Allahın sifətlərini oxuyub, yalnız o sifətləri təsdiq edib sifətlərdə yazılmayan hər şeyi qəbul etməmək lazımdır?

Allahın kitab və sünnədə keçən ad və sifətlərinin xaricində, ona başqa ad vermənin caiz olub olmadığı mövzusunda alimlər arasında fərqli görüşlər vardır. Bəzilərinə görə, bu adlar hamısıdır; kitab və sünnədə keçən ad və sifətlərinin xaricində, hər hansı bir ad istifadə etmək caiz deyil. Digər bəzi alimlərə görə, İslam inancına zidd olmayan, Allaha isnad etməkdə səhv bir məna ifadə etməyən, Allahın qudsiyyətinə yaraşan xüsusiyyətləri -Kitab və sünnədə açıqca olmasa da- istifadə etməkdə bir qorxu yoxdur.

 

Xüsusilə -Qəzalinin də ifadə etdiyi kimi-, adların hamısı olması daha uyğundur. Allah –bir-başa və ya Rəsulunun diliylə- özünə hansı adlar qoymuşsa o adların xaricinə çıxmamaq lazımdır. Çünki, adlar şəxsən təyin olunmuşdur. Bir insanı adının xaricində başqa bir adla çağırmaq səhv olduğu kimi, Allah haqqında da bu belədir. Lakin sifətlər belə deyil. Məsələn adı Həsən olan bir kimsənin bəzi xüsusiyyətlərini xatırlatmaq üçün "ustad, mürşid, kamil insan" kimi xüsusiyyətlərlə xatırlamaqda bir qorxu yoxdur. Bunun kimi, Allahın Şəxsi qudsiyyətinə zidd olmayan gözəl sifətləri onun haqqında istifadə etməkdə bir qorxu yoxdur.  Çünki sifətlər sabit ad deyil.

Read 7.185 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR