Allahın sevdiyi xislətlər haqqında məlumat verərsinizmi?

4187- Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan belə rəvayət edilir:

Biz, Allah rəsulunun yanında oturmuşduq. Allah rəsulu:

"Sizə Abdu'l-Qays heyəti gəldi." dedi. Halbuki içimizdə heç kimsə elə görmədi (yəni O, hələ Mədinə'yə çatmamış heyətlərin gəldiyini bizə möcüzə olaraq söylədi.)

Bir müddət sonra gəlib qonaqladılar və sonra Allah rəsulu'nun hüzuruna çıxdılar. Onlardan əl-Əşəccu'l-Asari qaldı. O, sonra gəldi. Çünki o, bir qonağa endi, dəvəsini çökdürdü və (yolçuluq) libasını bir tərəfə qoydu. Sonra (təmiz paltar geyinib) Allah rəsulu'nun yanına gəldi. Allah rəsulu da ona:

"Ey Əşəcc! Səndə Allah'ın sevdiyi 2 xislət vardır:

Ağıllılıq və tələsməyib ehtiyatla hərəkət etmək." buyurdu. 

Əşəcc:

"Ey Allah'ın rəsulu! (Bu xislətlər), yaradılışımda olan bir şeymidir, yoxsa sonradanmı məndə meydan gəlmişdir?" diyə soruşdu. Allah rəsulu:

"Xeyir, yaradılışında mövcud olan bir şeydir." buyurdu.

-----------------------

4188- İbn-i Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, səndə (ibn-i Abbas'da) Allahın sevdiyi 2 xislət vardır:

Ağıllılıq və ehtiyatlı davranaraq tələsməmək." 

Not: Heysəmi, "Məcmau'z-Zəvaid'də belə deyir:

"Bunun sənədində əl-Abbas b. əl-Fadl, Qurra b. Xalid'dən rəvayət etmişdir. Tirmizi'nin rəvayətində olduğu kimi, Bişr b. əl-Fadl, bu hədisi Qurra b. Xalid'dən rəvayətlə, əl-Abbas b. əl-Fadl'a tabe olmuşdur.

--------------------

4189- İbn-i Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu belə buyurnuşdur:

"Bir (mömin) qulun sırf Allah rizasını tələb üçün udduğu bir qəzəb qurtumundan, Allah qatında savab baxımından daha böyük bir qurtum yoxdur."

Not: Məcmau'z-Zəvaid'də belə deyilir:

"Bunun sənədi səhih olub raviləri siqa (güvənilən) kimsələrdir."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Hilm" babı, hədis no: 4187, 4188, 4189

--------------------

İzahı:

İbn-i Abbas hədisini, Tirmizi "Əbvabu'l-birri və's-sila" bölməsində açdığı "təənni və'l-acələ" babında rəvayət etmişdir. 

Ayrıca Muslim də "İman" kitabında, ibn-i Abbas'ın bu hədisini rəvayət etmişdir.

Tuhfə müəllifi ibn-i Abbas'ın hədisinin izahı bölməsində icmal olaraq belə deyir:

"Nəvəvi deyir ki:

"Hilm", ağıl deməkdir. "Ənad" da, tələsməyib ehtiyatla hərəkət etməkdir. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əl-Əşəccu'l-Asari'yə belə söyləməsinin səbəbi, gələn heyət ilə bağlı hədisdə bildirilən bu haldır:

Heyət, Mədinə'yə çatdığı zaman, Allah rəsulunun yanına varmağa tələsdilər. Lakin onlardan Əşəc (radiyallahu anh), tələsmədi. Əşyaların endirildiyi yerdə durub ilk əvvəl əşyaları topladı, dəvəsini bir tərəfə bağladı və ən gözəl paltarını geyindikdən sonra, Allah rəsulunun hüzuruna yönəldi.

Allah rəsulu da, onu yaxınlaşdıraraq yanında oturtdu. Sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm), gələn heyətə:

"Öz nəfisləriniz və qövmünüz üçün beyət edirsiniz mi?" buyurdu. Heyət də:

"Bəli." diyə cavab verdi. Bunun üzərinə Əşəc:

"Ey Allahın rəsulu! Sən adamlardan çətin bir şey istəmədin. Biz öz nəfislərimiz üçün sənə beyət edərik. Qövmümüzə də onları (İslama) dəvət edəcək elçi göndərərik. Artıq onlardan bizə tabe olan kimsə bizdən olar. 

Kim də dəvətimizin gərəyini etməkdən imtina edərsə, onunla savaşarıq."

Bunun üzərinə Allah rəsulu ona:

"Doğru söylədin. Səndə iki xislət vardır..." hədisini buyurdu.

Qadı İyad isə, belə deyir:

"Əşəcc (radiyallahu anh)'ın tələsməyib ehtiyatla hərəkət etməsi, qonaqlanan yerdə işini görüb hazırlıq etdikdən sonra hüzura yönəlməsidir. Onun hilmi və ağıllılığı da bu sözüdür. Çünki bu sözü, onun ağıllı, iləri görüşlü və dirayətli olduğuna dəlalət edər."

-------------------

İbn-i Ömər (radiyallahu anh) hədisi də qəzəbi üstələməyin savabının çox böyük olduğuna dəlalət edər.

Read 6 times
In order to make a comment, please login or register