Allahın 100 rəhməti (3)
Rəvayət edilir ki, əbu Hureyrə (radiyallahu anh) demişdir:
Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu eşitmişəm:
"Allah, rəhməti 100 parça yaratmışdır. 99-nu Özündə saxlayıb təkcə 1 hissəsini yer üzünə endirmişdir. Məhz bunun sayəsində, yaradılanlar bir-birinə rəhm edir. Hətta heyvan, öz balasını tapdalamasın deyə, ayaqlarını yuxarı qaldırar."
--------------------
Şərhi:
"Allah rəhməti 100 parça yaratmışdır..."
Bu hədislər, müsəlmanlara ümid və müjdə bəxş edən hədislərdəndir. Elm adamları belə deyirlər:
"Çünki, bu kədərlər üzərinə bina edilmiş olan bu dünya yurdunda, tək bir rəhmətdən:
• İslam;
• Quran;
• Namaz;
• Qəlbindəki mərhəmət; və
• Bunun xaricində uca Allahın ehsan etdiyi nemətlər
əldə edilərsə, axirət yurdundakı 100 rəhmət haqqında nə düşünülə bilər?! O axirət yurdu ki, əbədi qərargahdır və əməllərin qarşılığının görüləcəyi yurddur. Allah, ən gözəl biləndir.
(Nəvəvi, "əl-Minhac", Tövbə kitabı, "uca Allahın rəhmətinin genişliyi və rəhmətinin qəzəbini keçdiyi haqqında bir bab", hədis no: 6906)
