Allahın 100 rəhməti- 4
4293- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Allahın 100 rəhməti vardır. Onlardan 1 rəhməti, bütün məxluqlar arasında qisimlərə ayırmışdır. Məxluqlar bir-birilərinə ancaq o rəhmət səbəbiylə mərhəmət edir, bu səbəblə bir-birilərinə şəfqət edirlər. Vəhşi heyvan da, balalarına, bu rəhmət səbəbilə mərhəmət edir. Allah, 99 rəhmətini isə, ertələyərək, qiyamət günü (mömin) qullarına, onlarla mərhəmət edəcəkdir."
--------------------------------
4294- əbu Səid (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Allah (azzə və cəllə), göyləri və yeri yaratdığı gün, 100 rəhmət yaradaraq, onlardan 1 rəhməti yer üzərində qıldı. Ana uşağına, heyvanlar bir-birilərinə və quşlar (bir-birilərinə), bu rəhmətlə mərhəmət edərlər. Allah, 99 rəhməti də, qiyamət gününə ertələdi. Qiyamət günü olunca, Allah, 100 rəhməti, bu 1 rəhmətlə tamamlayacaqdır."
Not:
Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:
"Əbu Səid (radiyallahu anh) hədisi səhih olub raviləri siqa'dır."
-----------------------------------
İzahı:
Bu 2 hədis, Allahın axirət günü möminlərə olan rəhmətinin çoxluğuna dəlalət edir.
• İmam Tibi, belə deyir:
"Bu hədislərdən məqsəd, rəhmətin məhdud olduğunu ifadə etmək deyildir. Çünki İlahi rəhmət, sonsuzdur. Bu etibarla, məqsəd, Allahın dünyada bütün məxluqlara etdiyi mərhəmət payı ilə, axirətdə möminlərə ehsan edəcəyi mərhəmət payı arasındakı fərqliliyi təsvir etməkdir."
• Ubbi də:
"Bu hədislərdən məqsəd, Allahın rəhmətinin çoxluğunu ifadə etməkdir. Bununla bərabər, rəhmətin növlərə və qisimlərə ayrılması mənası da qəsd edilmiş ola bilər. Ancaq bilinən qismin xaricində qalan qisimlərin necə olduğunu, ancaq Allah bilir." demişdir.
(İbn Macə, Sünə tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Allahın qiyamətdə umulan rəhməti babı")
- Allahın 100 rəhməti- 1
- Allahın 100 rəhməti- 3
- Fətrət-1
- "MÖMİNLƏR YALNIZ VƏ YALNIZ QARDAŞ OLA BİLƏRLƏR"
- İblisin Allah'dan aldığı rəhmət nədir?
- Bir hədisdə, "Yer üzündəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin,"-deyilməkdədir. Bu ifadə, Allah üçün bir məkan təyin etmə mənasını vermirmi?
- Allahın 100 rəhməti- 2
- Falçı
- Kafirlər nəyə görə əbədi cəhənnəmə gedəcəklər?
- İlham-7