Allahın varlığına əqli dəlillər verə bilərsinizmi?
Rəvayət olunur ki, İmam Cəfər əs Sadiq (رضي الله عنه), Yaradanı inkar edən bir zındıqdan soruşdu:
"Sən gəmiyə minib,onun dəhşətlərini gördünmü?"
O,cavab verdi:
"Bəli,mindim, sonra güclü külək qalxıb gəmimi sındırdı. Dənizçilərin bəzisi suya düşüb boğuldular, digərləri isə taxtalardan sallanmışdı.Daha sonra mən həmin taxtanın üzərində üzürdüm və dalğaların təlatümü məni sahilə çıxardı."
İmam Cəfər əs Sadiq (رضي الله عنه) soruşdu:
"Salamat qalacağını ümüd edirdinmi?"
Həmin şəxs: "Bəli" - deyə cavab verdi.
Sonra İmam (رضي الله عنه):
" Ümidin kimə idi?" - deyə soruşduqda, kişi susdu.
İmam Cəfər əs Sadiq (رضي الله عنه) dedi:
"Səni o vaxt boğulmaqdan xilas edib salamat saxlayan, ümüd bəslədiyin elə Yaradanın özüdür.[1]
---------------------------------------------------------------------------------
Rəvayət olunur ki, İmam Əbu Hənifə (رضي الله عنه) Dəhriyyəyə [2] qarşı kəskin qılınc kimi olmuşdur,buna görə onu qətlə yetirmək üçün fürsət axtarırdılar. Belə ki,bir gün İmam məsciddə oturarkən bir qrup adam üzərinə sıyrılmış qılınc ilə hücum edib öldürmək istədikdə onlara belə dedi:
"Mənə bir məsələ haqqında cavab verin, sonra nə istəyirsiz edin.
Mən təlatümlü dalğalarla, küləklə əhatə olunmuş, dəniz suları ilə dolmuş gəmini gördüm. Onun dənizçiləri olmasada da, o öz məcrasında üzürdü" - deyən kişiyə nə deyərdiniz? Bunu ağlınız qəbul edirmi?
Onlar: "Xeyr, bu mümkün olan şey deyil -deyə cavab verdilər.
Bu cavab qaldığında İmam Əbu Hənifə (رضي الله عنه) heyrətlə dedi:
"SübhənAllah, əgər dənizcisiz gəminin öz məcrasında üzməyini ağlınız qəbul etmirsə, dəyişkən halları olan bu ülvi və dünyəvi aləmin Yaradıcısız mövcudluğunun mümkün olacağını necə hesab edə bilərsiz?"
Bu sözdən sonra onlar ağlamağa başladılar və tövbə edib İslamı qəbul etdilər.
-------------------------------------------------------------------
Bəzi ariflər İmam Şafeidən (رضي الله عنه) soruşdular:
"Yaradanın varlığının dəlili nədir?"
İmam (رضي الله عنه) buna cavab olaraq:
Tut yarpağının , sizə görə dadı, qoxusu,rəngi birdirmi?- deyə soruşduqda,
Onlar: "Bəli"- deyə cavab verdilər.
İmam Şafei (رضي الله عنه) dedi:
"Onu barama qurdu yeyir və ondan ibrisəm [3] (ipək), arı yeyir bal, qoyun yeyir yun ixrac edir. Ceyranın isə, göbəyindən müşk çıxır. Bir təbiətdə olduğu halda tut ağacının yarpağına bu xüsusiyyəti verən kimdir?"
Adamlar bu cavabla razılaşaraq iman etdilər.
----------------------------------------------------------------------------
Xəlifə Harun Ər Rəşid - İmam Malikdən (رضي الله عنه) Yaradan haqqında soruşdu. O,da səslərin müxtəlifliyi, musiqinin əks-sədalı olmasının və dillərin fərqliliyini dəlil göstərdi.
-------------------------------------------------------------------------
Əbu Nəvvasdan ( رحمه الله) Allah haqqında soruşduqda,o belə cavab vermişdi:
" Yer üzündəki bitkiləri düşün, gümüş ( luceyn) [5] boyunbağını qızıl zənn edib zəbərcəd daşlarına baxdığın kimi,Allahın nemətlərinin möcüzələrinə, əsərlərinə bax, çünki Onun heç bir şəriki yoxdur."
