Aşurə günü ailə üzvlərinə nəfəqə vermək
Aşurə günü ailə üzvlərinə nəfəqə vermək, müstəhəbdir.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
(مَنْ وَسَّعَ عَلَى أَهْلِهِ يَوْمَ عَاشُورَاءَ وَسَّعَ اللهُ عَلَيْهِ سَائِرَ سَنَتِهِ)
"Kim Aşurə günü ailəsinə geniş davranarsa (yəni, ailə üzvlərinə infaq edərsə), Allah da, ilin geri qalan qismində onun ruzisinə genişlik (bolluq-bərəkət) verər."
Bu hədis, səhabədən:
~ Abdullah b. Məsud;
~ əbu Səid əl-Xudri; və
~ Cabir b. Abdullah (radiyallahu anhum)'dan
rəvayət edilmişdir.
~ Beyhaqi ("Şuabu'l-İman", hədis no: 3795);
~ ibn Abdi'l-Bərr ("əl-İstizkar", 3/331);
~ Səxavi ("əl-Maqasid", 5/204-208);
~ Suyuti ("əd-Durər", hədis no: 397);
~ Acluni ("Kəşfu'l-Xafa", hədis no: 2642)
kimi mühəddislərdən bəziləri, bu hədisi - həsən; bəziləri də - səhih saymışlardır.
Hənəfi məzhəbinin fəqihlərindən biri olan ibn Abidin, bu hədis haqqında belə deyir:
(نَعَمْ حَدِيثُ التَّوْسِعَةِ ثَابِتٌ صَحِيحٌ كَمَا قَالَ الْحَافِظُ السُّيُوطِيّ فِي الدُّرَرِ)
"Bəli, Aşurə günü ailə üzvlərinə geniş davranmaqla bağlı hədis, sabit və səhihdir. Necə ki, hafiz Suyuti, 'əd-Durər' kitabında belə demişdir." (İbn Abidin, "Rəddu'l-Muxtar", 2/419)
