Aşurə orucu haqqında məlumat verərsinizmi?

Abdullah b. Ömər (b. əl-Xattab) radiyallahu anh'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında Aşurə günündən bəhs edildi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Aşurə günü, cahiliyyə əhlinin oruc tutduğu bir gündür. Artıq sizdən o gün oruc tutmaq istəyən tutsun və o gün oruc tutmaq istəməyən də, o günün orucunu tərk etsin."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Aşurə günü orucu babı", hədis no: 1737

----------------------

İzahı:

Muslim, əbu Davud, Tahavi və ibn-i Xuzeymə də, bunu bənzər ləfizlərlə rəvayət etmişlərdir.

Hədisdən məqsəd budur:

Aşurə günü orucu, vacib deyildir. Məqsəd bu olunca, bu hədis, Aşurə günü orucunun fəzilətinə aid olub, bundan sonra gələn əbu Qatadə (radiyallahu anh) hədisinə və bənzəri hədislərə tərs düşməz.

əl-Hafiz, "əl-Fəthu'l-Bari"də belə deyir:

"Aşurə günü orucu haqqında gələn hədislərin bütünündən alınan nəticə budur:

• Bu günün orucu üçün əmr verdildiyində, ilk vaxtlar, vacib idi. 
• Sonra bu əmr, təkid edildi. 
• Daha sonra elan edilmək surətilə verilən əmr, daha da qüvvətləndirildi. 
• Daha sonra verilən bir əmrlə, o gün oruc tutmamış olanların, günün qalan qismini oruclu keçirmələri və əmzikli qadınların uşaqlarını o gün axşama qədər əmzirməmələri buyurulmaqla, əhəmiyyəti daha da arttırıldı. 
• Ən son Ramazan orucu fərz qılındığında, Aşurə günü orucu tərk edildi. 

Amma müstəhəbliyinin tərk edilmədiyi bilinirdi. Bu halda tərk edilən şey, Aşurə orucunun vacibliyidir, şiddətli müstəhəbliyi deyildir. Bəzi alimlər:

Onun şiddətli müstəhəbliyi tərk edilmiş, normal müstəhəbliyi qalmış, demişlərsə də, bu görüşün zəifliyi açıqdır. Əksinə, müstəhəbliyinin şiddəti əbədidir. Hələ Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatına qədər bu oruca veriləm əhəmiyyətin davam etməsi və Onun :

'Əgər yaşayacaq olarsam, gələcək il 9-cu və 10-cu gün oruc tutacam.' buyurması və Aşurə orucunun bir illik günahlara kəffarə olduğunu bildirməklə, müsəlmanları təşviq etməsi, bunun müstəhəbliyinin şiddət dərəcəsinin davamına açıq dəlildir."

Read 6 times
In order to make a comment, please login or register