin)ə həssaslıq göstərmək babı", hədis no: 4198)

Bütün bunların, şəxsin sağlam olduğu halda müstəhəb olduğu, alimlərcə qəbul edilən xüsusdur.

Bəziləri belə demişlərdir:

"Ən münasib olan, sağlam ikən qorxunun; xəstəlik halında isə, ümidin daha çox olmasıdır."

İnsan, ölümə yaxınlaşdığında, bəzi alimlər, (bu hal), Allaha ehtiyac duymağı ehtiva etdiyi üçün, sadəcə ümidlə kifayətlənmək müstəhəbdir, demişlərdir. Çünki qorxunu tərk etməkdən qaynaqlanan bu (çəkiniləcək) hal, artıq imkansız hala gəlmiş ola bilər. Nəticə olaraq, əfvini və məğfirətini umaraq, Allaha gözəl zənn bəsləmək, tək yol halına gəlmiş olur.

"Hər hansı biriniz, Allaha gözəl zənn bəsləmədən ölməsin." (Muslim, "Cənnət"/81) hədisi də, bu düşüncəni təyid etməkdə (dəstəkləməkdə)'dir.

Başqaları isə, belə demişlərdir:

İnsan əmin-amanlıq içərisində olduğuna qəti olaraq inanaraq, əsasən qorxu tərəfinə etinasız yanaşmamalıdır. Bu görüşü, Tirmizi'nin, Ənəs (radiyallahu anh)'dan nəql etdiyi bu hədis dəstəkləməkdədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), ölmək üzərə olan bir gəncin yanına girdi. Ona:

'Özünü necə hiss edirsən?' dedi. Gənc:

'Allahdan umur və günahlarımdan qorxuram.' dedi. Bunun üzərinə Allah rəsulu (sallallahu aleyhu və səlləm):

'Bu halda olan bir qulun qəlbində qorxu və ümid birləşdiyində, Allah ona, umduğunu verər, qorxduğundan da əmin qılar.' dedi." (Tirmizi, Cənaiz/11)

Hər halda, Buxari, yuxarıda vermiş olduğu başlıqda, buna işarət etməkdədir.

-----------------------------------------

"Cənnətdən ümidini kəsməzdi..."

Bəzi alimlər, bundan məqsəd:

"Kafir Allahın rəhmətinin genişliyini bilsəydi, bu şey, əzabın böyüklüyünə dair bildiyini silər və beləcə, umduğu doğardı." demişlərdir.

Hədisin yuxarıdakı başlığa olan uyğunluğu, onun, ümid və qorxu doğuran vəd və təhdidi ehtiva etməsi dolayısı ilədir.

Kirmani belə deyir:

Hədisdən məqsəd budur:

"Mükəlləfin qorxu və ümid arasında olması uyğun olar ki, ümid nöqtəsində ifrata qaçıb:

'iman varsa, heç bir şey zərər verməz.' deyən Murciə kimi olmasın.

Qorxuda da ifrata qaçıb:

'böyük günah işləyən tövbə etmədən ölərsə, cəhənnəmdə əbədi olaraq qalacaqdır.' deyən Xavaric və Mötəzilə kimi də olmasın.

Uca Allahın:

"Onun rəhmətini umarlar və əzabından qorxarlar." (İsra/57) ifadəsində olduğu kimi, vasat (orta halda) olarlar.

İslam dinini incələyən, onun gərək üsul, gərək füru qaydalarının bütününün, vasat olduğunu görərlər. Ən doğru bilən, uca Allahdır."

Read 9 times
In order to make a comment, please login or register