Allahın qullları üzərindəki haqqı nədir?

Muaz b. Cəbəl (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, bir ulaq üzərində ikən, Allah rəsulu (sallallahu aleyhi və səlləm) yanımdan keçdi və:

'Ya Muaz! Allahın qullar üzərindəki və qulların, Allah üzərindəki haqqının nə olduğunu bilirsən mi?' buyurdu.

Mən də:

'Allah və rəsulu daha yaxşı bilir.' dedim. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

'Şübhəsiz, Allahın qullar üzərindəki haqqı, qulların Ona ibadət və (qulluq) etmələri və Ona heç bir şeyi ortaq qoşmamalarıdır. 

Bunu etdikləri zaman, qulların Allah üzərindəki haqqı da, onlara əzab verməməsidir.' buyurdu.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Allahın umulan qiyamətdəki rəhməti babı", hədis no: 4296

---------------------

İzahı:

Bu hədisi, Buxari, Muslim, Nəsai və Əhməd də bənzər mətnlərlə rəvayət etmişlərdir.

Allahın qullar üzərindəki haqqından məqsəd: vacib olan vəzifədir.

Yəni qullar, Allaha heç bir şeyi ortaq qoşmadan, Ona qulluq etmək, yəni ibadətləri ifa edib haram şeylərdən çəkinməklə vəzifəlidir. Burda ortaq qoşmamaqla ibadət etmək birlikdə zikr edilmişdir. Çünki Allaha ortaq qoşan kafirlər də, Allaha ibadət və qulluq etdiklərini iddia edirlərdi. Amma bu arada başqa ilahlara da ibadət edərlərdi. Bu səbəblə, ortaq qoşmamaq qeydi ilə qulluq etmənin vacibliyi bəyan edilmişdir.

Qulların Allah üzərindəki haqqına gəlincə, bundan məqsəd: 

Allahın vədi və qəti sözüdür. Yoxsa vacib olan bir haqq və ya qazanılmış bir istihqaq mənası qəsd edilməmişdir. Çünki heç bir şey, Allaha vacib deyildir. Allah heç kimə borclu deyildir. O, hər şeyi iradə və diləməsilə yaradır və fərman edir. Allah, belə nöqsanlıq mənası daşıyan şeylərdən pak və münəzzəhdir. Bu etibarla burda, müşakələ deyilən ədəbi sənət gərəyi haqq kəliməsi istifadə edilmişdir.

Yəni Allahın qullar üzərindəki haqqı bəyan buyurularkən, buna qarşılıq Allahın qullara olan vədi və qəti sözü, haqq kəliməsilə ifadə edilmişdir.

"Qulların Allah üzərindəki haqqı" ifadəsində keçən haqq kəliməsi, bəzi elm adamları tərəfindən "gerçəkləşən, sübut qazanan və layiq olan" kimi mənalarda açıqlanmışdır.

Digər bir qisim elm adamları:

"Yəni qullar vəzifələrini gördüklərində, Allahın onlara əzab verməməsi, onların Allah üzərindəki sanki haqqıdır. Haqq olan bir şey necə gerçəkləşirsə, bu da onun kimi gerçəkləşəcəkdir."

İbn Həcər'in dediyi kimi, möminlərin günahkarlarından bir qisminin cəhənnəmə girəcəkləri nass olan ayət və hədislərlə sabitdir. Bu və bənzəri hədislərin zahiri isə, o nasslara tərs düşür. Bu etibarla, hədis fərqli şəkillərdə açıqlanmışdır:

• Bir izaha görə, məqsəd, kafirlərin cəhənnəminə girməməkdir. 

• Digər bir izaha görə, möminlərin bütün vücudlarının odda yanmamasıdır. Çünki bilindiyi kimi, cəhənnəm atəşi, səcdə orqanlarını və dəstəmaz üzvlərini yandırmaz. 

• Başqa bir qövlə görə, bu hədis, ixlasla əməl edən möminlərə məxsusdur. Çünki iman sevgisi qəlbinə yerləşmiş olan bir kimsə, günah işləməyə israr etməz. Əksinə, qəlbi Allah sevgisi və qorxusu ilə dolar və orqanları da yavaş-yavaş Allaha itaət etməyə başlayar.

Read 4 times
In order to make a comment, please login or register