-------------------------------------------------------------------------------
Bir təbibdən soruşdular:
"Rəbbini nə ilə tanıdin?"
Cavab verdi:
"Qup-quru həlilə ağacının [6] süd kimi tutumlu şirə verən meyvəsi ilə tanıdım."
Başqa kəs isə həmin suala belə cavab vermişdir:
"Allahı bir tərəfi ilə bal verib,digər tərəfi ilə sancan bal arısı ilə. Halbuki sancmaq balın əksidir. Bal şirinlik verdiyi halda, sancmaq ağrı acı verir".
Biz deyirik:
Aləmin yaradıcısı təkdir.Əgər iki yaradıcı olsaydı, onların ikisinin arasında qarşılıqlı maneə olardı ki, bu da onlardan hər ikisinin yaxud birinin sonradan yaranmasına dəlildir, Çünki onlardan biri hər hansı məxluqu diriltmək və digəri onu öldürmək istəsə, hər ikisinin istəyinin yerinə yetməsi qeyri mümkündür yaxud hər birinin istəyi baş verməzsə , bu da onların hər ikisinin acizliyinin dəlilidir. Acizin isə Allahlıq səlahiyyəti yoxdur. Bu,Allah Təalanın kəlamından əldə edilən "maneə" dəlili adlanır.
لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا
Əgər (göydə və yerdə ) Allahdan başqa ilahlar olsaydı, onların hər ikisi fəsada uğrayardı.[Ənbiya surəsi, 22-ci ayə]
(TAHAVİ ƏQİDƏSİNİN ŞƏRHİ)
[1]. İmam Fəxrəddin Muhamməd bin Umər ər-Razi- "Əl- Mətalibul aliyyəti minəl ilmil iləhiyy (c.1,s.144)
[2]. Dəhriyyələr ( ateistlər ) Allahın varlığını, ölümdən sonra dirilməni inkar Qur'anda onlar barəsində Allah Təala belə buyurmuşdur: Dünya həyatımızdan başqa heç bir həyat yoxdur, ölürük və dirilirik ( biri ölür,digəri anadan olur;biz ölürük övladlarımız, nəslimiz isə yaşayır); bizi öldürən dəhrdir ( zamanın gedişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır)".[Vasitə surəsi,24-ci ayə] İbn Cauzunin "Bayanul firaqud dallə"adlı kitabına bax(s.156).
[3]. İbrisəm ən keyfiyyətli ipək növüdür və ya barama qurdunun öz qabığından çıxmamışdan əvvəl ayrılan ipəkdir. "Fəqihlərin dili lüğətinə" bax ( c1,s.39)
[4]. Xalis təmiz.
[5]. Nərgiz bitkisi demək istəmişdir. Luceyn gümüş deməkdir.
[6]. O "Muxtəsərul ayn" kitabında demişdir. "Ləm" hərfi fəthalı ihliləc və "əlif" siz həliləcdir.
Fuyumunin "Misbahul munur fi gəribil şərhul kəbir" kitabına bax("Ha" hərf babına, "Ləm" lə birlikdə ( hə,ləm,cim)
- Osmanı xəlifə məqamına Ömərmi təyin etmişdir?
- Ramazan və Qurban bayramı günlərində günortaya kimi qida qəbul edilməməsi Peyğəmbərimizin əməlinə ziddirmi?
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin anlamı nədir?
- "Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır"- hədisinin anlamı nədir?
- Dörd haqq məzhəbdə (Hənəfi, Şafei,Maliki, Hənbəli) Şəvval orucunu tutmaq müstəhəbdirmi?
- İMAM ZÜFƏR BİN HÜZEYL (رحمة الله ضد) (Ö. 775)
- Təşriq təkbirləri haqqında məlumat verərsinizmi?
- Hər ayın 13, 14 və 15-ci günü oruc tutmaq müstəhəbmidir?
- Osmanın Uhud və Bədr döyüşlərindən qaçması və ağac altında beyət etməməsi doğrudurmu?
- Osman Peyğəmbərin sürgün etdiyi Əl-Həkəmi vəzifəyə gətirmişdirmi?